Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-340/2025 25.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsi tərəfindən çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini və barəsində olan inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində 28 aprel 2025-ci il tarixdə X8 Xidməti Qazax-Tovuz regional şöbəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar verilmiş və o, Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 manat məbləğində cərimə edilmişdir. Həmin qərar qanunsuz və əsassızdır. Belə ki, guya o, X5 işə götürmüşdür. Halbuki, izahatında da bildirmişdir ki, Tünzalə Rəhimova işə götürülməsi üçün ona müraciət etmişdir. Ona izah olunmuşdur ki, əmək müqaviləsi bağlanarkən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir. Həmin gün şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün sənədini təqdim edə bilməmiş, sonuncuya ertəsi gün şəxsiyyət vəsiqəsini gətirməsini bildirmişdir. Tünzalə ertəsi gün yenə sənədini gətirmədiyi üçün işə götürülməmiş və o, bir gün olsa belə işçi kimi marketdə işləmişdir. İnzibati qərarda qeyd edilir ki, işəgötürən tərəfindən 15 yaşa çatmamış şəxsin işə cəlb edilməsinə görə inzibati məsuliyyətə cəlb olunmuşdur. Halbuki, Tünzalə Rəhimova nə işə götürülməmiş, hər hansı işə cəlb olunmamış, əmək müqaviləsi bağlanmamışdır. Göründüyü kimi o, hər hansı bir inzibati xəta törətməmişdir. Hesab edir ki, barəsində çıxarılmış qərar ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. Odur ki, şikayətin təmin edilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi X6 bildirmişdir ki, Tovuz rayon prokuroru Maarif Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərara əsasən, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması və həmin şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsinə göndərilməsi qərar alınmışdır. Bununla bağlı X2 işə baxılması ilə bağlı bildiriş göndərilmiş və bundan sonra X8 Xidməti Qazax-Tovuz regional şöbəsi tərəfindən çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarı ilə Mirəli Məsimov Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, şikayət əsassızdır. Odur ki, şikayətin təmin edilməməsi və qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş Tovuz rayon prokuroru Maarif Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərara əsasən, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması və həmin şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsinə göndərilməsi qərar alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş X8 Xidməti Qazax-Tovuz regional şöbəsi tərəfindən çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçısını dinləyərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində müəyyən edilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materialları ilə müəyyən edilmişdir ki, işəgötürən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, yəni işəgötürən tərəfindən 15 yaşına çatmamış X5 işə cəlb etmiş, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərar qəbul edilərək, 1000 manat miqdarında cərimə edilmişdir. İXM-nin 192.8-ci maddəsinə əsasən işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, X7 27 fevral 2011-ci il tarixdə Tovuz rayonu Çatax kəndində anadan olmuş və hazırda 15 yaşına çatmamışdır. Məhkəmə hesab edir ki, X1 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə o, qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş və o, bu xətanın törədilməsində təqsirlidir. İnzibati məsuliyyətin əsaslarından bəhs edən İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir (İnzibati Xətalar Məcəlləsinin 6.1 və 6.2-ci maddələri). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). İnzibati tənbehin məqsədlərindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərar dəyişdirilmədən saxlanmalıdır. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərar dəyişdirilmədən saxlansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-340/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-340/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver