Məhkəmə qərarları › İş №3(062)-349/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-349/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-349/2024 21.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi xx.xx.1993-cü il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Tovuz rayonu Abulbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Haqqında Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi “VAZ 21074” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman Tovuz rayonu Abulbəyli kəndi ərazisində anidən idarəetməni ititrərək, X2 idarə etdiyi “VAZ 21074” markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə X1 yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. İlkin araşdırma zamanı izahatı alınmış Şəxs ifadəsində göstərmişdir ki, atasına məxsus olan “VAZ 21074” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtombili idarə edir. 27 mart 2024-cü il tarixdə təxminən saat 22 radələrində idarə etdiyi həmin avtomobillə Tovuz rayonu Abulbəyli kəndi ərazisindən üzü Tovuz rayonu Düz Cırdaxan kəndi istiqamətində hərəkətdə olarkən ona məxsus telefona zəng gəlmişdir. Bu zaman o qabaq tərəf sərnişin oturacağında olan mobil telefonunu götürmək istəyərkən anidən idarəetməni itirərək yolun sağ kənarına doğri çıxaraq yenidən yolun hərəkət hissəsinə qayıtmışdır. Bu vaxat onun arxasınca gələn avtomobil ilə toqquşmuşdur. Toqquşmanın təsirindən həmin avtomobildə olan və adının sonradan Nərmin olduğunu öyrəndiyi xanım müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməsi, onun ilkin araşdırma zamanı verdiyi izahatı, inzibati xəta haqqında protokolla və həmin protokola əlavə edilmiş yol nəqliyyat hadisəsi üzrə toplanmış rədd materialı ilə tam təsdiq olunur və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, əmlak vəziyyətini, xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmadığını, onun səmimi peşmançılığını isə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs inzibati tənbeh növü kimi cərimə tətbiq edilməsi barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir və bu nəticəyə gələrkən inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Şəxs həmçinin İXM-nin 327.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən 327.1-ci maddəsi ilə işlərə baxılması məhkəmənin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası İXM-nin 114.3-cü maddəsinə əsasən həmin maddəyə müvafiq qiymət verilməsi üçün səlahiyyətli orqanın nəzərinə çatdırılmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31,40, 43, 48, 84, 112, 114-117-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar