Məhkəmə qərarları › İş №3(062)-359/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-359/2023

26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-359/2023 26.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Protokol tərtib etmiş Tovuz rayon X9 Polis bölməsinin sahə rəisi, polis mayoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1983-cü ildə Tovuz rayonu Alakol kəndində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmuş, işsiz, əlilliyi olmayan, Tovuz rayonu, Alakol kəndində müvəqqəti qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon X9 Polis bölməsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon Polis Şöbəsi X9 Polis bölməsinin sahə rəisi, polis mayoru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli, MN №1621898 saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs zərərçəkmiş şəxs X2 məxsus “Opel Vectra” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol-arxa yan şüsəsini sındırmış, ön “krılo”sunu təpiklə vurub əzərək ona 400 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə iclasında Tovuz rayon X8 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru X7 tərtib etdiyi protokolu müdafiə edərək göstərdi ki, barəsində inzibati icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Çünki onun tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs zərərçəkmiş şəxs X2 məxsus “Opel Vectra” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol-arxa yan şüsəsini sındırmış, ön “krılo”sunu təpiklə vuraraq əzərəq ona 400 manat məbləğində ziyan vurmuşdur. Hesab edir ki, X5 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkib əlamətləri vardır. Ona görə də iş üzrə qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə o öz kafelərində spirtli içki qəbul etmişdir. Sərxoş olduqdan sonra anası ilə aralarında ailəsini dağıtmaqlarına görə münaqişələri yaranmışdır. Çünki məhz valideynləri onun ailəsini dağıtmışdır. Münaqişə zamanı anasını təhqir etmiş, anası da atası Ramizə xəbər bu barədə xəbər vermişdir. Atası kafeyə gəlmiş və daxili işlər orqanlarının qaynar xəttinə çıxmışdır. Polis əməkdaşları hadisə yerinə gəlmiş, bu zaman o daha da əsəbləşərək atasını nalayiq ifadələrlə təhqir etmişdir. Bundan başqa atasına məxsus “Opel Vectra” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol-arxa yan şüsəsini sındırmış, ön “krılo”sunu təpik vuraraq avtomobilə zərər yetirmişdir. Hesab edir ki, bütün bunlar valideynlərinin onun ailəsini dağıtması və içkinin təsirindən olmuşdur. Əməlindən peşmançılıq hissi keçirmir. Ona görə də iş üzrə qanuni qərar çıxarılmasını xahiş etdi. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Xəqani onun oğludur və bir neçə aydır ki, həbsdən çıxmışdır. xx.xx.2023-cü il tarixdə o, sistem köçürtmək üçün həkimə getmişdir. O, orada olarkən həyat yoldaşı Sevda ona telefonla zəng edərək, özlərinə məxsus kafedə oğlu Xəqaninin onu döydüyünü demişdir. O, da dərhal DİN-in 102 xidmətinə zəng edərək, oğlu Xəqaninin hərəkətləri barədə məlumat vermişdir. Bundan sonra isə kafeyə getmişdir. Bu zaman oğlu Xəqani onu da nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Oğlu ailəsinin dağılmasında onları günahlandırır. Bu səbəbdən onlaraq qarşı qıcıqlıdır. Polis əməkdaşları kafeyə gəlmiş, oğlu daha da əsəbləşərək ona olmazın sözlər demiş, şəxsiyyətini alçaltmışdır. Həmçinin ona məxsus “Opel Vectra” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol-arxa yan şüsəsini sındırmış, ön “krılo”sunu təpiklə vuraraq əzərəq 400 manat məbləğində ziyan vurmuşdur. Oğlu əməlindən peşmançılıq belə keçirmir. Bütün hərəkətləri qəsdən və sərxoş halda etmişdir. Ona görə də məhkəmədən Şəxs barəsində həbslə əlaqədar cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X1 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surətinin Tovuz RPŞnin Qovlar PB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində təsbit edilmişdir ki, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən hal yoxdur. Lakin onun əməli sərxoş halda törətməsi (bu barədə sərxoşluq vəziyyətinin müayinə aktı olmasa belə barəsində icraat aparılan şəxs hadisə törədən zaman sərxoş olmasını bildirmiş, həmçinin zərərçəkmiş şəxs də bunu təsdiq etmişdir) məhkəmə tərəfindən ağırlaşdırıcı hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, xəta törədən zaman içkili olmasını, qəbul ediləcək qərarın onun həyatına təsirini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Nəzərə almaq lazımdır ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsi). Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib vurulmuş ziyanın iki misli miqdarında yəni 800 (səkkiz yüz) manat cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar