Məhkəmə qərarları › İş №3(062)-36/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-36/2023

06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-36/2023 06.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Şəxs MMC barəsində xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd olunmuşdur ki, Qazax rayon, Daş Salahlı kəndində qeydiyyatda olan "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarıxdə **********1196 saylı gömrük bəyannaməsi üzrə Rusiya Federasiyasının Kursk vilayəti Jeleznoqorsk şəhəri, Lenin küçəsi ev 21 ünvanında yerləşən “A.V. Variçeva adına Mıxaylovskiy DFSK” SC firmasına göndərilmiş akatış istehsalı üçün bentonit gili” yükünün müqabilində ödənilməli olan 5911.52 ABŞ dolları məbləğində valyuta vəsaitinin təyin olunmuş müddət ərzində müvəkkil bank hesabına köçürülməsini təmin etməmiş və bununlada qeyd olunan hüquqı şəxs tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X2 izahatında göstərdi ki, Şəxs MMC ilə Rusiya Federasiyasında yerləşən alıcı “A.V. Variçev adına Mixaylovskiy QOK” SC arasında bentonit gilinin (mal) ixracı yolu ilə satışına dair MT-211609 saylı xx.xx.2021-ci il tarixli müqavilə bağlanılıb. Bu müqavilənin şərtlərinə əsasən malın qiyməti ABŞ dolları ilə müəyyən edilir, ödənişi isə alıcı ödəniş tarixində Rusiya Federasiyasının Mərkəzi Bankının təyin etdiyi məzənnəyə uyğun Rusiya rublunda həyata keçirir. Ödənişlər "xxxx" ASC-nin Qazax filialında açılmış hesablaşma hesabına daxil olur. 053 nömrəli xx.xx.2022-ci il tarxli heab-faktura (invoys) və **********1196 saylı xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə alıcıya 828 ton həcmdə, 38 088.00 ABŞ dolları ümumi dəyərində mal göndərilmişdir. Alıcı təşkilat müqavilənin şərtlərinə muvafiq olaraq ödənişi xx.xx.2022-ci il tarixdə Rusiya rublu ilə həyata keçirmişdir. Həmin tarixdə RF Mərkəzi Bankının rəsmi məzənnəsi 1 ABŞ dolları 93,5589 Rusiya rublu bərabərində təşkil etmişdir. Beləliklə alıcının mala görə ödəməli olduğu məbləğ 3 563 471.38 Rusiya rublu (38 088 ABŞ dolları) təşkil etmişdir. Alıcı bu məbləğdə köçürməni xx.xx.2022-ci il tarixdə həyata keçirmiş və bununla da malın ödənilməsi üzrə öz öhdəliyini tam şəkildə icra etmişdir. Müvəkkil bank "xxxx" ASC tərəfindən verilən xx.xx.2022-ci il tarixli 4761 nömrəli arayışdan göründüyü kimi, ixrac olunmuş mala görə vəsait 3 563 471.38 Rusiya rublu tam həcmdə xx.xx.2022-ci il tarixində hesablaşma hesablarına daxil olmuşdur. Həmin rubl məbləğinin manat dəyəri Azərbaycan Respiublikası Mərkəzi Bankının həmin tarixinə olan məzənnəsinə uyğun hesablanmaqla müvafiq bəyannamə bağlanılarkən gömrük portalında 5 911.52 ABŞ dolları məbləğində kəsir (fərq) əmələ gəlmişdir. Lakin gömrük orqanı bu kimi hallara diqqət yetirməmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinə işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X3 rəisi tərəfindən verilmiş raportdan görünür ki, Qazax rayon, Daş Salahlı kəndində qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə **********1196 saylı gömrük bəyannaməsi üzrə Rusiya Federasiyasının Kursk vilayəti, Jeleznoqorsk şəhəri, Lenin küçəsi, ev 21 ünvanında yerləşən “A.V. Variçeva adına Mixaylovskiy DFSK” SC firmasına göndərilmiş “akatış istehsalı üçün bentonit gili” yükünün müqabilində ödənilməli olan 5911.52 ABŞ dolları məbləğində valyuta vəsaitinin təyin olunmuş müddət ərzində müvəkkil bank hesabına köçürülməsini təmin etməmiş və bununla da qeyd olunan hüquqi şəxs tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Bununla əlaqədar tərəfimizdən Şəxs MMC-nin bəyannamə üzrə göstərilmiş hüquqi ünvanına xx.xx.2022-ci il tarixli 1600-019/0xx-xx/004323 saylı məktub göndərilmiş, lakin bu günə qədər yuxarıda adı qeyd olunan firma ixrac etdiyi yükə görə ödənilməli olan məbləğin müvəkkil bankda olan hesablarına köçürülüb köçürülməməsi barədə Qərb Ərazi Baş Gömrük İdarəsinə heç bir sənəd təqdim etməmişdir. Təchizatçı Şəxs MMC ilə alıcı “A.V. Variçeva adına Mixaylovskiy DFSK” SC arasında bağlanmış xx.xx.2021-ci il tarixli tədarük müqaviləsinin ödənişlərin aparılması qaydasından bəhs edən 5.1-ci bəndindən görünür ki, alıcı malların haqqını Rusiya Federasiyası Mərkəzi Bankının ödəniş tarixinə olan məzənnəsi ilə Rusiya rublunda təchizatçı tərəfindən göstərilən rekvizitlərə əsasən bank köçürməsi ilə ödəməlidir xx.xx.2022-ci il tarixli hesab faktura və xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, təchizatçı Şəxs MMC tərəfindən alıcı “A.V. Variçeva adına Mixaylovskiy DFSK” SC firmasına 828 ton həcmdə dəyəri 38088 ABŞ dolları olan mal göndərilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, təchizatçı Şəxs MMC-nin hesabına xx.xx.2022-ci il tarixdə 3563471.38 Rusiya rublu pul köçürülmüşdür. "xxxx" ASC tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4761 saylı məktubdan görünür ki, bank valyuta nəzarəti agenti kimi ixrac olunan malların müqabilində müştərilərin hesabına daxil olan vəsaitin təyinatı ilə təqdim edilən gömrük bəyannaməsinin müvafiq qrafasındakı məlumatları əlaqəli şəkildə yoxlayaraq eyniləşdirməli və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12-ci bəndin tələblərinə uyğun icra etməlidir. Hesaba köçürülən valyuta ilə gömrük bəyannaməsinin valyutası fərqli olduqda Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin portalında gömrük bəyannaməsi üzrə ödəniş məlumatlar daxil edildiyi zaman valyutaların məbləği ödəniş gününə olan rəsmi valyuta məzənnələrinə əsasən hesablanılır. “AzRosPromİnvest" MMC-nin (VÖEN: **********) hesabına xx.xx.2022-ci il tarixində köçürülmüş 3,563,471.38 RUB (üç milyon beş yüz altmış üç min dörd yüz yetmiş bir rusiya rublu otuz səkkiz qəpik) məbləğində vəsait **********1196 nömrəli gömrük bəyannaməsi üzrə invoys məbləği olan 38088 ABŞ dolları üzrə daxil olan məbləğdir. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC -nin hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində qeyd olunmuşdur ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında 10 02 2017-ci il tarixli 1233 nömrəli Fərmanına əsasən hüquq və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. İş materialları ilə təsdiqin tapır ki, təchizatçı Şəxs MMC ilə alıcı “A.V. Variçeva adına Mixaylovskiy DFSK” SC arasında bağlanmış xx.xx.2021-ci il tarixli tədarük müqaviləsinə əsasən onlar arasında ödəniş Rusiya Federasiyası Mərkəzi Bankının ödəniş tarixinə olan məzənnəsi ilə Rusiya rublunda təchizatçı tərəfindən göstərilən rekvizitlərə əsasən bank köçürməsi ilə həyata keçirilməlidir. xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə təchizatçı Şəxs MMC tərəfindən alıcı “A.V. Variçeva adına Mixaylovskiy DFSK” SC firmasına 828 ton həcmdə dəyəri 38088 ABŞ dolları olan mal göndərilmişdir. Həmin malın dəyəri olan 3563471.38 Rusiya rublu təchizatçı Şəxs MMC-nin hesabına xx.xx.2022-ci il tarixdə pul köçürülmüşdür. Həmin vaxt 1 Rusiya rublunun ABŞ dollarına olan nisbəti 93.5589 dəyərində olmuşdur. Belə nəticə hasil olur ki, satılmış malın dəyəri alıcı tərəfindən hesaba (38.088 x 93.5589) ödənilmişdir. Qeyd olunan məbləğ isə **********1196 nömrəli gömrük bəyannaməsi üzrə invoys məbləği olan 38088 ABŞ dolları üzrə daxil olan məbləğdir. Bu "xxxx" ASC tərəfindən verilmiş məktubla təsdiq edilir. Göründüyü kimi barəsində protokol tərtib edilmiş Şəxs MMC tərəfindən alıcı “A.V. Variçeva adına Mixaylovskiy DFSK” SC firmasına ixrac etdikləri malların müqabilində alınmalı olan vəsait onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda (Kapital Bank ASC) olan hesablarına köçürülməsi təmin edilmişdir. Yaranmış məbləğ kəsri ilə bağlı məhkəmə diqqətə çatdırır ki, bu Şəxs MMC inzibati məsuliyyətə cəlb edilməsinə əsas ola bilməz. Çünki bu iqtisadi əməkdaşlıq edən təşkilatların məxsus olduqları dövlətlərin Mərkəzi Banklarının müəyyən etdiyi fərqli valyuta kurslarına görə baş vermişdir. Hazırda alıcı təşkilat tərəfindən malın dəyəri ödənilmiş, ixracatçı Şəxs MMC isə valyutanı tam məbləğdə bank hesabına yatırmışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. Məhkəmələr tərəfindən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirinin tətbiq edilməsi üçün səlahiyyətli orqanın tərtib etdiyi protokol əsasında inzibati xətanı törədən şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində qeyd olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, mövcud durumda Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə inzibati icraat başlaya bilməz. Çünki həmin normanın tələbləri MMC tərəfindən pozulmamışdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (İXM-nin 84.1 və 84.2-ci maddələri). Beləliklə, məhkəmə hesab edir ki, materialda olan sənədlərə əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar