Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 3(062)-368/2025 30.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz RPŞ tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qonşuluqda yaşayan X1 çəkilmiş çəpərini yandırmış, nəticədə Ədalət Ağayevə məxsus 5 ədəd meyvə ağacları və 20 ədəd akasiya ağaclarını yandırmaqla sonuncuya 500 manat maddi ziyan vurmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş Tovuz RPŞ-yə və barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, işin hallarından göründüyü kimi xx.xx.2025-ci il tarixdə Tovuz rayonu Yuxarı Öysüzlü kənd sakini X2 RPŞ-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, 2025-ci ilin fevral ayında o, özünə məxsus həyatyanı torpaq sahəsində olan bar verməyən ağacların budaqlarını mövsümlə əlaqədar olaraq budayıb qonşu ilə arasında olan koldan çəkilmiş çəpərin dibinə düzmüşdür ki, qonşunun hevanları bağına keçməsin. xx.xx.2025-ci il tarixdə onunla qonşuluqda yaşayan Şəxs aralarında olan kol çəpəri yandımış, nəticədə ona məxsus 5 ədəd meyvə ağacı və 20 ədəd akasiya ağacını yandırmaqla ona 500 manat maddi ziyan vurmuşdur. Xahiş etmişdir ki, Şəxs cinayət məsuliyyətinə cəlb edilsin. Tovuz Rayon Polis Şöbəsinin təhqiqatçısı Dayaq Süleymanovun 08 may 2025-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, bundan sonra, yəni 09 may 2025-ci ildə Tovuz rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Ömər İsmayılzadə tərəfindən inzibati araşdırmanın aparılması haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, qida təhlükəsizliyi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227ci, 232-1-ci, 300.1-ci, 302-ci, 304-cü, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci, 602-3cü və 602-4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Göründüyü kimi bu növ inzibati xətalara dair işlər üzrə ona görə inzibati araşdırılma aparılır ki, iş üzrə obyektiv nəticəyə gəlinməsi ekspertiza tələb etsin və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yaransın. İnzibati xəta haqda araşdırmanın aparılması haqqında qərar qəbul edilməsinə baxmayaraq hər hansı araşdırılma aparılmamış, təhqiqat materiallarındakı bəzi sənədlərin surətləri protokola əlavə edilərək inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Halbuki, dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin edilməli və yaxud məbləği özündə əks etdirən mütəxəssis rəyinin alınması zəruri idi. Əks halda inzibati araşdırma aparılmasına dair qəbul edilmiş qərarın əhəmiyyəti olmazdı.Bundan başqa da dəymiş ziyanın kortəbii şəkildə, zərərçəkmiş şəxsin izahatı əsasında müəyyən edilməsi bu iş üzrə barəsində inzibati xəta haqda icraat aparılan şəxsi lüzumsuz olaraq ağır tənbeh altında saxlamış olar. Belə ki, hazırki işdə şəxsin təqsiri müəyyən edilərsə, ona tətbiq ediləcək tənbeh də vurulmuş ziyanın mislinə mütənasib olacaqdı. Odur ki, dəymiş ziyanın araşdırılması iş üçün vacib hallardandır. Odur ki, qərarın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmadığından tərtib edilmiş inzibati protokolu tam hesab etmək olmaz və məhkəmə belə qənaətə gəlir ki, yenidən araşdırılma aparılarkən qeyd edilmiş həmin natamamlıqlar aradan qaldırılmalı, dəymiş ziyanla bağlı sübutlar əldə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələlərini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol natamam olduğundan və işə baxarkən tamamlamaq mümkün olmadığından həmin protokol Tovuz Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 106 və 109.1.6cı maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqda protokol və ona əlavə olunmuş sənədlər Tovuz Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-368/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №3(062)-368/2025
30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver