Məhkəmə qərarları › İş №3(062)-369/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-369/2023

01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-369/2023 01.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi Protokol tərtib etmiş Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1978-ci ildə Tovuz rayonu Alakol kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, öz deməsinə görə əvvəllər məhkum olunmamış və əlilliyi olmayan, Tovuz rayonu Alakol kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon İcra və probasiya şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən Şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(062)- 717/2014 saylı və Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(045)- 1291/2021 saylı icra sənədlərinin icra edilməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Tovuz rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərtib etdiyi protokolu müdafiə edərək göstərdi ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(062)-717/2014 saylı icra vərəqəsinə əsasən 12 may 2014cü il tarixdən başlayaraq, 22 dekabr 2009-cu il tarixdə anadan olmuş Ayxan adlı uşağın, 27 fevral 2011-ci il tarixdə anadan olmuş Orxan adlı uşağın və 22 oktyabr 2012-ci il tarixdə anadan olmuş Zülfiyyə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay bir uşaq üçün 60 manat, cəmi 180 manat sabit pul məbləğində aliment alınaraq X1 verilməsi və Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(045)-1291/2021 saylı icra vərəqəsinə əsasən Şəxs 29 iyul 2021-ci il tarixdən başlayaraq, 22 dekabr 2009-cu il tarixdə anadan olmuş Ayxan adlı uşağın, 27 fevral 2011-ci il tarixdə anadan olmuş Orxan adlı uşağın və 22 oktyabr 2012-ci il tarixdə anadan olmuş Zülfiyyə adlı uşağın və 19 avqust 2016-cı il tarixdə anadan olmuş Zeynəb adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 400 manat sabit pul məbləğində aliment alınaraq X1 verilməsi qət edilmişdir. Hər iki icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Hazırda borclu Şəxs icra sənədləri üzrə borcu 23700 manat təşkil edir. Şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(062)- 717/2014 saylı və Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(045)- 1291/2021 saylı icra sənədləri üzrə tələbi üzrsüz səbəbdən icra etmədiyinə görə Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(062)-569/2022 nömrəli qərarına əsasən İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 gün müddətində inzibati qaydada həbs edilmişdir. Buna baxmayaraq Şəxs həbs olunduğu tarixdən bugünədək aliment borcunu ödəməmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 3(062)-569/2022 nömrəli qərarının qüvvəyə mindiyi gündən Şəxs eyni icra sənədlərinə münasibətdə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təkrar törətdiyinə görə sonuncu barəsində İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(062)-717/2014 saylı icra vərəqəsinə əsasən 12 may 2014-cü il tarixdən başlayaraq, 22 dekabr 2009-cu il tarixdə anadan olmuş Ayxan adlı uşağın, 27 fevral 2011-ci il tarixdə anadan olmuş Orxan adlı uşağın və 22 oktyabr 2012-ci il tarixdə anadan olmuş Zülfiyyə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay bir uşaq üçün 60 manat, cəmi 180 manat sabit pul məbləğində aliment alınaraq X1 verilməsi və Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(045)-1291/2021 saylı icra vərəqəsinə əsasən ondan 29 iyul 2021-ci il tarixdən başlayaraq, 22 dekabr 2009-cu il tarixdə anadan olmuş Ayxan adlı uşağın, 27 fevral 2011-ci il tarixdə anadan olmuş Orxan adlı uşağın və 22 oktyabr 2012-ci il tarixdə anadan olmuş Zülfiyyə adlı uşağın və 19 avqust 2016-cı il tarixdə anadan olmuş Zeynəb adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 400 manat sabit pul məbləğində aliment alınaraq X1 verilməsi qət edilmişdir. Hal-hazırda onun maddi imkanı aşağı olduğu üçün aliment üzrə yaranmış 23700 manat borcunu ödəyə bilmir. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(062)-717/2014 saylı icra vərəqəsinə əsasən 12 may 2014-cü il tarixdən başlayaraq, 22 dekabr 2009-cu il tarixdə anadan olmuş Ayxan adlı uşağın, 27 fevral 2011-ci il tarixdə anadan olmuş Orxan adlı uşağın və 22 oktyabr 2012-ci il tarixdə anadan olmuş Zülfiyyə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay bir uşaq üçün 60 manat, cəmi 180 manat sabit pul məbləğində aliment alınaraq X1 verilməsi qət edilmişdir. xx.xx.2014-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(045)-1291/2021 saylı icra vərəqəsinə əsasən Şəxs 29 iyul 2021-ci il tarixdən başlayaraq, 22 dekabr 2009-cu il tarixdə anadan olmuş Ayxan adlı uşağın, 27 fevral 2011-ci il tarixdə anadan olmuş Orxan adlı uşağın və 22 oktyabr 2012-ci il tarixdə anadan olmuş Zülfiyyə adlı uşağın və 19 avqust 2016-cı il tarixdə anadan olmuş Zeynəb adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 400 manat sabit pul məbləğində aliment alınaraq X1 verilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(062)-569/2022 nömrəli qərarından görünür ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, 20 gün müddətində inzibati qaydada həbs edilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs X1 Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(062)- 717/2014 nömrəli və Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(045)- 1291/2021 nömrəli icra sənədləri üzrə olan borcunu ödəməmişdir. Nəticədə Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(062)- 717/2014 nömrəli və Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(045)- 1291/2021 nömrəli icra sənədləri üzrə tələbi üzrsüz səbəbdən icra etmədiyinə görə Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(062)-569/2022 nömrəli qərarına əsasən İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, 20 gün müddətində inzibati qaydada həbs edilmiş, həmin qərarın qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təkrar törətmişdir. Şəxs borcunu maddi imkanının olmadığına görə ödəmədiyini bildirmişdir. Lakin məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, Şəxs İXM-in 528.1-1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini, şəxsiyyətini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 11:00-dan hesablansın. Qərarın icrası Tovuz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar