Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-372/2023 23.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, Barəsində inzibati iş üzrə icraat aparılan şəxs X4 iştirakı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi X5 qəbul etdiyi 26 aprel 2023-cü il tarixli qərardan X7 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz Rayon X1 14 mart 2023-cü il tarixli qərarı ilə X7 barədə inzibati xəta haqqında iş üzrə icraatın açılmasına dair qərar qəbul edilmiş və qərar araşdırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsində Tovuz rayon Vəkil bürosunun vəkili X7 barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati mısuliyyətə cəlb etmə müddəti keçəməsi əsası ilə iş üzrə icraata xitam verilmişdir. X7 həmin qərardan şikayət vermiş və əməlində inzibati xəta tərkibi olmadığı əsası ilə qərarın ləğv edilməsini xahiş etmişdir. O şikayətini onunla əsaslandırmışdır ki, Tovuz Rayon Prokurorluğunun 14:03 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarı tiə barəsində Azərbaycan Respublikası İnzıbatı Xətalar Məcələsinin 460-ci maddəsi ilə inzibati icraat başlanılmış və materiallar baxılması üçün aidiyyəti üzrə Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə göndərilmişdir. 14 saylı Ərazi Vergilər İdarəsi həmin material üzrə barəsində inzibatı icraat açmış və İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsi əsası ilə icraata xitam vermişdir. Bununla da, Tovuz Rayon Prokurorluğu və 13 saylı Ərazi Vergilər İdarəsi qanunvenciliyin tələblərini kobud şəkildə pozmuşdur. Bu səbəbdən də, aşağıda göstərdiyi halları nəzərə alıb iş üzrə icraata ümumiyyətlə xitam verilməsi və Tovuz Rayon Prokuroru barəsində də xüsusi qərar çıxarılmalıdır. Belə ki, o vəkil kimi, fəaliyyət göstərən VÖEN-ə məxsusdur. Fəaliyyəti ilə bağlı vergi ödəyicisidir, 14 saylı ərazi Vergilər İdarəsi inzibati icraat üzrə qərar qəbul edə bilməzdi, prokurorluğun qəbul etmiş olduğu qərar ümumiyyətlə icraata götürməməli və geri qaytarmalı idi. Tovuz Rayon Prokurorunun onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qəbul etdiyi qərar qanunsuzdur və vəzifə səlahiyyətlərini aşmışdır. Bunun da səbəbi ondun ibarətdir ki, prokurorluq ona qarşı qərəzlidir. Bu addımı atmaqda məqsəd, ona hədə-qorxu gəlməkdir. Təşkilati formasından aslı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yandim etməyə borcludurlar. Məhkəmə, istintaq, təhqiqat və digər dövlət orqanlarının işçilərinin vəkil ilə hüquqi yardım göstərilən şəxs arasında hüquqi yardım göstərməklə əlaqədar vasitəçiliyinə yol verilmir.Vəkili peşə borcunu həyata keçirməklə əlaqədar ona məlum olan hallar barədə dindirmək qadağandır. Peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar vəkillər tərəfindən toplanılan sənədlər və digər sübutlar, vəkillik icraatları (dosye) istintaq və məhkəmə orqanları tərəfindən tələb edilə və götürülə bilməz. Vəkil tutulduqda və ya onun cinayət məsuliyyətinə cəlb edilməsi barəda qərar qəbul edildikdə bu barədə dərhal Azərbaycan Respublikasının Baş Prokuroruna və Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məlumat verilməlidir. Vəkillərə və onlarin təşkilatlırına edilən bütün müraciətlər vəkillər tərəfindən sirr kimi qorunur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X7 şikayətin dəlillərini müdafiə edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi X5 qəbul etdiyi 26 aprel 2023-cü il tarixli qərarının ləğv edilərək, əməlində inzibati xəta hadisəsi olmaması əsası ilə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq inzibati iş üzrə icraat başlamış Tovuz Rayon prokurorluğu və inzibati iş üzrə icraat apran 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Tovuz Rayon Polis Şöbəsindən və 14 saylı Ərazi Vergilər İdarəsindən əldə edilmiş materiallar əsasında işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayət əsasında qərarın qanuniliyi və əsaslılığı yoxalnılarkən aşağıda sadalanan sənədlərə istinad edilmişdir: İş materiallarında olan: Tovuz Rayon X1 14 mart 2023-cü il tarixli qərarından görünür ki, X7 barədə inzibati xəta haqqında iş üzrə icraatın açılmasına dair qərar qəbul edilmiş və qərar araşdırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə göndərilmişdir. 26 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X13 AR İXM-nin 460-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Həmin qərardan görünür ki, İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddətin bitməsi əsası ilə iş üzrə icraata xitam verilmişdir. X9 Tovuz rayon polis şöbəsində verdiyi izahatda qeyd edilir ki, Tovuz rayon Qovlar şəhəri M Hüseyn küçəsi ev 39-da yaşayır.2003-cü ildə onun mərhum atasına məxsus Tovuz rayon Qovlar şəhəri Şəhriyar küçəsində 0,0544 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsini atası Tovuz rayon Qovlar qəsəbə bələdiyyəsindən obyekt tikdirmək üçün almışdır. Həmin torpağa atasının sağlığında Tovuz rayon Qovlar şəhər sakıni X3 çıxmaq istəmişdir. İstəyirdi ki, həmin torpaq sahəsini atasından alsın. Ancaq atası həmin torpaq sahəsinı həmin şəxsə vermədi, 20 ildir ki, həmin torpaq üstündə onlarla Telman arasında məhkəmə çəkişmələri gedir. Torpaq sahəsinə məhkəmə həbs qoymuşdur. Telman Mahmud oğlu həmin torpaq sahəsində qanunsuz tiklilər tikmişdir 17.12. 2020-ci ildə atası X11 rəhmətə getmişdir. Daha sonra vərəsəlik onun adına keçdi və bu işlə hazırda o məşğul olur. Atası rəhmətə gedən zaman bu mubahisəli torpaq məsələsi Gəncə Apelyasiya məhkəməsinin icraatında idi. Onun bu işlərdən anlayışı olmadığı üçün fikirləşdi ki, vəkillə müqavilə bağlasın. 2022-ci ilin yazında Tovuz rayon vəkillər burasona gəldi, X7 ilə o bu məzmunda söhbət etdi. O ona söz verdi ki, ona bu işdə kömək edəcəkdir, işi onun xeyrinə həll edəcək. Bunun müqabilində ondan 1000 manat pul istəmişdir. O da onunla razılaşmış və onun ış otağında ona 1000 manat pul vermişdir. O ona pul verən zaman yanında başqa heç kim yox idi. Ancaq onunla hər hansı müqaviləyə imza atmamış, məhkəmə zalında ona orderə imza etdirmişdir. Gəncə Apellyasıya məhkəməsində işə baxıldı, onun əleyhinə qərar qəbul edildi. Belə ki, Tovuz rayon məhkəməsi qərar qəbul etmişdi ki, Əlyev X2 məsus torpaq sahəsində olan tikilisi sökulsun. X12 da Tovuz rayon məhkəməsinin qərarından narazı qalaraq Gəncə Apellyasiya məhkəməsinə şikayət etmişdir. 21.12 2022-ci ildə Gəncə Apellaysiya məhkəməsi işə baxdı, Tovuz rayon məhkəməsinin qərarını qüvvədə saxlamadı. O da Gəncə Apellyasiya Məhkəməsinın çıxardığı qərardan narazı qaldı və Rəşad Abdullayevə dedi ki, belə razılaşmamışdıq. O ondan verdiyi 1000 manat pul geri istədi, Rəşad ona dedi ki, o pulu ona qaytarmayacaq. O onunla bərabər Gəncə Apelyasıya məhkəməsinə getmiş, onunla 3 dəfə Gəncə Apellyasıya Məhkəməsinə getmişdir. Rəşad Abdullayev onun pulunu vermədiyi üçün müxtəlif instansiyalara şikayət ənzəsi ilə müraciət etdi. Əizə verməkdə tələbi odur ki, vəkil Rəşad Abdullayev ondan aldığı 1000 manat pulu geri qaytarsın. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyərək, onun izahatını işdə olan sübutlar əsasında yoxlayaraq bu qənaətə gəlir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi X5 qəbul etdiyi 26 aprel 2023-cü il tarixli qərar ləğv edilərək, İXM-nin 53.1.2-ci maddəsi ilə iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi X7 barədə ona görə inzibati icraata aparılmışdır ki, o İXM-nin 460-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi X5 qəbul etdiyi 26 aprel 2023-cü il tarixli qərarla onun həmin inzibati xətanı törətməsi müəyyən edilsə də, İXM-nin 38-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X4 əməlində İXM-nin 460-cı maddəsinin tərkib əlamətləri mövcud deyildir. Belə ki, şəxs o halda həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilir ki, o şəxs az miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınsın. Yəni, vergidən yayınmaq üçün əvvəlcə ödəniləcək pul məbləği vəkil qurumu tərəfindən müqavilə üzrə rəsmiləşdirilməlidir. Hazırki işdə isə Rəşadın müvəkkili adlandırdığı şəxsdən aldığı pul, ümumiyyətlə müqavilənin predmeti olmamışdır. Müqavilə üzrə müəyyən edilmiş məbləğ 50 manat olmuşdur ki, həmin məbləğ üzrə də vergidən yayınma halları aşkar edilməmişdir. Yəni, o halda vergidən yayınma ilə bağlı inzibati xəta tərkibi mövcud olardı ki, vəkil müvəkkilindən götürmüş 1000 manat məbləği müqavilə üzrə rəsmiləşdirsin, amma həmin məbləğdən vəkilə pul ödənilərkən ödəməyə mənbəyində vergiləri ödəməkdən yayınsın. Məhkəmə tərəflər arasındakı münasibətlərə hüquqi qiymət vermək niyyətindən uzaq olaraq onu qeyd edir ki, göründüyü kimi vəkillə müvəkkili arasında mülki hüquq münasibətləri yaranmış və bu hüquq münasibəti çərçivəsində də vəkil müəyyən məbləğdə pul əldə edərək, ehtimal edilir ki, əsassız olaraq varlanmışdır. Eyni zamanda əsassız olaraq əldə edilmiş pul vəsaitinin gələcəkdə müəvəkkilə qaytarılması ehtimalı mövcuddur ki, buna görə də vəkilin həmin məbləğdən vergi ödəməsi məntiqsizlik olardı. Çünki vəkilin əldə etdiyi pul məbləği qanunla nəzərdə tutulmuş qaydada əldə edilməmişdir. Vəkil bürolarının tərkibində fəaliyyət göstərən vəkillərin vergi və məcburi dövlət sosial sığorta ödənişlərini bürolar yerinə yetirir. Vəkil büroları qeyri-kommersiya hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmaqla vəkillərin vəkillik fəaliyyəti ilə əlaqədar bütün müqavilələrin bağlanması və s. hüquqi prosedurlarda tərəf olur, eyni zamanda vəkillərin müqavilə əsasında ödənilən xidmət haqlarından məcburi ödənişləri ödəmə mənbəyində tutmaqla icra edir. Fərdi qaydada fəaliyyət göstərən vəkillərdən fərqli olaraq, hər hansı vəkil bürosunun tərkibində fəaliyyət göstərən vəkillər hüquqi yardım üçün müraciət edən şəxslə müqavilə bağlayan zaman ödənilən xidmət haqqı məbləğini vəkil bürosunun hesabına köçürür və görülən iş tamamlandığı zaman həmin məbləğin məcburi ödənişlər çıxıldıqdan sonra qalan hissəsi vəkilin bank hesabına ödənilir.Vəkil büroları vergi agenti kimi üzvləri olan vəkillər tərəfindən müqavilələr üzrə ödənilən xidmət haqqı məbləğlərindən Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində gəlir vergisini və "Sosial sığorta haqqında" Qanunun 14.5.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta ödənişlərini tutaraq dövlət büdcəsinə ödəyirlər. Vergilər Məcəlləsinin 150.1.17-ci maddəsinə əsasən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq vəkil qurumlarının tərkibində fəaliyyət göstərən vəkillər tərəfindən göstərilən vəkillik fəaliyyəti ilə bağlı vəkillərə ödənişi həyata keçirən vəkil qurumu ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Göründüyü kimi o halda vergidən yayınma halı baş verir ki, vəkillərə ödənişi həyata keçirən vəkil qurumu ödəmə mənbəyində vergini tutmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair Qərarında qeyd edilmişdir ki, vergi orqanının üzə çıxardığı əməl vergi ödəyicisinin Vergi Məcəlləsinin 57, 58 və 60-cı maddələrində müəyyən olunmuş vergi xətaları çərçivəsində törədildikdə, bu əməlin vergi qanunvericiliyinin pozulması ilə bağlı olan vergi hüquq pozuntusu kimi tövsif olunması Vergi Məcəlləsinin müddəalarına müvafiq olaraq, Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulmuş vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət törədildikdə isə həmin Məcəllənin müddəalarına müvafiq olaraq həll olunmalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun 8 aprel 2002-ci il, 6 avqust 2002-ci il və 12 yanvar 2011-ci il tarixli Qərarları). Göründüyü kimi Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi Vergi Məcəlləsinin müddəalarına müvafiq olaraq kifayət qədər araşdırma aparmadan müddətin keçməsi əsası ilə iş üzrə icraata xitam verməkdə haqlı olmamışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən bu qənaətə gəlir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi X5 qəbul etdiyi 26 aprel 2023-cü il tarixli qərar ləğv edilərək, İXM-nin 53.1.2-ci maddəsi ilə iş üzrə icraata xitam verilməlidir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə görə inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi X5 qəbul etdiyi 26 aprel 2023-cü il tarixli qərar ləğv edilərək, İXM-nin 53.1.2-ci maddəsi ilə iş üzrə icraata xitam verilməlidir. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-372/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-372/2023
23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver