Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-373/2023 03.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi Protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1969-cu il tarixdə Tovuz rayonu Ağbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış və əlilliyi olmayan, Tovuz rayonu Ağbulaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Tovuz Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz RPŞ-nin İTB-nin sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində ünvan 1 ünvanına nalayiq söyüşlər söyərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında Tovuz RPŞ-nin İTB-nin sahə rəisi X2 protokola uyğun izahat verərək, X3 inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü qismən təqsirli bilərək göstərdi ki, Tovuz rayonu Ağbulaq kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində yaşadığı evdə spirtli içki qəbul etmiş, bu zaman qohumu X5 ona məxsus “Mercedes Benz” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomaşının lazım olduğunu demiş, o isə avtomaşının açarını sonuncuya vermişdir. Tacir avtomobillə getdikdən 5 dəqiqə sonra ona bildirilmişdir ki, Tovuz RPŞ-nin YPX əməkdaşları ona məxsus avtomaşını saxlatmışlar, cərimə meydançasına aparırlar. O, qeyd olunan yerə gəlmiş, polis əməkdaşlarına avtomaşını aparmamalarını xahiş etmiş, lakin sonuncular avtomaşının şöbəyə aparılacağını bildirmişlər. Bu zaman o, əsəbləşib ünvansız nalayiq söyüşlər söymüş, lakin polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərməmişdir. Bundan sonra polislərin qanuni tələblərinə tabe olaraq onlarla birlikdə polis şöbəsinə getmişdir. Hazırda etdiyi əməldən səmimi peşmandır. Məhkəmədən qərar qəbul edilərkən etdiyi əməldən səmimi peşman olmasını nəzərə alınaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Tovuz RPŞ-nin DYPB-nin YPX inspektoru X4 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Tovuz rayonu Əsrik Cırdaxan kəndi ərazisində xidmət apararkən “Mercedes Benz” markalı **- GE-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxla işarəsi vermişlər və daha sonra sürücü avtomaşını saxlamışdır. Sənədlərə baxış zamanı sürücünün avtomaşını idarə etmək üçün sürücülük hüququnun və etibarnaməsinin olmadığını müəyyən etmişlər. Bu zaman avtomaşının sahibi Şəxs sərxoş vəziyyətdə həmin yerə gəlmiş, oradakı polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söymüşdür. Onlar Şəxs nizam-intizama dəvət etsələr də, sonuncu polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq hərəkətlərinə davam etmişdir. Bundan sonra onlar birlikdə polis şöbəsinə gəlmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə iclasında videodiskə baxış keçirilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nalayiq söyüşlər söydüyü müəyyən edilsə də, lakin sonuncunun polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərməsi halı müəyyən edilməmişdir. Belə ki, polisin qanuni tələbi Şəxs ictimai qaydanı pozduğuna görə onun polis şöbəsinə dəvət edilməsi olmuşdur. İşdən də görünür ki, o polis əməkdaşlarının müşayəti ilə polis şöbəsinə aparılır və hər hansı müqavimətin olması müəyyən edilmir. Ona görə də məhkəmə hesab edir ki, onun əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir. İnzibati qaydada tutma haqqında 516 nömrəli protokoldan görünür ki, Şəxs 01 may 2023-cü il tarixdə saat 20:10-dan 02 may 2023-cü il tarixədək 1 (bir) gün müddətinə inzibati qaydada tutulmuşdur. Sərxoşluq hallarının müəyyən edilməsi barədə qəbzdən görünür ki, Şəxs inzibati xətanı törədərkən, yəni xx.xx.2023-cü il tarixdə sərxoş olmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, habelə şahidi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə daxil olan bütün tövsifedici əlamətlər olmadığından onun barəsində olan inzibati xəta barədə iş üzrə icraata xitam verilməli, onun əməlində yalnız İXM-nin 510-cu maddəsinin əlamətləri olduğundan o, həmin maddə ilə inzibati tənbeh olunmalıdır. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, şəxsin əməlində inzibati xətalar barədə işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarıla bilər. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xətalar haqqında işlərə baxılarkən qərar (qərardad) çıxarılır. Məhkəmə göstərir ki, Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi iş materialları ilə öz təsdiqin tapır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Bununla yanaşı məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsini İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə müvafiq olaraq məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, səmimi peşman olmasını, qəbul ediləcək qərarın onun ailəsinə təsirini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Həmçinin məhkəmə Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edərkən, sonuncunun 01 may 2023-cü il tarixdən inzibati qaydada tutulmasını nəzərə alır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə materiala xitam verilsin. Şəxs həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 75 (yetmiş beş) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-373/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-373/2023
03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver