Məhkəmə qərarları › İş №3(062)-377/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-377/2023

07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-377/2023 07.06.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi "xxxx" Firmasının nümayəndəsi X2 iştirakı ilə, "xxxx" Firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" Firmasının barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 aprel 2023-cü il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, "xxxx" Firması 08 aprel 2021-ci il tarixdə 30000 (otuz min) ABŞ dolları məbləğində vəsaiti xaricə köçürmüş və 2 il müddət keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 09 aprel 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. "xxxx" Firmasının nümayəndəsi X3 məhkəmə iclasında nümayəndəsi olduğu hüquqi şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmayaraq verdiyi ifadsəsində göstərdi ki, həqiqətən xaricə 08 aprel 2021-ci il tarixdə pul köçürülmüşdür. Lakin müqavilədə olan öhdəlik işi görmək barədə tapşırıq verilmiş X1 bölgəsində yerləşən təşkilat tərəfindən icra edilməmişdir. Belə ki, onlarla yazışmalarında əvvəllər müxtəlif səbəblərdən mal istehsal olunmamışdır. Sonuncu dəfə isə həmin bölgədə zəlzələ baş verdiyindən tapşırıq icra edilməmişdir. Odur ki, Tepat firması barəsində tərtib olunmuş protokol əsasında olan inzbati işin icraatına xitam verilməsini xahiş etdi. İşə əlavə olunmuş "xxxx" QSC tərəfindən SHY Danışmanlık Metakim.Tar.Hay.Mak.İnşasan ve Tic.LTD ŞTİ-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli məktublarına müvafiq olaraq həmin şirkət tərəfindən xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli və 14 fevral 2023-cü il tarixli məlktublarla cavab verilmişdir. 2021-ci il və 2022-ci il tarixli məktublarda şirkət yaxın müddət ərzində işləri görməyə çalışmasını bildirsə də, 14 fevral 2023-cü il tarixdə verdikləri məktubda 06 fevral 2023-cü il tarixli zəlzələ səbəbindən işləri görə bilmədiklərini bildirmişlər. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Tepat firması 08 aprel 2021-ci il tarixdə həqiqətən Türkiyə Cumhuriyyətində yerləşən təşkilatın hesabına işlər görülməsi məqsədilə pul köçürülmüşdür. Əvvəllər işlərin görülməsi Tepat firmasına öhdəlik götürmüş işi görən təçkilat tərəfindən vəd olunmuşdur. Müqavilə üzrə öhdəliyin icra olunmamasının səbəbi isə fors major halı ilə bağlı olmuşdur. Belə ki, 06 fevral 2023-cü il tarixdə Türkiyə Cumhuriyyətində baş verən zəlzələ səbəbindən (zəlzələdən zərər görən bölgələrdən biri də Kahramanmaraş bölgəsi olmuşdur ki, tapşırıq da həmin bölgədə icra olunurdu) fors major hal yarandığından icra edilə biləməmişdir. Göründüyü kimi müəyyən edilmiş müddətdə müvafiq malların idxal edilməməsi həmçinin ödənilmiş valyutanın xaricdən geri qaytarılmaması "xxxx" firmasının təqsiri ucbatından baş vermədiyindən və firmadan asılı olmayan səbəbdən olduğuna görə hüquqi şəxsin əməlində hüquqi şəxsin əməlində inzibati xətanın tərkibi yaranmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" Firmasının barəsində İXM-nin 430.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xəta tərkibi yaranmamışdır, ona görə də hüquqi şəxs inzbati qaydada tənbeh oluna bilməz, odur ki, həmin inzbati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,48-51, 115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİ: TEPAT” Firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 19 aprel 2023-cü il tarixli EP № ******* saylı protokol əsasında olan inzibati xəta haqqında işin icraatına inzibati xəta tərkibi olmadığından icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar