Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-378/2023 26.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: "xxxx" MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-ci il tarixli, 00100-00997/23 saylı protokol tərtib olunaraq baxılması üçün xx.xx.2023-cü il tarixdə Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-ci il tarixli, 00100-00997/23 saylı protokoldan görünür ki, “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə Sistemi”nə baxış keçirilərək müəyyən edilmişdir ki, "xxxx" MMC-nin ünvanına xx.xx.2023cü il tarixdə 33AAU611/33AAU812 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük üçün **********8942 sorğu nömrəli qısa idxal bəyənnaməsi mallar ölkə ərazisinə gətirilməzdən əvvəl gömrük orqanına təqdim edilmiş, lakin həmin qısa idxal bəyənnaməsində nəqliyyat vasitəsinin nömrəsi 31GU569/31ABN944 qeyd edildiyi halda **********6170 sorğu nömrəli GB-nin 18-ci qrafasında və ona qoşma edilmiş sənədlərdə isə nəqliyyat vasitəsinin nömrəsi 33AAU811/33AAV812 göstərilməklə bununla da uyğunsuzluq yaranmışdır. Nəticədə, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. Protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqda protokol tərtib edilmiş "xxxx" MMC-yə işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəis müavini tərəfindən Bakı Baş Gömrük İdarəsinin rəis müavininə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə Sistemi”nə baxış keçirilərək müəyyən edilmişdir ki, "xxxx" MMC-nin ünvanına xx.xx.2023-cü il tarixdə 33AAU611/33AAU812 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük üçün **********8942 sorğu nömrəli qısa idxal bəyənnaməsi mallar ölkə ərazisinə gətirilməzdən əvvəl gömrük orqanına təqdim edilmiş lakin həmin qısa idxal bəyənnaməsində nəqliyyat vasitəsinin nömrəsi 31GU569/31ABN944 qeyd edildiyi halda **********6170 sorğu nömrəli GB-nin 18-ci qrafasında və ona qoşma edilmiş sənədlərdə isə nəqliyyat vasitəsinin nömrəsi 33AAU811/33AAV812 göstərilməklə bununla da uyğunsuzluq yaranmış, bununla da adı çəkilən hüquqi şəxs tərəfindən mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə tərtib edilmiş protokolu iş materialları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, "xxxx" MMC qeyd olunan maddə üzrə inzibati xətanın törədilməsində təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 22.2-ci maddəsində təsbit edilmişdir ki, hüquqi şəxslər barəsində xəbərdarlıq, inzibati cərimə və inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növləri tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMC-nin ünvanına xx.xx.2023-cü il tarixdə 33AAU611/33AAU812 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük üçün **********8942 sorğu nömrəli sisa idxal bəyənnaməsi mallar ölkə ərazisinə gətirilməzdən əvvəl gömrük orqanına təqdim edilmiş lakin həmin qısa idxal bəyənnaməsində nəqliyyat vasitəsinin nömrəsi 31GU569/31ABN944 qeyd edildiyi halda **********6170 sorğu nömrəli GB-nin 18-ci qrafasında və ona qoşma edilmiş sənədlərdə isə nəqliyyat vasitəsinin nömrəsi 33AAU811/33AAV812 göstərilməklə bununla da uyğunsuzluq yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. "xxxx" MMC tərəfindən məhkəməyə daxil olmuş ərizə ilə bağlı diqqətə çatdırılır ki, ərizədə istinad olunan qərar hazırki protokol üzrə qəbul edilməmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsinə əsaslar yoxdur. İnzibati tənbehin məqsədlərindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. (İnzibati Xətalar Məcəlləsinin 31.1 və 31.3-cü maddələri). Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin sanksiyasının həddi daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18.5, 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: "xxxx" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 250 (iki yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(062)-378/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-378/2023
26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver