Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-379/2025 22.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, X4 iclas katibliyi, Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar X5 iştirakı ilə xx.xx.1986-cı ildə Tovuz rayonu Yanıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, öz deməsinə görə məhkumluğu olmayan, işləməyən, əlilliyi olmayan, Tovuz rayonu Yanıqlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs Şəmkir Rayon Məhkəməsinin 2(076)- 111/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə yaranmış 1850 manat məbləğdə borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 bildirmişdir ki, borclu Şəxs Şəmkir Rayon Məhkəməsinin 2(076)-111/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə yaranmış 1850 manat məbləğdə borcu ödəməmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-111/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Şəxs tələbkar X8 hər ay hər bir uşağın saxlanılması üçün 175 manat (ümumi 350 manat) aliment borcu ödəməlidir. Şəxs hal-hazırda işsizdir və ölkədən çıxa bilmir, əmlakı isə yoxdur. Ödəniş etdiyi üçün tərəfimizdən başlanılmış icraata bir dəfə xitam verilib. Mart ayında iki dəfə ödəniş edib, xx.xx.2025-ci il tarixdə 400 manat, xx.xx.2025-ci il tarixdə isə 300 manat ödəniş etmişdir. Hal-hazırda 350 manat ödəniş edə bilər, lakin tələbkar X9 razı deyil, qeyd olunan məbləği bütöv tələb edir. Qeyd olunanlara əsasən məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X9 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qətnamənin icrası kimi borcunu ödəmir. İki övladı var, tək başına onlara baxa bilmir, ataları Şəxs isə nə mənəvi, nədə maddi yardım göstərmir. Şəxs hər dəfə ödəniş edəcəyi barədə vəd verir, lakin vədinə əməl etmir, bu səbəbdənda X9 borcun tam məbləğinin ödənilməsini tələb edir. Qeyd olunanlara əsasən, məhkəmədən Şəxs barəsində inzibati həbs tənbeh növünün tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-111/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən hər ay 350 manat tələbkar X8 aliment borcu ödəməlidir. Halhazırda işsiz olduğunu, işi (ustalıq) olduqda isə mütəmadi olaraq ödənişlər etdiyini, indi isə 350 manat ödəniş edə biləcəyini bildirdi. Təxminən 10 günə yeni övladının anadan olacağını bildirərək, məhkəmədən onun barəsində başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Şəmkir Rayon Məhkəməsinin 2(076)-111/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Şəxs hər ay hər bir uşağın saxlanılması üçün 175 manat, ümumi 350 manat pul məbləğinin alınaraq tələbkar X8 ödənilməlidir. Məhkəmə sənədlərinə əlavə edilmiş tibbi arayışa əsasən, Şəxs arvadı X2 həqiqətən də 33 həftəlik hamilədir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, habelə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və tələbkarı dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirici hal olaraq arvadı X1 33 həftəlik hamilə olmasını nəzərə almışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində ağırlaşdırıcı hal müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edərək inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə almaqla ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-379/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-379/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver