Məhkəmə qərarları › İş №3(062)-382/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-382/2025

23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-382/2025 23.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X11 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X5 iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Tovuz rayonu Abulbəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, İİİ qrup əlilliyi olan, Tovuz rayonu Abulbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs (FİNxxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X15 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə Tovuz rayonu, M.Musayev küçəsində X2 boyunbağı sataraq 400 (dörd yüz) manat pulu ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında polis kapitanı X15 protokola uyğun izahat verərək bildirmişdir ki, Şəxs X2 boyunbağı sataraq dələduzluq yolu ilə 400 manat ələ keçirmişdir. Qeyd olunanlara əsasən, barəsində qanuna uyğun qaydada inzibati tənbeh növü tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 ifadə verərək bildirdi ki, Şəxs 400 manata qızıl boyunbağı alıb. Bir müddətdən sonra pula ehtiyyacı olduğu üçün Tovuz rayonunun ərazisində yerləşən “Karat” qızıl mağazasına müraciət edib həmin boyunbağını satmaq istədiyini bildirmiş, orada isə X7 bildiriblər ki, boyunbağı qızıl deyil, sadə dəmirdəndir. Daha sonra X8 digər zərgərlərdəndə həmin boyunbağını maraqlanmış, digər zərgərlərdə boyunbağının sadə dəmirdən olduğunu bildirmişlər. X8 bu barədə Şəxs bildirmiş, sonuncu ondan pulu qaytara bilməsi üçün vaxt istəmişdr. Şəxs bu məsələyə məsuliyyətsiz yanaşdığını görüb, X3 Rayon Polis Şöbəsinə müraciət etmişdir. Məhkəmədən qanunamüvafiq qərar qəbul etməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs ifadə verərək bildirmişdir ki, həmin boyunbağını dostları ona hədiyyə ediblər və özüdə həmin boyunbağının qızıldan olduğunu fikirləşirmiş. Bir müddət istifadə etdikdən sonra, pula ehtiyyacı olduğu üçün 400 manata X1. Hal-hazırda maddi vəziyyətinin ağır olduğunu, özünün işsiz və qan azlığı (telassemiyadan) əziyyət çəkdiyini bildirdi. Törətdiyi əməldən peşmandır, barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş edir. İşə əlavə olunmuş 31 mart 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Tovuz rayonu Xatınlı kəndi ərazisində yaşayan X4 RPŞ-yə müraciət edərək, 3 gün əvvəl Orxan adlı şəxsdən 400 manat dəyərində qızıl boyunbağı aldığını, lakin sonradan yoxladan zaman həmin qızıl boyunbağının saxta olduğunu aşkar etdiyini və Orxanın ona qarşı dələduzluq etdiyini bildirmişdir. İşə əlavə olunmuş sənədlə müəyyən olunur ki, Şəxs İİİ qrup əlildir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi, habelə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-cü maddəsinə əsasən, ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs orqanizinin funksiyalarının 31-60 faiz pozulmaqla əlilliyinin müəyyən olunması əməlini yüngülləşdirən hal kimi qiymətləndirilmişdir. Şəxs əməlini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edərək inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə almaqla ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati tənbehin çəkilməsinin əvvəli Şəxs həmin tənbehin çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar