Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 3(062)-39/2025 14.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon X7 Polis Bölməsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Tovuz RPŞ-nin X6 sahə rəisi polis leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* və MN ******* saylı protokollar tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolarda qeyd olunmuşdur ki, Şəxs X1, X3 və X2 döyərək onlara dərəcəsi müəyyən olunmayan xəsarət yetirmişdir. Baş vermiş inzibati xəta ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə ayrı-ayrılıqda protokol tərtib olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə materialları araşdıraraq hesab edir ki, Şəxs müxtəlif vaxtlarda öz hərəkətləri ilə eyni inzibati xətanı törətdiyindən həmin işlər üzrə icraat birləşdirilərək bir icraatda baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsinə görə Azərbaycan Respublikası inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilməsə də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında nümayiş etdirdiyi mövqeyə görə inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində işlərin birləşdirilməsi göstərilmədiyindən analogiya üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinə müraciət olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə toplanmış inzibati xəta haqda materiallar bir icraatda birləşdirilməklə baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İXM-nin 34 və CM-nin 49cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə toplanmış materiallara bir icraatda birləşdirilməklə 3(062)-38/2025 nömrəli iş kimi baxılsın.
Məhkəmə qərarları › İş №3(062)-39/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №3(062)-39/2025
14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver