Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-395/2025 30.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1959-cu ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Naiqin K "xxxx" MMC-nin icraçı direktoru işləyən, əlilliyi olmayan, məhkumluğu olmayan, Tovuz rayonu İbrahimhacılı kəndində qeydiyyatda olan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-1158/2024 saylı 25 iyun 2024-cü il tarixli qərarına əsasən Naiqin-K "xxxx" MMC-dən 50020 (əlli min iyirmi) manat pulun alınaraq Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə ödənilməsi barədə icra vərəqəsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında göstərdi ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-1158/2024 saylı 25 iyun 2024-cü il tarixli qərarına əsasən Naiqin-K "xxxx" MMC-dən 50020 (əlli min iyirmi) manat pulun alınaraq Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə ödənilməsi qət olunmuşdur. Borcun ödənilməsini təmin etmək məqsədilə icra tədbirləri həyata keçirilmişdir. Borcluya borcu barədə məktub göndərilmişdir. Lakin heç bir ödəmə olmadığından Naiqin K "xxxx" MMC-nin direktoru Şəxs barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs məhkəmə iclasında ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, həqiqətən Naiqin K "xxxx" MMC-nin direktoru vəzifəsində əvvəllər işləmişdir. 20 may 2025-ci ildə yenidən həmin vəzifənin icrasına başlamışdır. İcra işindən heç bir xəbəri olmamışdır. Ona görə də hesab edir ki, qətnamənin icrasından qərəzli boyun qaçırmır. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, 30 may 2025-ci il tarixdə izahatı alınarkən icra işindən xəbərdar olmadığı müəyyən olunmuşdur. İcra işinin Tovuz Rayon İcra və Probasiya şöbəsinə daxil olduğu vaxtdan sonra icra tədbirləri görülməyə başlansa da, real olaraq heç bir hərəkət olmamışdır. Eyni zamanda Şəxs 15 may 2025-ci il tarixdə Naiqin K "xxxx" MMC-nin direktoru təyin edilmiş və 20 may 2025-ci il tarixdə 14 saylı Ərazi vergilər İdarəsində qeydiyyata alınmışdır. Göründüyü kimi onun direktor kimi qeydiyyata alınması ümumilikdə 10 gündür. Halbuki, məhkəmə qərarının icrası üçün ən azı 10 gün əvvəl xəbərdar olunmalı idi. Həmçinin məhkəmə baxışı zamanı müəyyən edildi ki, ümumiyyətlə o xəbərdar olunmamış, yalnız məhkəməyə gətirildiyi gün izahatı alınmışdır. İnzibati materiala icra məmurunun icra işi ilə əlaqədar hər hansı bir hərəkət etməsi müəyyən olunmur. Buradan da görünür ki, Şəxs qətnamənin icrasından qərəzli şəkildə boyun qaçırmır. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-395/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-395/2025
30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver