Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-40/2024 12.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, Barəsində iş üzrə icraat aparılan Şəxs MMC-nin haqqında Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə tərtib olunmuş protokol üzrə inzibati materiala baxaraq, məhkəmə Müəyyən etdi: Türkiyə Respublikasında qeydiyyatda olan “X1 X3. ve İhR.Ltd.Şti.” şirkətindən Tovuz rayonu Qaraxanlı kəndində qeydiyyatda olan hüquqi şəxs – Şəxs MMC-nin ünvanına xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasına daxil olmuş “X2 1844LS” markalı 77XN035/99YC036 nömrə nişanlı yük avtomobilində idxal olunmuş və gömrük rəsmiləşdirilməsi məqsədilə Tovuz Gömrük İdarəsinə təyinat almış yüklərə Tovuz rayonunun Cəlilli kəndi ərazisində yerləşən “Tır park” adlanan ərazidə keçirilmiş gömrük yoxlaması zamanı, istifadəyə yararlı olmaqla ümumilikdə 960 manat dəyərində 120 ədəd 1 litrlik qablaşdırmada “Kornilofos 50 ec” adlı aqrokimyəvi maddənin – gübrənin hüquqi şəxs Şəxs MMC tərəfindən gömrük orqanına düzgün bəyan olunmadan Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirildiyi müəyyən edilmiş və bununla da qeyd olunan hüquqi şəxs tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə və barəsində inzibati xəta haqda protokol tərtib edilmiş Şəxs MMC-yə işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməli Azərbaycan Respublikası İXMnin 482.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5786 nömrəli ekspert rəyindən görünür ki, üzərində “Kornilofos 50 ec” yazılmış 1 litrlik qablaşdırmada maye şəkilində olan gübrənin 1 ədədinin qiyməti 8 manat, 120 ədədinin qiyməti isə 960 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filialı və nümayəndəlikləri bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimal faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs MMC-yə inzibati tənbeh tətbiq edilərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsinin tərkibi vardır və onun barəsində hüquqi şəxs kimi inzibati tənbeh tətbiq edilib cərimə edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 43, 114-115, 117 və 128-131-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xətanın obyekti olmuş 960 (doqquz yüz altmış) manat vəsaitinin 30% faiz miqdarında, yəni 288 (iki yüz səksən səkkiz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-40/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-40/2024
12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver