Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-406/2025 11.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, öz deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, fərdi əməklə məşğul olan, Tovuz rayonu, Hacıallı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs (FİN xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon X10 təhlükəsizlik bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs Tovuz rayonu Aşağı Öysüzlü kəndində X6 məxsus daş hasarı uçuraraq ona 1500 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X4 tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, qeyd olunmuş inzibati xətanın Şəxs tərəfindən törədildiyi sübuta yetirilmişdir, onun əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş əmlakı qəsdən məhv etmə və ya zədələmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 232-1-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, zərərçəkmiş şəxs X9 onun yeznəsidir. Atası bir neçə il əvvəl bacısı və ailəsinin yay aylarında yaşaması üçün Aşağı Öysüzlü kəndində onlara torpaq sahəsi vermiş və X9 tərəfindən orada ev tikilmişdir. X1 onun razılığı olmadan qanunsuz yolla həmin torpaq sahəsini mülkiyyətinə keçirmiş və hasarlamışdır. Həmin hasarı sökməsini tələb etsə də X9 buna məhəl qoymamışdır. Buna görə də əsəbiləşərək X5 evdə lmadığı müddətdə, təxminən 2025-ci ilin fevral ayının 6-sı həmin hasarı uçurmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-cü il tarixli qərardan görünür ki, X5 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surətinin Tovuz RPŞnin İTB-nə göndərilməsi qərara alınmışdır. Təhqiqat araşdırması zamanı izahatı alınmış X9 bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Şəxs Kamal oğlu onun qaynı, X3 isə onun qaynatasıdır. Onun İlqar və Kamal ilə münasibəti yaxşı olmuş, aralarında ədavətimiz olmamışdır. O, təxminən 3 il əvvəl Tovuz rayon Aşağı-öysüzlü kəndində 3 sot torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXdən alınmış "**********97" nömrəli "çıxarış" ilə onun adına olmuşdur. O, həmin torpaq sahəsində bir mərtəbəli yaşayış evi tikdirib, torpaq sahəsinin ətrafına isə daşdan hasar çəkdirmişdir. O, hazırda həmin evdə yaşamışdır. Həmin daş hasarın 26 metr uzunluğu, 2 metr isə hündürlüyü var olmuşdur. Təxminən 1 ildir ki, qaynatası Kamal və qaynı İlqar əllərində heç bir sənəd olmadan həmin torpaq sahəsinin onlara məxsus olduğunu iddia etmişdilər. O, bir neçə dəfə İlqar və Kamaldan həmin torpaq sahəsinə aid sənədlərini göstərmələrini xahiş eləmişdir. Ancaq Kamal və İlqar ona heç sənəd göstərməmişdilər. Təxminən 20 gün əvvəl o, xəstələndiyinə görə müalicə almaq üçün Bakı şəhərinə həkimə getmişdir. O, təxminən bir həftə Bakı şəhərində müalicə aldıqdan sonra Tovuz rayon Aşağı-öysüzlü kəndində yaşadığı evə gəlmişdir. O, özünə məxsus evə gələndə, evin ətrafına çəkdirdiyi daş hasarın təmiz uçurulduğunu görmüşdür. O, həmin vaxt daş hasarın kim tərəfindən uçurulduğunu araşdırmışdır. O, özünə məxsus torpaq sahəsinin ətrafında olan daş hasarı qaynatası Kamal ilə qaynı İlqarın qəsdən uçurtduğunu öyrənmişdir. O, həmin gün İlqara zəng edərək, gəlib ona dəymiş maddi ziyanı ödəməsini tələb etmişdir. İlqar isə onu təhqir eləmiş və ona hədə-qorxu gəlmişdir. O, İlqarın dəymiş maddi ziyanı ödəmədiyini görüb, Tovuz RPŞ-nə gəlib ərizə yazmışdır. İlqar və Kamalın ona məxsus torpaq sahəsinin ətrafında olan daş hasarı qəsdən uçurmaqları nəticəsində ona 1500 manat maddi ziyan dəymişdir. xx.xx.2025-ci il tarixdə saat 14:30-da X6 məxsus torpaq sahəsində daş hasarın uçurulduğu yerə Azərbaycan Respublikası CPM-nin 86 və 236-cı maddələrinə əsasən baxış keçirilməklə bu barədə protokol tərtib edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli "**********" nömrəli Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reysterinin "çıxarış"dan görünür ki, Tovuz rayon Aşağı Öysüzlü kəndində 0.037 ha torpaq sahəsi X5 mülkiyyətindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. 232-1-ci maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edərək inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarına əsasən inzibati xətanın xx.xx.2025-ci il tarixdə törədilməsini nəzərə alaraq, inzibati xətanın törədilməsindən hazırda İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 04 ay müddət keçmədiyi üçün Şəxs inzibati məsuliyyətdən azad edilə bilməz. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 38, 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğdə, yəni 1500 (min beş yüz) manat məbləğdə cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-406/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-406/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver