Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-424/2023 31.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi "xxxx" Firmasının nümayəndəsi X3 iştirakı ilə, "xxxx" Firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" Firmasının barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02 may 2023-cü il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, "xxxx" Firması 15 aprel 2021-ci il tarixdə 30000 (otuz min) ABŞ dolları məbləğində vəsaiti xaricə köçürmüş və 2 il müddət keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 16 aprel 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. "xxxx" Firmasının nümayəndəsi X4 məhkəmə iclasında nümayəndəsi olduğu hüquqi şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmayaraq verdiyi ifadsəsində göstərdi ki, həqiqətən xaricə 15 aprel 2021-ci il tarixdə pul köçürülmüşdür. Lakin müqavilədə olan öhdəlik icra edilmədiyindən qeyd olunan məbləğ 07 aprel 2023-cü il tarixdə Türkiyə Cumhuriyyətindən geri qaytarılmışdır. Pul inzbati xəta haqqında protokol tərtib olunmamışdan öncə artıq qaytarılmışdır. İşə əlavə olunmuş hesabdan çıxarışa dair qəbzdən görünür ki, X1 Bankası vasitəsilə 07 aprel 2023-cü il tarixdə 30000 (otuz min) ABŞ dolları pul vəsaiti "xxxx" Firmasına göndərilmişdir. İşə əlavə olunmuş digər qəbzdən görünür ki, X2 Bankası vasitəsilə göndərilmiş pul "xxxx" Firmasının Azərbaycan Respublikası Beynəlxalq Bank ASC-də olan hesab nömrəsinə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, ölkə ərazisinə "xxxx" Firması tərəfindən avans şəklində göndərilən pul müqabilində 16 aprel tarixədək mal idxal olunmaması və ya ximətlər göerülməməsinə baxmayaraq hüquqi şəxs tərəfindən göndərilmiş valyuta ölkə ərazisinə həmin hüquqi şəxsin Beynəlxalq Bank ASC-də olan hesab nömrəsinə göndərilmişdir. Materiala əlavə olunmuş Beynəlxalq Bank ASC-nin Mərkəzi Banka ünvanladığı cavab 20 aprel 2023-cü il tarixli cavab məktubundan görünür ki, ödənişin aparıldığı gündən malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmamışdır. Göstərilən xüsusat doğruluq təşkil etməsinə baxmayaraq barəsində prtokol tərtib olumuş hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş qəbzlərlə pulun ölkə ərazisinə qaytarılması öz təsdiqini tapır. Pulun köçürülməsi qanunvericiliklə müəyyən olunmuş 02 il müddət keçirilmədən məhz "xxxx" Firmasının "xxxx" ASC-də olan hesabına köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə görə, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" Firmasının barəsində İXM-nin 430.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xəta hadisəsi baş verməmişdir, ona görə də hüquqi şəxs inzbati qaydada tənbeh oluna bilməz, odur ki, həmin inzbati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,48-51, 53, 115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİ: TEPAT” Firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 02 may 2023-cü il tarixli EP № ******* saylı protokol əsasında olan inzibati xəta haqqında işin icraatına inzibati hadisə olmaması əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-424/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-424/2023
31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver