Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-427/2025 11.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Protokol tərtib etmiş Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 iştirakları ilə xx.xx.1983-cü ildə Tovuz rayonu Böyük Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əlilliyi olmayan, Tovuz rayonu Böyük Qışlaq kəndində qeydiyyatda olan və yaşayan X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon İcra və probasiya şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən X3 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-1572/2024 saylı icra sənədinin icra edilməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Tovuz rayon İcra və probasiya şöbəsinin icra məmuru X11 tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 tərtib etdiyi protokolu müdafiə edərək göstərdi ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-1572/2024 saylı icra sənədinə əsasən, 01 may 2024-cü il tarixdən başlayaraq, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-1572/2024 saylı qərardadı nəzərə alınmaqla tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü Amin və xx.xx.2022-ci il təvəllüdlü Ömər adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün X4 hər ay bir uşaq üçün 180 manat, cəmi 360 manat sabit pul məbləğində aliment, habelə Ömər adlı uşaq üç yaşına çatana kimi hər ay 30 manat sabit pul məbləğində aliment alınaraq X6 verilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Hazırda borclu Xəqani Hüseynovun icra sənədi üzrə borcu 3511 manat təşkil edir. X3 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-1572/2024 saylı icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmədiyinə görə Tovuz Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli 3(062)-105/2025 nömrəli qərarına əsasən İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Buna baxmayaraq X8 həbs olunduğu tarixdən bugünədək aliment borcunu ödəməmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(062)-105/2025 nömrəli qərarının qüvvəyə mindiyi gündən X8 eyni icra sənədinə münasibətdə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təkrar törətdiyinə görə sonuncu barəsində İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, X5 inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 izahat verərək bildirmişdir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)- 1572/2024 saylı icra sənədi üzrə olan borcunu ödəyə bilmir. Belə ki, o, hazırda işsizdir və maddi imkanı çox aşağıdır. Hazırda onun aıiment borcu 3511 manat təşkil edir. İmkanı yaxşılaşacağı tədirdə borcunu hissə-hissə ödəyəcəkdir. Odur ki, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar iştirak etməmiş və məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-1572/2024 saylı icra sənədinə əsasən, 01 may 2024-cü il tarixdən başlayaraq, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-1572/2024 saylı qərardadı nəzərə alınmaqla tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü Amin və xx.xx.2022-ci il təvəllüdlü Ömər adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün X4 hər ay bir uşaq üçün 180 manat, cəmi 360 manat sabit pul məbləğində aliment, habelə Ömər adlı uşaq üç yaşına çatana kimi hər ay 30 manat sabit pul məbləğində aliment alınaraq X6 verilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, X8 barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(062)-105/2025 nömrəli qərarından görünür ki, X8 İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 Əfsanə Ələddin qızına Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)- 1572/2024 nömrəli icra sənədi üzrə olan borcunu ödəməmişdir. X1 barəsində İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, X8 barəsində İXM-in 528.1-1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X3 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-1572/2024 nömrəli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmədiyinə görə Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(062)-105/2025 nömrəli qərarına əsasən İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 gün müddətində inzibati qaydada həbs edilmiş, həmin qərarın qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təkrar törətmişdir. X8 borcunu maddi imkanının olmadığına görə ödəmədiyini bildirmişdir. Lakin məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, X5 İXM-in 528.1-1ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında X5 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, X5 törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini, şəxsiyyətini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilsin. X5 inzibati həbsə alınmanın əvvəli 11 iyun 2025-ci il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Tovuz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-427/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-427/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver