Məhkəmə qərarları › İş №3(062)-43/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №3(062)-43/2024

26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 3(062)-43/2024 26.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, X1 İXM-nin 353.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin əməkdaşının 06 dekabr 2023-cü il tarixli Qərarından verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: X2 İXM-nin 353.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin əməkdaşının 06 dekabr 2023-cü il tarixli Qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati işin baxılmağa hazırlanması zamanı inzibati materialın aidiyyəti üzrə düzgün göndərilmədiyi müəyyən edilmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 43, 44 və 110-cu maddələrində inzibati xətalar haqqında işlərin aidiyyət məsələləri müəyyən edilmiş, Məcəllənin 106.0.1, 109.1.7, 112.4, 114.3 və 134.1.5-ci maddələri isə işə aidiyyəti üzrə baxılmasını təmin etmək üçün hüquqi vasitələr nəzərdə tutmuşdur. İnzibati xətalar haqqında işlərin ərazi üzrə aidiyyəti pozulduqda isə Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi müəyyən edilmişdir (İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsi). İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Belə ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs qanunvericiliyin tələblərinə uyğun olaraq barəsində çıxarılmış inzibati qərardan inzibati xətanın törədildiyi yer üzrə şikayət verə bilər, daha sonra iş məhkəmənin icraatında olarkən məhkəmədə vəsatət verərək, işin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə baxılması üçün göndərilməsini xahiş etməli olduğu halda, şikayətçi şikayət ərizəsini birbaşa yaşayış yeri üzrə vermişdir. Şikayətin məzmunundan və şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, inzibati xəta hadisəsi Sanqaçal postundan keçdikdən 3 km sonra baş vermişdir. Buna baxmayaraq X2 inzibati xəta hadisəsinin baş vermiş ərazidə yerləşən məhkəməyə deyil, yaşayış yeri üzrə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, hazırki şikayətə inzibati xətanın törədildiyi yerdə baxılması işə ağlabatan müddətlərdə baxılaraq, daha obyektiv qərarın qəbul edilməsinə xidmət etmiş olacaqdır. Şərh olunanlara əsasən hesab edirəm ki, şikayət geri qaytarılmalı, şikayət vermiş şəxsə inzibati xəta hadisəsinin baş verdiyi ərazi üzrə şəhər-rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 100, 106-111-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şikayət onu vermiş şəxsə geri qaytarılsın. Şikayət vermiş şəxsə inzibati xəta hadisəsinin baş verdiyi ərazi üzrə şəhərrayon məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar