Məhkəmə qərarları › İş №3(062)-430/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-430/2023

22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-430/2023 22.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxxx 1982-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, "xxxx" QSC-də mühəndis işləyən, deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, Tovuz rayonu Bayramlı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2008-ci il tarixli icra vərəqəsinə əsasən 31 avqust 2005-ci ildə anadan olmuş Elbəyi adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 50 manat alimentin ondan alınaraq X1 verilməsi barədə icra vərəqəsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında göstərdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2008-ci il tarixli icra vərəqəsinə əsasən 31 avqust 2005-ci ildə anadan olmuş Elbəyi adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 50 manat alimentin Şəxs alınaraq X1 verilməsi qət olunmuşdur. Borcluya xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Hazırda borc 9050 manat təşkil edir. İcra işi 26 aprel 2023-cü il tarixdə Tovuz İcra və Probasiya şöbəsinə daxil olmuşdur. İcra şöbəsinə icra işi daxil olduqdan sonra borclunun iş yeri üzrə tutulma aparılması üçün də məktub göndərilmişdir. Bu günə qədər borcdan ödəmə olmadığı üçün Şəxs barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs məhkəmə iclasında göstərdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən ondan uşağının saxlanması üçün hər ay sabit pul məbləğində 50 manat alimentin alınaraq Lyudmila Allahverdiyevaya verilməsi qət olunmuşdur. Poçtla hər ay uşağına verilməsi üçün Lyudmila Allahverdiyevaya pul göndərmişdir. Bu günə qədər onu icra şöbəsindən çağırmamışlar. Bu gün onu icra şöbəsindən çağırıdqları zaman gəlmişdir. Mövcud olan borcunu ödəməkdən yayınmaq niyyəti yoxdur. Odur ki, barəsində olan inzibati xəta haqda iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbədən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. İşə əlavə edilmiş icra işinin materillarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2008-ci il tarixli icra vərəqəsi 26 aprel 2023-cü il tarixdə Tovuz Rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, 01 may 2023-cü il tarixdə Şəxs işlədiyi "xxxx" QSC-yə onun əmək haqqının 70 faizi miqdar pulu tutularaq X1 verilməsi barədə məktub göndərilmişdir. İcraata başlamaq haqqında qərar və bildiriş 22 may 2023-cü il tarixdə borcluya təqdim olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, borclu icra işindən bu gün xəbərdar olmuşdur. 22 may 2023-cü il tarixdə izahatı alınarkən icra işindən xəbərdar olmadığı müəyyən olunmuşdur. İcra işinin Tovuz Rayon İcra və Probasiya şöbəsinə daxil olduğu vaxtdan sonra icra tədbirləri görülməyə başlamış, hətta Şəxs işlədiyi yer üzrə əmək haqqından tutulma edilməsi üçün 01 may 2023-cü il tarixdə məktub göndərilmişdir. Həmçinin icra işindən Şəxs xəbərdar olması izahatı alınan gün 22 may 2023-cü il tarixdir. Buradan da görünür ki, Şəxs qətnamənin icrasından qərəzli şəkildə boyun qaçırmır. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar