Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-431/2025 12.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Protokol tərtib etmiş Tovuz RPŞ-si İTB-nin sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1977-ci il tarixdə Tovuz rayonu Xatınlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əlilliyi olmayan, Tovuz rayonu Qədirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Tovuz Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz RPŞ-si İTB-nin sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Tovuz rayonu Qədirli kəndində küçədə keçmiş arvadı X4 ünvanına ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Tovuz RPŞ-si İTB-nin sahə rəisi, polis kapitanı X3 protokola uyğun izahat verərək, Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Tovuz rayonu Qədirli kəndində yaşayır. X10 onun keçmiş arvadıdır. Onların arasında olan nikah pozulmuş və onun həmin nikahdan 2 nəfər uşaqları var. Nikah pozulduqdan sonra Səhər Tağıyeva və 2 nəfər uşaqları həmin evdə yaşamışlar, lakin sonuncu onu və yenidən evləndiyi qadını həmin evdə yaşamağa qoymur. Həmin mülki işlə bağlı məhkəmə mübahisəsi var və hazırda işə Gəncə Apellyasiya Məhkəməsində baxılır. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində o, hazırki arvadı X6 ilə birlikdə Tovuz rayonu Qədirli kəndində yaşadıqları evin qarşısında durarkən Səhər Tağıyeva qonşuları X5 ilə oradan keçən zaman Səhər onlara tərəf tüpürmüşdür. Bu zaman onların arasında sözlü mübahisə yaranmış, qarşılıqlı nalayiq ifadələr işlətmişlər. Qeyd olunanları nəzərə alıb barəsində olan inzibati materialın icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, Şəxs və X10 onun qoşusudurlar. Sonuncular birlikdə yaşadıqları vaxtdan münasibətləri həmişə yaxşı olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində o, Səhər Tağıyevadan xahiş edərək, birlikdə oğluna keçirəcəyi şənliklə bağlı qonşudan stol gətirməyi xahiş etmişdir. Onlar küçə ilə gedərkən Səhərin keçmiş əri Şəxs hazırki arvadı Aişə Həsənova ilə birlikdə evinin qarşısında durmuşlar. Onlar sonuncuların qarşısından keçərkən, aralarında sözlü mübahisə yaranmışdır. Bu zaman Şəxs keçmiş arvadı Səhər Tağıyevaya nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında göstərdi ki, Şəxs onun keçmiş əridir. Onlar boşandıqdan sonra aralarında mülki məsələ ilə bağlı mübahisələri yaranmışdır və hazırda da davam edir. Şəxs mütəmadi olaraq onun yaşadığı evə gələrək onu və uşaqlarını nalayiq ifadələrlə söyüb-təhqir edir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat 18 radələrində qonşusu X5 oğluna keçirəcəyi şənliklə bağlı qonşudan stol gətirməyi xahiş etmiş, o sonuncu ilə birlikdə küçə ilə gedərkən Şəxs və sonuncunun hazırki arvadı Aişə Həsənova onunla mübahisə etmiş və onun ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X1 Səhər Mayıl qızı ilə eyni məzmunlu izahat verərək, sonuncunun göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, Şəxs onun əridir. Onlar birlikdə yaşadıqları vaxtdan əri Rahimin keçmiş arvadı X10 ilə mübahisələri olmuşdur. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat 18 radələrində o, əri Rahimlə evlərinin qarşısında durarkən, küçədən keçən Səhər Tağıyeva onların yanına çatanda onlara tərəf tüpürmüşdür. Bu zaman sözlü mübahisə yaranmış və qarşılıqlı olaraq birbirilərinə nalayiq ifadələr işlətmişlər, lakin əri Şəxs nalayiq ifadə işlətməmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, habelə şahidləri dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün qismən etirafı, şahidlərin izahatları və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə Şəxs məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşaraq, özünü müdafiə xarakteri daşıdığını hesab edir. İş materialları ilə müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Tovuz rayonu Qədirli kəndində küçədə keçmiş arvadı X4 ünvanına ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq hərəkətləri etmişdir. İşin bu halı iş materialları və şahidlərin izahatları ilə də təsdiqini tapır. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Ədalətlilik prinsipindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində təsbit edilmişdir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati cərimə tənbeh növü seçilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-431/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-431/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver