Məhkəmə qərarları › İş №3(062)-432/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-432/2023

22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-432/2023 22.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxxxx 1988-ci ildə Şəmkir rayonu Bayramlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, əlilliyi olmayan, əvvəllər inzibati xətaya məruz qalmamış, məhkumluğu olan, Şəmkir rayonu Bayramlı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs - Barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 07 may 2023-cü il tarixdə Tovuz şəhəri M.Ə.Rəsulzadə küçəsində yaşayan X1 yaşadığı evdən dəyəri 120 manat olan 1 ədəd telefonun batareyasını doldurmaq üçün olan poverbankı oğurlamışdır. Baş vermiş inzibati xəta ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs verdiyi ifadəsində göstərdi ki, 07 may 2023-cü il tarixdə zərərçəkmiş şəxsə zəng vuraraq ev sahibinin onu kirayədən çıxardığını bildirmiş və Rafiq Yusifovdan onun evində qalmağı xahiş etmişdir. Rafiq Yusifovun evində olarkən mobil telefonun enerjisinin az olmasını bildirərək ondan pover bankını istəmişdir. Pover bank sonradan yadından çıxaraq onun cibində qalmış və o pover bankı qaytarmamışdır. Rafiq Yusifovun evində yemək yeyib çörək kəsdiyi üçün Rafiqin ondan şikayət etməsini ondan gözləməmişdir. 3 gün vaxt verilərsə o vurduğu zərəri ödəmək istəyir. Odur ki, əməlindən səmimi peşman olmasını, bir daha belə hərəkətlərə yol verməyəcyini və gələcəkdə vurduğu zərəri ödəməyə söz verməsini nəzərə alıb ona yüngül tənbeh verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Şəxs 07 may 2023-cü il tarixdə ona zəng vuraraq kirayədə qaldığı evdən ev sahibinin onu çıxardığını bildirərək evində qalmasını xahiş etmişdir. Onun yazığı gəldiyi üçün Şəxs evinə gəlməsinə icazə vermişdir. Şəxs onun evində olarkən onunla yemək yedikdən sonra telefonunun enerjisinin az olmasını bildirərək ondan pover bankını istəmişdir. O pover bankı istifadə etmək üçün Şəxs vermişdir. Sabahı gün Rafiq Yusifov getdikdən sonra pover bankı götürərək çıxıb getdiyini görmüşdür. Bundan sonra onunla əlaqə yaratsa da o pover bankı qaytarmamış daha sonra isə telefonunu bloka atmışdır. Ona görə də bu barədə Tovuz RPŞ-yə müraciət etmişlər. Hazırda ona vurulmuş zərər ödənilməmişdir. Odur ki, Şəxs şikayətçi olmasını nəzərə alıb ona qanuni tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxs X4 dinləyib, iş materiallarını tədqiq edərək belə qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. İşə əlavə edilmiş 20 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarın surətindən görünür ki, X3 şikayət ərizəsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə edilmiş inzabati qaydada tutma haqqında 20 may 2023-cü il tarixli 587 saylı protokolun surətindən görünür ki, Şəxs 20 may 2023-cü il tarixdə saat 18:00-da inzbati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifələri insan və vətandaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsiliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik, prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşiman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin barəsində ağırlaşdırıcı hal müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs şəxsiyyətini və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq onun inzibati qaydada həbs olunmasını məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə Şəxs inzibati qaydada tutulmasını onun hüquqlarının məhdudlaşdırılması kimi nəzərə alaraq hesab edir ki, həbs etmənin əvvəli 20 may 2023-cü il saat 18:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən saat 18:00dan hesablansın. Qərarın icrası Tovuz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar