Məhkəmə qərarları › İş №3(062)-434/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-434/2023

23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-434/2023 23.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1959-cu ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Naiqin K "xxxx" MMC-də icraçı direktor işləyən, əlilliyi olmayan, məhkumluğu olmayan, Tovuz rayonu İbrahimhacılı kəndində qeydiyyatda olan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Gəncə Kommersiya Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli qərarı ilə müəyyən edilmiş borcunun ödənilməsi borcluya icra sənədinin icrasını təmin etmək bildirilsə də icra sənədinin icrasını təmin etmək barədə icra vərəqəsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında göstərdi ki, Gəncə Kommersiya Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən Naiqin K "xxxx" MMC-dən 53841 avro 198 sent məbləğində vəsait icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata məzənnəsi nisbəti ilə “SOFTWİND TRADİNG LTD” şirkətinin xeyrinə ödənilməsi qət olunmuşdur. Borcun ödənilməsini təmin etmək məqsədilə icra tədbirləri həyata keçirilmişdir. Belə ki, tələbkara borcun ödənilməsinin bir hissəsinin təmini kimi Naiqin K "xxxx" MMC-nin balansında olan Nissan markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil, Ural **********0 markalı **-AC-*** qeydiyyat nişanlı və Kraz 258 B1 markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur. 10 fevral 2023-cü il tarixdə akt tərtib olunaraq nəqliyyat vasitələri götürülərək “SOFTWİND TRADİNG LTD”nin nümayəndəsinə təqdim olunmuşdur. Həmin vaxt KRAZ 258 B1 markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində dəmir çən olmamışdır. Yəni Naiqin K "xxxx" MMC icra vərəqəsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Ona görə də Naiqin K "xxxx" MMC-nin icraçı direktoru Şəxs barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs məhkəmə iclasında ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, həqiqətən Naiqin K "xxxx" MMC-nin icraçı direktoru vəzifəsində işləyir. Məhkəmə qətnaməsindən eləcə də, icra məmurunun hərəkətlərindən xəbərdardır. O və şirkətin hər hansı vəzifəli şəxsi məhkəmənin qətnaməsinin icrasına hər hansı maneçilik törətmir. Qeyd olunan KRAZ 258 B1 markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində çən olmamışdır. Həmin çənin o nəqliyyat vasitəsi ilə heç bir bağlılığı yoxdur. İcra məmurunun hərəkətlərindən öncə vergi orqanı tərəfindən şirkətin nəqliyyat vasitələri və əmlakı yerləşən binasının qapısı plomblanmış və vergi orqanının möhürü ilə möhürlənmişdir. İcra məmurunun orada hər hansı icra hərəkəti etməsi üçün vergi orqanı tərəfindən plomb açılması zəruri olmuşdur. Ona görə də hesab edir ki, qətnamənin icrasından qərəzli boyun qaçırmır. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, icra məmuru tərəfindən icra hərəkətlərinin həyata keçirilməsi üçün tədbirlər görülmüşdür. Məhz Şəxs qarşı müəyyən olunmuş icra vərəqəsinin icrasından qərəzli şəkildə boyun qaçırması xüsusatı öz təsdiqini tapmamışdır. Belə ki, akt tərtib olunmuş Naiqin K "xxxx" MMC-nin mülkiyyətində olan nəqliyyat vasitələri üzərinə aktla həbs qoyulmuş və tələbkar “SOFTWİND TRADİNG LTD”nin xeyrinə özgəninkiləşdirilmişdir. Belə ki, icra məmuru Kraz markalı avtomobilin arxasında metal çənin olmamasını əsas götürərək Şəxs məsuliyyətə cəlb edilməsini xahiş edir. Lakin sözügedən avtomobilin texniki pasportunda üzərində çən olması müəyyən edilmir. Bundan əlavə göstərilən obyekt vergi orqanı tərəfindən möhürlənmiş və əmlaklar tələbkar tərəfə təhvil verilmişdir. Belə olan halda hər hansı əmlakda çatışmazlıq aşkar edilməsində Şəxs təqsirinin olması sübut olunmur. Buradan da görünür ki, Şəxs təqsirinin olması sübut olunmur. qərarın icrasından qərəzli şəkildə boyun qaçırmır. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar