Məhkəmə qərarları › İş №3(062)-44/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-44/2024

05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-44/2024 05.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən tərtib olunmuş 06 dekabr 2023-cü il tarixli TP ******* saylı qərardan şikayətə Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən tərtib olunmuş 06 dekabr 2023-cü il tarixli TP ******* saylı qərar əsasında 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən tərtib olunmuş 06 dekabr 2023-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında haqqında qərarın ləğv olunmasını və işin icraatına xitam verilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə DAF FT XF 105460 yük markalı ** AC *** qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı Dəmiryolçular (Sanqaçal) postundan 3 (üç) km keçdikdən sonra arxamca gələn Yol Patrul Xidmətinin əməkdaşı ona saxlama əmri vermişdir. O qanuna əsasən onun “saxla” əmrinə riayət etmişdir Avtomobili saxladıqdan sonra YPX inspektoru ona yaxınlaşmış və saxlama səbəbini deyərək yükün çəkilməsi üçün onu geri qaytarmışdır. Vİ tağım YPX inspektoru polis baş leytenantı İbrahimov Anar elektron tərəziyə çıxan zaman iştirak etmişdir. İlk çəkilmə zamanı 44810 kiloqram gəlmişdir. O isə öz növbəsində polisə etiraz edərək növbəti dəfə Qobustanda yerləşən elektron tərəzidə ölçülmə olmuş və çəki 43320 kiloqram olmuşdur. Lakin ilk çəki ilə sonuncu çəki arasındakı yaranmış gözəçarpan fərq onu daha da şübhələndirmişdir. Vİ tağım YPX inspektoru polis baş leytenantı onların şirkətlərinin yollarda fəaliyyət göstərməsinə haqsız təzyiqlər yaratdığını iddia edir. Bu təzyiqlər zaman-zaman onun və iş yoldaşlarının maşınlarının saxlanılmasına səbəb olur. Bu haqsız təzyiqlər onların iş prosesinə və müştəri əlaqələrinə də mənfi təsir edir. Hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsinə əsasən təqsirləndirilidiyi 06 dekabr 2023-cü il tarixli TP ******* sayylı qərar ləğv edilməli, işə xitam verilməlidir. İş üzrə şikayət verən X3, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş TP ******* saylı qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə 600 manat məbləğində cərimə olunmuşdur. İşə əlavə olunmuş nəqliyyat vəsiqəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, dövlət qeydiyyat nişanı ** ZA *** olan özüboşaldan KİS 3W- A yarımqoşqunun maksimal kütləsi 35500 kiloqramdır. İşə əlavə olunmuş nəqliyyat vəsiqəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, dövlət qeydiyyat nişanı ** AC *** olan DAF XF 105.460 olan yəhərli dartıcının maksimal kütləsi 20500 kiloqramdır. Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə məsuliyyət müəyyən olunmuşdur. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazilər Kabinetinin Qərarına əsasən kombinə edilmiş nəqliyyat vasitələri yəhərli avtoqatarlar üçoxlu dartıcı üçoxlu yarımqoşqu ilə olan kütlə maksimum halda 40 ton ola bilər. Məhkəmə hesab edir ki, X2 06 dekabr 2023-ci il tarixli TP ******* saylı qərarın ləğv olunması barədə şikayəti əsassızdır. Belə ki, qüvvədə olan Nazirlər Kabinetinin Qərarına əsasən yəhərli avtoqatarlar üçün ox sayı ən çox olan halda yəni üçoxlu olsa belə maksimum kütlə 40 tondur. Bu isə şikayətçinin mübahisəlndirdiyi təqdirdə belə 40 tondan artıq yük aparmasını öz şikayət ərizəsində qeyd etmişdir. Çəkinin 44810 kiloqram deyil 43320 kiloqram olması belə Azər Məmmədovun inzibati məsuliyyətdən azad olunmasına əsas ola bilməz. Məhkəmə iş materillarına əlavə olunmuş sənədləri nəzərədən keçirib hesab edir ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən tərtib olunmuş 06 dekabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 128.2-ci və 128.2.3-cü maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət əsassızdır və şikayətin təmin olunması üçün əsaslar mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 114- 115, 128-129 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən tərtib olunmuş 06 dekabr 2023-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün muddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar