Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-449/2023 25.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi, Tovuz RPŞ-nin Qovlar PB-nin sahə rəisi polis mayoru X1 Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1982-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, evli, ali təhsilli, işsiz, Tovuz rayonu Alakol kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş materiala Tovuz rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs müvafiq icra hakimiyyəti orqanından icazə olmadan qanunsuz bir ədəd 16 kalibrli ov tüfəngini və həmin tüfəngin 17 ədəd patronunu saxlamışdır. Tovuz Rayon Prokuroruluğunun 12 may 2023-cü il tarixli qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə iclasında Tovuz RPŞ Qovlar PB-nin sahə rəisi polis mayoru X2 qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Tovuz Rayon Prokuroruluğunun 12 may 2023-cü il tarixli Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması haqqında qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Tovuz RPŞ-nin aidiyyatı əməkdaşına həvalə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi onun özünün etirafedici izahatı, inzibati xəta haqqında protokol, digər sübutlarla təsdiq olunur və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, əmlak vəziyyətini, xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmadığını nəzərə alır. Şəxs əməlindən peşman olmasını məhkəmə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İşə əlavə olunmuş götürmə aparılması haqqında 03 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə 1 ədəd 16 kalibrli tüfəng və və 17 ədəd tüfəng patronları birlikdə maddi sübut kimi götürlümüşdür. Məhkəmə göstərilən halları nəzərə alaraq, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 590.2-cı maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri kimi cərimə tətbiq olunmasını qanuni və əsaslı hesab edir və bu nəticəyə gələrkən inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Şəxs götürülmüş 1 ədəd 16 kalibrli tüfəng və və 17 ədəd tüfəng patronları cinayət işi üzrə maddi sübut kimi tanındığından və götürüldüyündən qeyd olunan silah və döyüş sursatı hazırda müsadirə edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 31, 40, 43, 48, 84, 112, 114, 129-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-cı maddəsi ilə təqsirli bilinərək 90 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-449/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-449/2023
25.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver