Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-449/2025 17.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Həsənov Tural Leysan oğlunun katibliyi, protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Tovuz rayonu Aşağı Öysüzlü kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, X4 Sistemlərinin İstismari İdarəsində elektrik montyoru vəzifəsində işləyən, əlilliyi olmayan, Tovuz rayonun Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs (FİN xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Tovuz Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə Tovuz şəhəri M.Musayev küçəsində ucadan nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 protokola uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 12:30 radələrində KİA Sportage markalı ** YP *** dövlət nömrə nişanlı patrul avtomobili ilə Tovuz şəhər M.Musayev küçəsində hərəkətdə olarkən VAZ2106 markalı 60BP399 dövlət nömrə nişanlı avtomobilin sürücüsü nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik etdiyi üçün tərəflərindəjn saxlanılmışdır. Sürücüyə yaxınlaşıb özünü təqdim etdikdən sonra etdiyi qayda pozuntusunu izah edib, avtomobilin müvəqqəti duracağa yerləşdiriləcəyini bildirmişdir. Sürücü qışqıraraq onları söyüb, təhqir etməyə başlamışdır. Onlar sürücünü nizam-intizama dəvət etsələr də, sürücü tabe olmayaraq, öz hərəkətlərini davam etdirmişdir. Ekipaj yoldaşı baş serjant Anar Bayramov və polis baş leytinantı İlqar İbrahimovla birlikdə Tovz RPŞ-ə gətirmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən 12 radələrində Tovuz şəhəri M.Musayev küçəsində ona məxsus olatn Vaz2106 markalı dövlət qeydiyyat nişanlı 60BP399 nömrəli avtomobil ilə hərəkətdə olan zaman yol patrul əməkdaşları saxlamışlar. Özlərini təqdim edərək avtomobildə konstruksiya dəyişikliyi olduğunu və müvəqqəti duracağa getməli olduğunu bildirmişlər. Bu zaman o, hirslənərək ucadan nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları etdiyi əməlin hüquq pozuntusu olduğunu demişdir. Bundan sonra polis əməkdaşlarının dəvəti ilə polis şöbəsinə getmişdir. Polis əməkdaşları onu saxladıqdan sonra uca səslə danışmış, hirslənərək ünvansız nalayiq ifadələr işlətmişdir. Lakin polis əməkdaşlarına tabesizlik göstərməmişdir. Əməlindən peşmandır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs ona istinad edilən İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmiş, lakin İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri sübuta yetməmişdir. Belə ki, nə inzibati xəta haqqında protokoldan, nə tərəfərin izahatlarından, nə yol patrul xidməti əməkdaşlarının raportundan polisin tələbinin konkret olaraq nədən ibarət olmasını, qanuni olub-olmamasını, şəxsn həmin tələbə tabe olmamasının nədə ifadə olunmasını müəyyən etmək mümkün olmamışdır. Belə olan təqdirdə Şəxs barəsində İXMnin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında icraata xitam verilməli, İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməldir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə almışdır. Onun məsuliyyətini ağırlaşdıran hal aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edərək inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə almaqla ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2, 31, 34, 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-449/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-449/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver