Məhkəmə qərarları › İş №3(062)-452/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №3(062)-452/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 3(062)-452/2025 20.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Azərbaycan Respublikası DİN-in X1 tərəfindən çıxarılmış xx.xx.2025-ci il tarixli, EQ 28360344 nömrəli qərarından barəsində tənbeh tətbiq edilmiş şəxs X2 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X2 Azərbaycan Respublikası DİN-in X1 tərəfindən çıxarılmış xx.xx.2025-ci il tarixli, EQ 28360344 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsini, barəsində yazılmış cərimənin və cərimə balının silinməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər. Bununla belə qərardan şikayət vermiş şəxs məhkəməyə ərizə ünvanlayaraq hazırda şikayətə baxılmasını istəmədiyini və verdiyi şikayətin özünə qaytarılmasını xahiş etmişdir. “Azərbaycan Respublikası İXM-in 128-ci maddəsinin şərh edilməsinə dair” 02 noyabr 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Cinayət Prosessual Məcəllənin 122.7.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət prosesini həyata keçirən orqanın, yaxud istintaq və ya digər prosessual hərəkəti həyata keçirən şəxsin hərəkət və qərarından verilmiş şikayətləri şikayəti verən şəxsin özünun geri götürməyə hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 tərəfindən qərarın ləğv edilməsi barədə verdiyi şikayət geri qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X2 tərəfindən inzibati xəta haqqında qərardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar