Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-455/2025 01.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclası katibi Həsənov Tural Leysan oğlunun katibliyi, Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsinin nümayəndəsi X2 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 544.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol əsasında toplanmış materiala Tovuz Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 544.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN2167531 nömrəli və xx.xx.2025-ci il tarixli MN2167625 nömrəli inzibati xəta haqqında protokollar əsasında toplanmış material daxil olmuşdur. xx.xx.2025-ci il tarixli MN2167531 nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli, İD********** nömrəli müraciətlə ölkə ərazisinə idxal edilmiş qida məhsul partiyası barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin N148FN nömrəli qərarı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icra olunmamışdır. xx.xx.2025-ci il tarixli MN2167625 nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli, İD********** nömrəli müraciətlə ölkə ərazisinə idxal edilmiş qida məhsul partiyası barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin N156FN nömrəli qərarı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icra olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məlumat verilməsinə və məhkəmə iclası dəfələrlə təxirə salınmasına baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətiniştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsinin xx.xx.2025-ci il tarixli, N148FN nömrəli qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən idxal olunan kartof məhsul partiyasına qida təhlükəsizliyi sertifikatının alınması ilə bağlı müraciət daxil olmuşdur. Müraciət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş "Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları"na və "Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanunu”na müvafiq qaydada icraata götürülmüşdür. məhsul partiyasından götürülmüş nümunələrin tədqiq (sinaq) nəticələrinə dair protokollarına əsasən təqdim edilmiş nümunələrdə zərərvericilər aşkar olmasına görə məhsul partiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 280 nömrəli qərarın tələblərinə cavab verməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müraciəti əsasında idxal olunan kartof məhsulu partiyasının dövriyyəsinin dayandırılması, 10 gün müddətinə ticarət şəbəkələrindən geri çağırılması və göstərilən müddət bitdikdən dərhal sonra görülmüş tədbirlər barədə Agentliyin Bakı regional bölməsinə məlumat verilməsi, ticarət şəbəkələrindən geri çağırılmış qida məhsulunun Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin məhsul haqqında qərar verilənədək digər qida və yem məhsullarına təhlükə yaratmayan və istehlakçıların həmin məhsullarla təmasına imkan verməyən yerlərdə saxlanmalı olduğu qərara alınmışdır. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsinin xx.xx.2025-ci il tarixli, N156FN nömrəli qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən idxal olunan kartof məhsul partiyasına qida təhlükəsizliyi sertifikatının alınması ilə bağlı müraciət daxil olmuşdur. Müraciət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş "Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları"na və "Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanunu”na müvafiq qaydada icraata götürülmüşdür. məhsul partiyasından götürülmüş nümunələrin tədqiq (sinaq) nəticələrinə dair protokollarına əsasən təqdim edilmiş nümunələrdə zərərvericilər aşkar olmasına görə məhsul partiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 280 nömrəli qərarın tələblərinə cavab verməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müraciəti əsasında idxal olunan kartof məhsulu partiyasının dövriyyəsinin dayandırılması, 10 gün müddətinə ticarət şəbəkələrindən geri çağırılması və göstərilən müddət bitdikdən dərhal sonra görülmüş tədbirlər barədə Agentliyin Bakı regional bölməsinə məlumat verilməsi, ticarət şəbəkələrindən geri çağırılmış qida məhsulunun Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin məhsul haqqında qərar verilənədək digər qida və yem məhsullarına təhlükə yaratmayan və istehlakçıların həmin məhsullarla təmasına imkan verməyən yerlərdə saxlanmalı olduğu qərara alınmışdır. Həmin qərarların surəti icra olunması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına göndərilmişdir. xx.xx.2025-ci il və tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət olunaraq göstrilən qərarların icrası ilə bağlı Agentliyin Bakı regional bölməsinə məlumat daxil olmadığı bildirilmiş, inzibati xəta haqqında iş üzrə icraata başlanması ilə bağlı QSC-nin nümayəndəsi Agentliyin Bakı regional bölməsinə dəvət olunmuşdur. xx.xx.2025-ci il tarixli MN2167531 nömrəli və xx.xx.2025-ci il tarixli MN2167625 nömrəli nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsinin göstərilən qərarları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icra olunmadığı üçün sonuncu barəsində İXM-in 544.2ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-in 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin qanuni yazılı tələbləri yerinə yetirilməmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 14-cü maddəsinə əsasən ticarət və digər xidmət növləri müəssisələrində istehlakçının hüquqları pozularsa, satıcı (icraçı) və bu müəssisələrin işçiləri qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Həmin qanunun 19-cu maddəsinə əsasən malların (xidmətlərin, işlərin) istehlakçılarının hüquqlarının və qanuni maraqlarının dövlət müdafiəsi ticarət, ictimai iaşə, məişət və digər xidmət normalarına və qaydalarına riayət olunmasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət formasında həyata keçirilir. İstehlakçıların hüquqlarının və qanuni maraqlarının qorunması funksiyalarını yerinə yetirən müvafiq icra hakimiyyəti orqanı istehsal, idxal edilən və (və ya) satılan malların (xidmətlərin, işlərin) müvafiq standartların və texniki şərtlərin tələblərinə uyğunluğunu müəyyənləşdirir, onlara uyğunluq sertifikatları və (və ya) uyğunluq nişanları verir, məcburi sertifikatlaşdırılması tələb olunan malların (xidmətlərin, işlərin) siyahısını müəyyənləşdirir və onların sertifikatı olmadan satışının (icrasının) qarşısını alır və ticarət dövriyyəsindən çıxarır, texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, insanların həyat və sağlamlığı, ətraf mühit üçün təhlükə yaradan malların (xidmətlərin, işlərin) istehsalının, idxalının və satışının qarşısını alır, mənşəyi məlum olmayan, yararlılıq müddəti ötmüş malların ticarət dövriyyəsindən çıxarılmamasına, onların satılmasına yol vermiş şəxslərin müvafiq qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə cəlb olunması üzrə tədbirlər görür ,ərzaq məhsullarının və dərman vasitələrinin, insanların sağlamlığı və ətraf mühit üçün təhlükə yarada bilən malların qablaşdırılarkən sanitar-gigiyena və toksikologiya, möhkəmlik baxımından təhlükəsiz materiallardan istifadə olunmasına nəzarət edir, malların (xidmətlərin, işlərin) istehsalı, ixracı, idxalı və satışı ilə məşğul olan şəxslərdən onların keyfiyyəti, qiyməti, satış şərtləri barədə məlumatlar alır, satılan malların (xidmətlərin, işlərin) keyfiyyətinin yüksəldilməsi, nomenklaturunun və çeşidinin genişləndirilməsi barədə təkliflər hazırlayır və müvafiq icra hakimiyyəti orqanlarına təqdim edir. “Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 35.1.5-ci maddəsinə əsasən qida subyektlərinin vəzifələrindən biri təhlükəli qida və yem məhsullarının dövriyyəsini, o cümlədən ilkin istehsalını, istehsalını, emalını və ya onun ayrı-ayrı proseslərini dayandırmaq, həmin məhsulların ticarət obyektlərindən (satışdan), istehlakçılardan geri çağırılmasını və bu haqda istehlakçıların məlumatlandırılmasını, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarları əsasında onların utilizasiyasını və ya məhv edilməsini təşkil etməkdən ibarətdir. “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnaməsi”nin 3.0.9-cu bəndinə əsasən agentliyin vəzifələrindən biri də qanunla müəyyən edilmiş hallarda və qaydada müvafiq sahədə yoxlamalar aparmaq və digər dövlət nəzarəti tədbirlərini həyata keçirmək, bu sahədə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və (və ya) məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul etməkdən (göstərişlər vermək) ibarətdir. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində normalaşdırma bu məhsulların keyfiyyəti və təhlükəsizliyinə dair tələbləri, onların istehsal, daşınma, saxlanma, qablaşdırma, etiketləşdirmə və satış şərtlərini müəyyən edən texniki, ekoloji, sanitariya, baytarlıq və fitosanitar standartlar, norma, qayda və tələblər (bundan sonra qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar) vasitəsi ilə həyata keçirilir. Yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi məqsədilə texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin icra edilməsi yeyinti məhsulları sahəsində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslər üçün məcburidir. İXM-in 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə - dörd min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-in 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, cəmiyyətin inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-in 544.2-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 34, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, xx.xx.2025-ci il tarixli MN2167531 nömrəli və xx.xx.2025-ci il tarixli MN2167625 nömrəli hər bir inzibati xəta haqqında protokol üzrə hüquqi şəxs qismində 4000 manat olmaqla, cəmi 8000 (səkkiz min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-455/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-455/2025
01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver