Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-459/2025 18.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi ilə, protokol tərtib etmiş Tovuz RPŞ-nin əməkdaşı X7, zərərçəkmiş şəxs X11 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1999-cu il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Tovuz rayonu Düz Qırıqlı kəndində qeydiyyatda olan Şəxs (FİN xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 333.1 və 333.3-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X14 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 333.1 və 333.3-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:08 radələrində nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 333.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və nəticədə X8 maddi ziyan vurulmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə müvafiq olaraq bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Maddənin məzmunundan göründüyü kimi, qanunverici bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda və bu xətalar ayrı-ayrı orqanların səlahiyyətinə aid olduğu halda ona hər bir xətaya görə istisnasız olaraq ayrılıqda inzibati tənbeh tətbiq edilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, qanunverici bu maddədə inzibati xətaların məcmusunun yaranmasını istisna etmiş və bunu törədilmiş hər bir inzibati xətaya görə müxtəlif orqanlar tərəfindən ayrılıqda inzibati tənbeh tətbiq edilməsi ilə əlaqələndirmişdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsinə eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Göründüyü kimi barəsində inzibati icraat aparılan şəxsin törətdiyi İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsində olan inzibati xəta həmin Məcəlləyə müvafiq olaraq məhkəmənin səlahiyyətinə aiddir. Bundan başqa, məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi Şəxs əməlini tam əhatə edir və onun əməlinin əlavə olaraq İXM-nin 333.1-ci maddəsi ilə tövsifinə ehtiyac yoxdur. Ona görə də İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsində qeyd olunan inzibati xəta üzrə məhkəmə tərəfindən hüquqi dəyərləndirmə aparılır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs X14 izahatında göstərmişdir ki, Şəxs "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1 hissəsinin İ və İİİ bəndinin tələblərini pozmuşdur. Belə ki, o, yol hərəkəti qaydalarına riayət etməli, bu Qanunun yol-hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməli, o cümlədən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, buna əməl etməyərək Tovuz rayonu, Dönük Qırıqlı kəndi ərazisində üzü Şəmkir rayonu istiqamətində sərxoş vəziyyətdə idarə etdiyi "VAZ 21074" markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə əks istiqamətli hərəkət zolağına çıxımadan manevr etmə qaydalarını pozmaqla ondan qarşıda eyni hərəkət zolağı ilə üzü Şəmkir rayonu istiqamətində hərəkətdə olan "Hyundai-Santafe" markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa sol hissəsindən vuraraq yol-nəqliyyat hadisəsi yerindən yayınmaqla "Hyundai-Santafe" markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 60 nömrəli, 12 may 2025-ci il tarixli arayışa əsasən 2280 (iki min iki yüz səksən) manat məbləğində maddi zərər vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 izahatında göstərmişdir ki, 06 may 2025ci il tarixdə, təxminən saat 21 radələrində idarə etdiyi özünə məxsus "Hyundai-Santafe" markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tovuz rayonu, Dönük Qırıqlı kəndi ərazisindən keçən avtomobil yolu ilə üzü Şəmkir rayonu istiqamətində hərəkat etmişdir. Həmin vaxt onun klarə etdiyi avtomobildə arxa tərəfdən sərnişin oturacağında tanışları X12 və X4 əyləşmişdir. O, idarə etdiyi avtomobil ila Tovuz rayonu. Dönük Qırıqlı kəndi ərazisində tanışı Leyla Aslanovanı yaşadığı evin yanında düşürməyə hazırlaşmışdır. Ona görə də o, idarə etdiyi avtomobilin surətini minumuma endirib sağa dönmə işıq siqnalını qoşmuşdur. O, yenicə idarə etdiyi avtomobil ilə sağa dönmə manevrisi etmişdir ki, qəfil arxa tərəfdən gəlib üzü Şəmkir rayonu istiqamətində hərəkətdə olan "VAZ 21074" minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ön hissəsi ilə onun idarə etdiyi avtomobilin arxa hissə ilə toqquşmuşdur. Həmin "VAZ 21074" minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi "Hyundai-Santafe" markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili vurduqdan sonra həmin avtomobilin sürücüsü hadisə yerindən yayınaraq avtomobilini sürüb getmişdir. O da yol-nəqliyyat hadisəsi nəticəsində bir anlıq huşumu itirmiş və bir qədər sonra özünə gəlib həmin avtomobilin arxası ilə idarə etdiyi avtomobil ilə getsə və həmin avtomobilin sürücüsünə dayanımağı üçün işıq siqnalları göstərsə da "VAZ 21074" minik markalı. **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmayaraq sürüb uzaqlaşmış və bir qədər sonra gözdən itmişdir. Lakin o, buna baxmayaraq hamin avtomobilin dövlət qeydiyyat nişanını götürməyi bacarmışdır. Həmin vaxt idarə etdiyi avtomobildə sərnişin qismində olan Pərvanə adlı qadın bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Ondan sonra da o, Tovuz rayon X19 Xidmətinə zəng edib məlumat vermişdir. Həmçinin o, yenidən hadisə yerinə qayıtmış və polis əməkdaşlarının hadisə yerinə gəlmələrini gözləmişdir. Bir neçə dəqiqə sonra da Tovuz rayon X21 Xidmətinin əməkdaşları gələrək avtomobilində sərnişin qismində olan şəxsləri, yəni X12 və X2 Tovuz rayon Mərkəzi Xəstəxanasına aparmışlar. O da özündən sonradan həmin şəxslərin səhhətləri ilə maraqlanmaq üçün Tovuz rayon Mərkəzi Xəstəxanasına getmişdir. Sonradan ona məlum olmuşdur ki, 06 may 2025-ci il tarixdə, Tovuz rayonu, Dönük-Qırıqlı kəndi ərazisində onun idarə etdiyi avtomobili vuraraq sərxoş vəziyyətdə hadisə yerindən yayınan həmkəndlisi Şəxsdur. O, həmin vaxt sərxoş vəziyyətdə olmamışdır. Həmin vaxt "VAZ 21074" minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxası ilə gəldiyini ön fara işıqlarından görmüş, lakin həmin avtomobilin onun idarə etdiyi avtomobila yaxınlaşaraq yol-nəqliyyat hadisəsi törətməsini düşünməmişdir. "VAZ 21074 minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil qəfil arxası ilə yaxınlaşıb yol-nəqliyyat hadisəsi törətdiyi üçün o, hadisənin qarşısını almaq üçün heç bir qabaqlayıcı tədbir görə bilməmişdir. Hadisə nəticəsində 2280 (iki min iki yüz səksən) manat məbləğində maddi zərər vurmuşdur. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, 06 may 2025-ci il tarixdə, təxminən saat 21 radələrində idarə etdiyi özümə məxsus "VAZ 21074" minik markalı, **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tovuz rayonu, Dönük Qırıqlı kəndi ərazisindən keçən avtomobil yolu ilə üzü Şəmkir rayonu istiqamətində hərəkətdə olduğu zaman mobil telefonuma zəng gəlmişdir. Bu zaman o, mobil telefonunun zəngini açmaq istəyəndə diqqətsizlik etmiş və nəticədə onun idarə etdiyi "VAZ 21074" minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ondan Tovuz rayonu, Dönük Qırıqlı kəndi ərazisindən keçən avtomobil yolu ilə üzl Samkir rayonu istiqamətində hərəkət edib sağa çıxıb yolun ehtiyat hissəsində saxlamaq istayan "Hyundai-Santafe" markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Toqquşmadan sonra o, qorxmuş və ona görə də idarə etdiyi "VAZ 21074" minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətinə davam edərək hadisə yerindən yayınmışdır. Daha sonra o, Tovuz rayon Polis Şöbəsinə getmiş və sərxoşluq müayinəsindən keçmişdir. O, sonradan bilmişdir ki. Tovuz rayonu, Dönük-Qırıqlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi törədərək vurduğu "Hyundai-Santafe" markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobildir və həmin avtomobilin sürücüsü həmkəndlisi X5r. Həmçinin sonradan bilmişdir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman həmkəndlisi Məhəmməd Qarayevin idarə etdiyi avtomobildə əvvəlcədən tanımadığı, sonradan adları ona məlum olan iki nəfər qadın cinsinə məxsus şəxslər, yəni X4 və X12 olmuşdur. Həmin gün o öyrənmişdir ki, Tovuz rayonu, Dönük- Qırıqlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verən yerə Tovuz rayon X21 Xidmətinin əməkdaşları gələrək X2 və X9 Tovuz rayon Mərkəzi Xəstəxanasına aparmış və orada həmin şəxsləri tibbi müayinədən keçirmişlər. O, sərxoş halda yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayındığı üçün çox peşmanam və bir daha belə hallara yol verməyəcəyinə dair söz verir. O, həmin vaxt sərxoş vəziyyətdə olmamışdır. Həmin vaxt o, idarə etdiyi "VAZ 21074" minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildə ondan başqa hər hansı şəxs və ya şəxslər olmamışdır. Həmin vaxt "Hyundai-Santafe" markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 1-2 metr məsafədən görmüşdür. Həmin vaxt o, idarə etdiyi avtomobilin qəfil əyləc pedalını sıxaraq idarə etdiyi avtomobilin sükanını sol istiqamətə doğru çevirib əks istiqamətli hərəkət zolağına çıxaraq hadisədən yayınmağa çalışsa da idarə etdiyi avtomobilin qabaq sağ farası və qabaq sağ qanad hissəsi "Hyundai-Santafe" markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ hissəsi ilə toqquşmuşdur. Əməlindən peşmandır. İş materiallarında olan: Cinayət işinin başlanmasının rədd olunması barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 333.1 və 333.3-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin Tovuz RPŞ-nin X22 bölməsinə göndərilməsi qərara alınmışdır. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə və alkotestr protokollarından görünür ki, "VAZ 21074" markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hadisə zaman sərxoş, "Hyundai-Santafe" markalı, **- BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürcüsü X10 isə ayıq olmuşdur. Həmçinin yol-nəqliyyat hadisəsinin baş verdiyi anda avtomobili idarə etmək üçün sürücülər Şəxs və X3 har ikisinin müvafiq kateqoriyalı sürücülük vəsiqələri olmuşdur. Məhkəmə tibbi ekspertizasının 09 may 2025-ci il tarixli, 375 №-li rəyi ilə müəyyən edilmişdir ki, X1 bədənində aşağıdakı xəsarətlər sağ bazu oynağının həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət edilən qançır-şişkinliyi halında əziniyi küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-ya müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilməsi istisna edilmir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. X1 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni onun sərnişi olduğu avtomobilin hərəkətdə olan digər avtomobil ilə toqquşması nəticəsində əmələ gələ bilməsi istisna edilmir. Məhkəmə tibbi ekspertizasının 09 may 2025-ci il tarixli, 376 №-li rəyi ilə müəyyən edilmişdir ki, X6 bədənində aşağıdakı xəsarətlər sağ said nahiyəsinin və sol dirsək oynağının hematomaları küt əşyanın (əşyaların) təsirindən onun ərarın təsviri hissəsində göstərilən tibbi yardım üçün Tovuz RMX-yə müraciət etdiyi və qərarın xx.xx.2025-ci il tarixdə əmələ gələ bilməsi istisna edilmir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. X6 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni onun sərnişi olduğu avtomobilin hərəkətdə olan digər avtomobil ilə toqquşması nəticəsində əmələ gələ bilməsi istisna edilmir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs himayəsində 2 azyaşlı uşağın olması və səmimi peşmançılığı məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edilmiş və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-459/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-459/2025
18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver