Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-462/2025 30.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYP tərəfindən tərtib olunmuş 07 may 2025-ci il tarixli EQ 27785593 saylı qərardan şikayətə Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYP tərəfindən tərtib olunmuş 07 may 2025-ci il tarixli EQ 27785593 saylı qərar əsasında 80 (səksən) manat məbləğində cərimə edilmişdir. X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYP tərəfindən tərtib olunmuş 07 may 2025-ci il tarixli EQ 27785593 saylı inzibati xəta haqqında qərarın ləğv olunmasını və işin icraatına xitam verilməsini xahiş etmişdir. X1 verdyi şikayət ərizəsində göstərmişdir ki, barəsində DİN-in mərkəzi informasiya sistemi tərəfindən 07 may 2025-ci il tarixli inzibati xəta haqqında elektron qərar çıxarılmış və İXM-nin 346.4-cü maddəsinə əsasən təqsirli bilinərək 80 manat miqdarında cərimə edilmişdir. İnzibati protokol İXM-nin 346.4-cü maddəsinə əsasən, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. 07 may 2025-ci il tarixdə Tovuz şəhəri ərazisində yolun kənarında parklanma üçün ayrılmış ərazidə avtomaşında yaranmış nasazlıq səbəbindən hərəkəti davam etdirə bilməmiş, eyni zamanda yolun sağ hissəsində parklama yeri olmuş və park halında avtomaşınlar dayanmışdır. O isə birinci hərəkət zolağında hərəkətdə olmuşdur. Barəsində qanunsuz olaraq İXM-nin 346.4-cü maddəsinə əsasən inzibati protokol tərtib olunmuşdur. Odur ki, barəsində tərtib olunmuş 07 may 2025-ci il tarixli EQ 27785593 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və barəsində yazılmış 80 manat cərimənin silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə X1na və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, şikayətçi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş məhkəmənin təşəbbüsü ilə X4 barəsində tərtib olunmuş EQ 27785593 saylı inzibati xəta haqqında qərarın qəbul edilməsinə əsas olmuş görüntünün və ya video materialın məhkəməyə təqdim olunması barədə sorğu verilmiş və qərarın qəbulu üçün əsas olmuş görüntülər məhkəməyə təqdim edilmişdir. Həmin görüntülərdə avtomobilin yolun hərəkət hissəsində saxlanaraq sürücüsüz qoyularaq getməsi açıq-aydın görünür. Sürücünün vəzifəsi idi ki, nəqliyyat vasitəsini hərəkət hissəsindən kənarda uyğun qaydada qanunvericiliyin tələbinə uyğun dayanma-durma qaydalarına əməl etməklə saxlasın. Bundan başqa nəqliyyat vasitəsinin nasaz olması halında isə (məhkəməyə nəqliyyat vasitəsinin həmin vaxtı nasaz olması kimi sübut təqdim edilməmişdir) nasaz nəqliyyat vasitəsinin özünün məcburi dayanma halında necə işarələnməsi barədə Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə riayət olunmalı idi. Avtomobildə nə qəza siqnalı nə də uyğun qaydada heç bir işarələnmə aparılmamışdır. Nə də sürücü nəqliyyat vasitəsinin yaxınlığında olmamışdır. Qanunun tələbinə əsasən yolun hərəkət hissəsi – yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir. Parklanma yerində digər maşınların olması isə sürücünün hərəkət hissəsində- hərəkət zolağında dayanmasını və durmasını qadağan edir. Həmin qanunun tələbinə əsasən parklanma yeri – yaşayış məntəqələrinin hüdudlarında avtomobil yolunun hərəkət hissəsində və ya ona bitişik hissədə nəqliyyat vasitələrinin durması üçün ayrılmış, bu Qanunla müəyyən edilmiş qaydada işarələnmiş və təchiz edilmiş yerdir. Görüntü olan ərazi isə yaşayış məntəqəsidir və həmin yolda parklanma ərazisi yolun hərəkət hissəsinin kənarında nəzərdə tutuılmuşdur. Görüntülərdən sürücünün əsassız dayanma və ya durma aparması öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət əsassızdır. X4 törədilmiş yol hərəkət qaydasının pozuntusu etmiş yəni yolun hərəkət hissəsində nəqliyyat vasitəsini saxlamışdır. Məhkəmə iş materillarına əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYP tərəfindən tərtib olunmuş 07 may 2025-ci il tarixli EQ 27785593 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 128.2-ci və 128.2.3-cü maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət əsassızdır və şikayətin təmin olunması üçün əsaslar mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 114- 115, 128-129 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYP tərəfindən tərtib olunmuş 07 may 2025-ci il tarixli EQ 27785593 saylı inzibati xəta haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün muddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-462/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-462/2025
30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver