Məhkəmə qərarları › İş №3(062)-464/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-464/2023

14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-464/2023 14.06.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakı ilə xx.xx.1997-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, Tovuz rayonu Hunanlar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Haqqında Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə özünə məxsus olan “Chevrolet Malibu” minik markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, saxlanılan zaman onun sərxoş vəziyyətdə avtombil idarə etməsi məlum olmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş Şəxs məhkəmə iclasında inzibati xətanı etiraf edərək izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən kafedə dostları ilə birlikdə bir bokal pivə içdikdən sonra saat 22 radələrində özünə məxsus olan “Chevrolet Malibu” minik markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Hunanlar kəndi istiqamətində hərəkət etmişdir. Yolun sərt döngəsində Ford Transit markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil onun üstünə gəldiyindən o avtomobilini hadisə baş verməməsi üçün sağa çəksə də hadisə baş vermişdir. Avtomobilinin qabaq sol hissəsinə zərər dəymişdir. Həmin vaxt o sərxoş olduğu üçün barəsində protokol tərtib olunmuşdur. Törətdiyi hadisədən peşmandır. Odur ki, barəsində yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməsi, onun etirafedici izahatı, inzibati xəta haqqında protokolla və həmin protokola əlavə edilmiş yol nəqliyyat hadisəsi üzrə toplanmış material ilə tam təsdiq olunur və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, əmlak vəziyyətini, xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmadığını, onun səmimi peşmançılığını isə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respubılikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31,40, 43, 48, 84, 112, 114-117-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar