Məhkəmə qərarları › İş №3(062)-464/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-464/2024

31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-464/2024 31.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Tələbkar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1956-cı ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əlilliyi olmayan, məhkumluğu olmayan, Tovuz rayonu Düz Cırdaxan kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 21 sentyabr 2015-ci il tarixli, 2 (062)-2187/2015 saylı icra vərəqəsinə əsasən “Qaz İxrac” İdarəsi Qazax Magistral X5 balansında və istismarında olan yüksək təzyiqli 1020 mmlik diametrli magistral qaz kəmərinin mühafizə zonasında Tovuz rayonu Abulbəyli kənd sakini cavabdeh Şəxs tərəfindən kəmərin 40 metr məsafəsində 8,5x4,5=38,25 kv.metr ölçüdə inşa edilmiş tikili cavabdehin öz vəsaiti hesabına sökülməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılması barədə icra vərəqəsi üzrə öhdəliyini icra etməmişdir. Tovuz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 21 sentyabr 2015-ci il tarixli, 2 (062)-2187/2015 saylı icra vərəqəsinə əsasən “Qaz İxrac” İdarəsi Qazax Magistral X5 balansında və istismarında olan yüksək təzyiqli 1020 mm-lik diametrli magistral qaz kəmərinin mühafizə zonasında Tovuz rayonu Abulbəyli kənd sakini cavabdeh Şəxs tərəfindən kəmərin 40 metr məsafəsində 8,5x4,5=38,25 kv.metr ölçüdə inşa edilmiş tikili cavabdehin öz vəsaiti hesabına sökülməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılması barədə icra vərəqəsi üzrə öhdəliyini icra etməmişdir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, bu gün icra işi ilə bağlı xəbərdarlıq edilmişdir. Hesab edir ki, onun yaşadığı bir otaqlı ev mühafizə zonasından kənarda yerləşir. Barəsində olan icra vərəqəsindən boyun qaçırmaq niyyətində deyil. İcra məmuru tərəfindən bu gün xəbərdar edilmişdir. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Tələbkarın nümayəndəsi X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Qətnamənin icrası məcburi xarakter daşıyır. Lakin Şəxs xahişini nəzərə alaraq icra işi zamanı ölçmə işlərini müasir texnologiya ilə ona göstərilə bilər. Buna görə də məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin, tələbkarın nümayəndəsinin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində, icra sənədindəki icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, borcluya icra barədə xəbərdarlıq yazılsa da, inzibati materiala əlavə olunmuş sənədlərlə də müəyyən olunur ki, Şəxs 31 may 2024-cü il tarixdə izahatı alınmış, o evinin sökülməsi təqdirində başqa yerdə qala bilməyəcəyini bildirmişdir. Bundan əlavə icra zamanı Şəxs hansı evi sökəcəyi, sökülmənin evin hansı hissəsində aparılması konkret müəyyən edilməmişdir. Buradan da görünür ki, Şəxs qərarın icrasından qərəzli şəkildə boyun qaçırmır. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar