Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-465/2025 19.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Həsənov Tural leysan oğlunun iclas katibliyi, Protokol tərtib etmiş Tovuz RPŞ-nin Qovlar PB-nin sahə rəisi polis baş leytenantı X2, şahidlər X4 və X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Fizuli oğlunun iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Tovuz rayonu Aşağı Əyyublu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, öz deməsinə görə əvvəllər məhkum olunmamış, işsiz, əlilliyi olmayan, Tovuz rayonu Aşağı Əyyublu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Fizuli oğlunun (FİN xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Tovuz RPŞ Qovlar PB-dən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz RPŞ Qovlar PB-nin sahə rəisi, polis baş leytenantı X5 tərəfindən Şəxs Fizuli oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs Fizuli oğlu xx.xx.2025-ci il tarixdə ictimai qaydanı kobud surətdə pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Tovuz RPŞ Qovlar PB-nin sahə rəisi, polis baş leytenantı X5 protokola uyğun izahat verərək bildirmişdir ki, Şəxs Fizuli oğlu xx.xx.2025-ci il tarixdə saat 23:30 radələrində Alakol kəndində kafedə ucadan nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları tərəfindən nizam-intizama dəvət edilsədə, polisin qanuni göstərişinə tabe olmamışdır. Daha sonra Şəxs Fizuli oğlu inzibati qaydada tutulub və barəsində protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə gətirilmişdir. Məhkəmə iclasında şahid X7 izahat verərək bildirmişdir ki, Şəxs Fizuli oğlu kafeyə daxil olaraq ona işçiləri çağırmağını bildirmiş, daha sonra təhqir etmişdir. Məhkəmə iclasında digər şahid X3 onu təhqir etmədiyini və orada ofisiant olaraq çalışdığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparaılan şəxs Şəxs Fizuli oğlu izahat verərək bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. xx.xx.2025-ci il tarixdə yaşadığı kəntdə olan şadlıq mərasimində yeyib içdikdən sonra sərxaş vəziyyətdə saat 23 radələrində tanışları Elnur Əsgərov və Əvəz Əlirzayevlə birlikdə Tovuz rayonu Alakol kəndində yerləşən çay evinə getmişlər. Təxminən 10 dəqiqə çay evində oturduqdan sonra çay evindən çıxaraq yaşadıqları evə getmək istəmişlər. Bu zaman polis əməkdaşları onları saxlayaraq barələrində şikayət olmasını və onlarla birlikdə polis bölməsinə getməli olduqlarını bildirmişlər. Daha sonra sərxoş halda olduqları və nə etdiklərini bilmədikləri üçün polis əməkdaşları ilə aralarında mübahisə baş vermişdir. Onları polis bölməsinə gətirilmişlər. Həmin vaxt hər üçü sərxoş halda olduqları üçün polislə mübahisə etmiş və onların qanuni tələbinə tabe olmamışlar. Əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş sahə rəisini, şahid ifadələrini, habelə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Fizuli oğlunun ona istinad edilən inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Fizuli oğlunun məsuliyyətini yüngülləşdirən hal aşkar edilməmişdir. İnzibati xətanın sərxoş vəziyyətdə və qrup halında törədilməsi ağırlaşdırıcı hallar kimi nəzərə alınmışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Fizuli oğlunu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edərək inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə almaqla ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2, 31, 34, 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Fizuli oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətində inzibati həbs edilsin Şəxs Fizuli oğlunun inzibati həbsə alınmasının əvvəli 19 iyun 2025-ci il tarixdən, saat 00:03-dən hesablansın. Qərarın icrası Tovuz Rayon Polis Şöbəsinə həvalə edilsin Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-465/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-465/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver