Məhkəmə qərarları › İş №3(062)-467/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-467/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-467/2025 20.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Samir Zöhrab oğlunun katibliyi, Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar X3 iştirakı ilə xx.xx.1988-ci ildə Tovuz rayonu Abulbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, öz deməsinə görə məhkumluğu olan, işsiz, əlilliyi olmayan, Tovuz rayonu Abulbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs (FİNxxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs Tovuz Rayon Məhkəməsinin 2(062)-878/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədi üzrə yaranmış 6087,47 manat məbləğdə borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru X6 bildirmişdir ki, borclu Şəxs Tovuz Rayon Məhkəməsinin 2(062)-878/2025 saylı xx.xx.2025ci il tarixli icra sənədinə əsasən 6747 manat məbləğdə pul vəsaiti alınaraq tələbkar X4 ödənilməlidir. xx.xx.2025-ci il tarixdə icra vərəqəsi Tovuz Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və həmin icra vərəqəsi üzrə icraat başlanılmışdır. Şəxs tələbin könüllü yerinə yetirilməsi üçün vaxt istəmiş və borcundan 750 manat məbləğdə pul vəsaitini ödəniş etmişdir. Əvvəl hər ay 50 manat ödəniş edə biləcəyini, hazırda isə hər ay 100 manat ödəniş edə biləcəyini bildirir, tələbkar X11 isə həmin məbləğlə razı deyil və şikayətçidir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən qanunamuvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X7 izahat verərək bildirmişdir ki, Şəxs ilə əvvəllər birlikdə hərbiçi işləyiblər. Şəxs 2015-ci ildə kredit götürə bilməsi üçün zamin durub, sonradan eşidib ki, dələduzluqla bağlı Şəxs azadlıqdan məhrum etmə cəzası verilib. 2024cü ildə Şəxs azadlığa çıxdı və həmin kredit üzrə zamin X7 olduğu üçün həmin kredit borcu X1 tutulmuşdur. Həmçinin qeyd etdi ki, atası 2024-cü ildə rəhmətə gedib, qardaşı iflicdir, özü isə evlidir, ailəyə isə tək qazanc gətirən X5r. Məcbur qalıb avtomobilini satıb krediti ödədiyini, hal-hazırda isə həmin məbləği Şəxs tələb etdiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-878/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədi üzrə 6787 manat məbləğdə borcu olub. 2015-ci ildə məhkəmə qərarı ilə azadlıqdan məhrum edildiyini və həmin kredit borcunun X7 tərəfindən ödənildiyini bildirdi. Hal-hazırda ailə və maddi vəziyyətinin ağır olduğunu, borcundan 750 manat ödəniş etdiyini, qaynının avtomobilindən istifadə edərək günə 10-12 manat pul vəsaitinin qazandığını bildirdi. Qeyd edilənlərə əsasən ona borcunu ödəyə bilməsi üçün vaxt verilməsini və barəsində başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Tovuz Rayon Məhkəməsinin 2(062)-878/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 6747 manat və iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 87,47 manat pul vəsaiti cavabdeh Şəxs alınaraq iddiaçı X4 ödənilməlidir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, habelə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və tələbkarı dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Şəxs Tovuz Rayon Məhkəməsinin 2(062)-878/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və icra məmurunun məhkəmə qətnaməsinin icrası ilə əlaqədar digər qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirici və ağırlaşdırıcı hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edərək inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə almaqla ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə almanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 12:00-dan hesablansın. Qərarın icrası Tovuz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar