Məhkəmə qərarları › İş №3(062)-468/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-468/2023

06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-468/2023 06.06.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1979-cu ildə Tovuz rayonu Aşağı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, öz deməsinə görə əvvəllər məhkum olunmuş, işsiz, əlilliyi olmayan, Tovuz rayonu Aşağı Öysüzlü kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs X5 aldadaraq onun 220 manat pulunu ələ keçirmiş, xırda talama edərək-dələduzluq etmişdir. Məhkəmə iclasında Tovuz RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X8 tərtib etdiyi protokolu müdafiə edərək göstərdi ki, barəsində inzibati icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Çünki 2023-cü ilin aprel ayında Şəxs zərərçəkmiş şəxs X2 aldadaraq sonuncuya sənəd düzəltmək adı ilə ondan 220 manat məbləğində pul almış, dələduzluq edərək pulunu ələ keçirmişdir. Hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri vardır. Ona görə də iş üzrə qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, özünü təqsirli bilir. Əməlindən səmimi peşmançılıq hissi keçirir. Zərərçəkmişə dəymiş ziyanı tam şəkildə ödəmiş və zərərçəkmişlə barışmışdır. Törətdiyi əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və sonuncu ilə barışmasını nəzərə alıb, həmin iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs 2023cü ilin aprel ayında onu aldadaraq sənəd düzəltmək adı ilə ondan 220 manat məbləğində pul almış, dələduzluq edərək pulunu ələ keçirmişdir. Hazırda ona dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışmışdır. Ona görə də məhkəmədən onun Şəxslə barışmasını və ona dəymiş ziyanın tamamilə ödənilməsini nəzərə alıb həmin iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşə əlavə edilən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227, 232- 1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən edildi ki, inzibati qaydada işinə baxılan Şəxs zərərçəkmiş şəxs X3 ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İnzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39.2-ci maddəsinə uyğun olaraq xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar