Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-468/2025 20.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, protokol tərtib etmiş Tovuz Rayon Prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor Aytac Məmmədovanın, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakı ilə, xx.xx.1993-cü ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, öz deməsinə görə əvvəllər məhkum olunmuş, əlilliyi olmayan, işsiz, Tovuz rayonu, Şəhriyar küçəsində qeydiyyatda olan və yaşayan X3 (FİN xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz rayon prokuroru Maarif Hüseynov tərəfindən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar tərtib edilərək Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Qərarda qeyd olunmuşdur ki, fiziki şəxs Şəxs (FİN: 5J7L.QRW) 18 may 2025-ci il tarixde Tovuz rayonu, Aşağı Öysüzlü kəndi ərazisində yaşadığı evdə, həyat yoldaşı X2 ve baldızı X5 döymüş, yəni onların hər ikisinin başlarına və bədənlərinin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri endirmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddesi ile nəzərdə tutulmuş döymə inzibati xətasını törətmişdir. Məhkəmə iclasında Tovuz Rayon Prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor Aytac Məmmədova izahat verərək qərarda göstərilənləri müdafiə etmiş və qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında bildirmişdir ki, Şəxs ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların bu nikahdan 3 və 5 yaşlarında iki övladı vardır. Şəxs hal-hazırda Tovuz rayon polis şöbəsinin Post Patrul Xidməti bölüyünün tağım komandiri vəzifəsində işləyir, polis baş leytenantıdır. Aralarında yaranmış və uzun müddətdir davam edən ailədaxili münaqişələr səbəbindən Şəxs xx.xx.2025-ci il tarixdə Tovuz RPŞ-də gecə növbəsində olduğu zaman saat 22 radələrində içkili halda yaşadıqları evə gələrək onu və bacısı Sevde Mehdiyevanı döymüş, yəni onların hər ikisinin başlarına və bədənlərinin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri endirmiş, əlinə aldığı çaydanla onun baş nahiyəsindən vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 bildirmişdir ki, Tovuz RPŞ-nin Post Patrul Xidməti bölüyünün tağım komandiri vəzifəsində işləyir, polis baş leytenantıdır. Həyat yoldaşı Ülviyyə Mehdiyeva ilə aralarında yaranmış ailədaxili münaqişələr səbəbindən xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Ülviyyə Mehdiyeva ilə telefonla danışdıqları zaman onlar mübahisə etməyə başlamış, daha sonra o, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən yaşadıqları evə getmiş, baldızı Sevde Mehdiyeva da həmin evdə olmuş. Ülviyyə ilə danışmaq üçün onu salona çağırmış, üzünə şillə vurmuşdur. Bu zaman onları ayırmağa çalışan Sevde Mehdiyeva masanın üzərindən götürdüyü çayniki ona tərəf atmış və çaynik onun qoluna dəymiş, o isa Sevdeni kenara iteleyerek onların ailə məsələsina qarışmamasını tələb etmişdir. Ülviyyə isə onunla mübahisəni davam etdirmiş, daha sonra digər otağa keçməyə çalışmış, bu zaman onun saçlarından tutaraq oradakı divana ayləşdirmiş və mübahisəni həll etmək üçün onunla danışmağa davam etmişdir. Bu zaman atası Elxan Abdullayev gəlib onu evdən çıxarmış, o isə xidmət yerinə getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Məhkəmə tibbi ekspertizasının 24 may 2025-ci il tarixli 425 saylı rəyi ilə müəyyən edilmişdir ki, X4 bədən səthində aşkar edilmiş xəsarətlər-sağ said və sol bazu nahiyələrinin qançırları: sağ said nahiyasinin sıyrıqları küt eşyanın (əşyaların) təsirindən müayineden 5-7 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilen xx.xx.2025-ci il tarixdə əmələ gələ bilməsi istisna edilmir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyinden dereceleri təyin edilmir. X4 beden səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nezara alaraq demek olar ki, həmin xəsarətlərin müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni insan bədəninin hissələri ilə endirilmiş zərbələrin təsiri nəticəsində əmələ gələ bilməsi istisna edilmir. Məhkəmə tibbi ekspertizasının 24 may 2025-ci il tarixli 426 saylı rəyi ilə müəyyən edilmişdir ki, X1 bədən səthində aşkar edilmiş xəsarətlər-başın ənsə nahiyəsinin səthi yarası, sağ said və sol qalça nahiyələrinin qançırları küt əşyanın (əşyaların) təsirindən müayinədən 5-7 gün əvvəl əmələ gəlmişdir. Qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilməsi istisna edilmir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. X1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini va lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni insan bədəninin hissələri ilə endirilmiş zərbələrin təsiri nəticəsində əmələ gələ bilməsi istisna edilmir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, habelə zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla X3 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların X7 tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş qərar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 himayəsində iki azyaşlı uşağın olması məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmiş, məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, şəxsə cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat məbləğdə cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-468/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-468/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver