Məhkəmə qərarları › İş №3(062)-470/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-470/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-470/2025 20.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Həsənov Tural Leysan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X6, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Tovuz Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi, polis kapitanı X1 iştirakı ilə, xx.xx.1996-cı ildə Tovuz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Tovuz rayonu Cəlilli kəndində qeydiyyatda olan Şəxs (FİN xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Tovuz Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən 20 iyun 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs 2025-ci ilin aprel ayında həmkəndlisi X4 Rusiya Federasiyasına işləməyə göndərəcəyinə dair vəd verib aldadaraq 500 manat pulun ələ keçirmişdir. Tovuz Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X2 məhkəmə iclasında protokolun məzmununa uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunamuvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında izahatında bildirmişdir ki, Şəxs onun həmkəndlisidir. Onun Nahid ilə münasibəti yaxşı olmuş, aralarında ədavətləri olmamışdır. O, təxminən 8 ay əvvəl DSX-dən işdən təxris olmuşdur. O, təxris olduqdan sonra Rusiya Fedarasiyasına işləməyə getmək istəmişdir. O, işdən təxris olunduqdan təxminən 6 ay sonra öyrənmişdir ki, həmkəndlisi Nahid kənd sakinlərini Rusiya Fedarasiyasına işləməyə göndərmişdir. Oda Nahidin mobil nömrəsini tapmış və ona zəng edərək, onuda işləmək üçün Rusiya Fedarasiyasına göndərməyini xahiş eləmişdir. Nahiddə onunla razılaşmış və ona görüşüb söhbət eləməklərini təklif eləmişdir. O, Nahid ilə razılaşmışdır. xx.xx.2025-ci il tarixdə o, Tovuz rayon Düz-Cırdaxan kəndində yerləşən kafedə Nahid ilə görüşmüşdür. O, Nahid ilə görüşüb söhbət edən zaman sonuncu ona demişdir ki, onu Rusiya Fedarasiyasına işə göndərmək üçün 500 manat pul alacaq. Həmin pulun içərisində onun bilet puluda olacaq. O, Nahid ilə razılaşmışdır. Aradan təxminən 3 gün keçdikdən sonra Nahid ona zəng edərək, Rusiya Fedarasiyasında işini danışdığını və ona 500 manat pul göndərməyini istəmişdir. O, həmin gün 500 manat pul düzəltmiş və öz mobil telefonunda olan birbank sistemi vasitəsilə ilə 500 manat pulu Nahidin ona verdiyi 4098-5844-6726- 1283 nömrəli "LEO" banka məxsus kart hesabına göndərmişdir. Nahid ona xx.xx.2025-ci il tarixdə biletinin hazır olacağını və Rusiya Fedarasiyasına işləməyə gedəcəyini demişdir. xx.xx.2025-ci il tarixdə o, Rusiya Fedarasiyasına getməyi üçün Bakı şəhərinə Heydər Əliyev adına beynəlxalq hava limanına getmişdir. O, Heydər Əliyev adına beynəlxalq hava limanında olan zaman adına heç bir biletin alınmadığını görmüşdür. O, Nahidə zəng edərək, adına biletin alınmadığını və hazırda Heydər Əliyev adına beynəlxalq hava limanında qaldığını demişdir. Nahidə ona başı qarışıq olduğunu və onunla əlaqə saxlayacağını demişdir. Oda çıxıb yenidən Tovuz rayonuna gəlmişdir. O, artıq Nahidin onu aldatdığını və ona qarşı dələduzluq elədiyini görüb, ondan verdiyi 500 manat pulu geri qaytarmasını tələb eləmişdir. Nahid isə mənə müxtəlif bəhanələr gətirib, ondan 1 ay vaxt istəmişdir. Ancaq həmin müddət ərzində Nahidin ondan aldığı 500 manat pulu geri qaytarmamışdır. O, Nahidin artıq onu aldadıb ona qarşı dələduzluq elədiyini və ona verdiyi 500 manat pulu qaytarmadığını görüb Tovuz RPŞ-nə gəlib şikayət ərizəsi yazmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, X6 onun həmkəndlisidir. Onun Cahan ilə münasibəti yaxşı olmuş, aralarında ədavətləri olmamışdır. O, təxminən 9 ildir ki, Rusiya Fedarasiyasına işləmək istəyənləri göndərmişdir. Təxminən 2 ay bundan əvvəl Cahan ona zəng eləmiş və ondan xahiş eləmişdir ki, onu Rusiya Fedarasiyasına işləməyə göndərsin. O, Cahana onu Rusiya Fedarasiyasına işə göndərməyi üçün 500 manat pul alacağını və həmin pulun içərisində bilet puluda olacağını demişdir. Cahanda onunla razılaşmışdır. Aradan bir neçə gün keçdikdən sonra o, Cahana zəng etmiş və ona Rusiya Fedarasiyasında işini danışdığını, ona bilet almaq üçün 500 manat göndərməyini istəmişdir. Cahanda onunla razılaşmış və həmin gün ona verdiyi 4098-5844-6726-1283 nömrəli "LEO" banka məxsus kart hesabına 500 manat pul göndərmişdir. O, may ayının əvvələrinə Cahana bilet almaq istəyən zaman sonuncu ona Rusiya Fedarasiyasına getmək istəmədiyini demişdir. Bundan sonra Cahan ondan verdiyi 500 manat pulu geri istəmişdir. O, həmin vaxt başı qarışıq olduğu üçün Cahandan onu işləməyə göndərmək üçün aldığı 500 manat pulu geri qaytara bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 iyun 2025-ci il tarixli qərardan görünür ki, X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur; Tovuz Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib olunmuş 20 iyun 2025-ci il tarixli MN saylı ******* nömrəli protokoldan görünür ki, Şəxs 2025-ci ilin aprel ayında həmkəndlisi X4 Rusiya Federasiyasına işləməyə göndərəcəyinə dair vəd verib aldadaraq 500 manat pulun ələ keçirmişdir. xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 20 iyun 2025-ci il tarixdə, saat 13:35-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli tutulduğu andan, yəni 20 iyun 2025-ci il tarixdən, saat 13:35-dən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 20 iyun 2025-ci il tarixdən, saat 13:35-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tovuz Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar