Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-471/2023 19.06.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlu X1 tərəfindən inzibati xəta haqqında qərardan verilmiş şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, Müəyyənetdim: X1 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Qazax-Tovuz regional bölməsinin 13 aprel 2023-cü il tarixli MN №1312073 saylı və 01 may 2023-cü il tarixli MN № ******* saylı inzbati tənbeh vermə barədə qərarların ləğv edilməsinə və cərimənin silinməsinə dair qərar qəbul ediməsini xahiş etmişdir. Şikayət ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, X1 tərəfindən verilmiş şikayət onu vermiş şəxsə geri qaytarılmalıdır. Belə ki, şikayət vermiş şəxsin nümayəndəsi X2 məhkəməyə vəsatət verərək inzibati tənbehin verilməsi haqqında qərardan verdiyi şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. “Azərbaycan Respublikası İXM-in 128-ci maddəsinin şərh edilməsinə dair” 02 noyabr 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.7.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət prosesini həyata keçirən orqanın, yaxud istintaq və ya digər prosessual hərəkəti həyata keçirən şəxsin hərəkət və qərarından verilmiş şikayətləri şikayəti verən şəxsin özünun geri götürməyə hüququ vardır: Göstərilənlərə əsasən hesab edirəm ki, X1 tərəfindən qərarın ləğv edilməsi barədə verdiyi şikayət geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq Qərara aldım: X1 tərəfindən inzibati xəta haqqında qərardan veilmiş şikayət ona əlavə edilmiş sənədlərlə geri qaytarılsın. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-471/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-471/2023
19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver