Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-476/2023 20.06.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakı ilə xx.xx.1992-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, Tovuz rayonu Əlibəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Haqqında Azərbaycan Respublikası İXM-nin 329.3, 332.1 və 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə həmkəndlisinə məxsus “VAZ 2106” minik markalı **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, saxlanılan zaman onun sərxoş vəziyyətdə avtombil idarə etməsi məlum olmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş Şəxs məhkəmə iclasında inzibati xətanı etiraf edərək izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Tovuz rayonunda yerləşən “Şah əsəri” adlı şadlıq evində toydan çıxan zaman həmkəndlisi Fətəli ona maşınını idarə edərək, onları da kəndə aparmasını xahiş etmişdir. O da razı olaraq onları da götürərək kənd istiqamətində hərəkət etməyə başlamışdır. Tovuz şəhəri Rövşən Məmmədov küçəsi ilə üzü Həzi Aslanov küçəsində hərəkətdə olan zaman yol hərəkəti qaydasını pozduğu üçün yol polisi tərəfindən saxlanılmışdır. Yoxlama zamanı onun spirtli içki qəbul etməsi bəlli olmuşdur. Həmin vaxt o sərxoş olduğu üçün barəsində protokol tərtib olunmuşdur. Törətdiyi hadisədən peşmandır. Barəsində tərtib olunmuş protokol ilə müəyyən olunmuş maddə üzrə cəriməni ödəməyə maddi imkanı yoxdur. Cərimə olunarsa onun cəriməni ödəməyə maddi imkanı yoxdur. Odur ki, barəsində sürücülük hüququnun məhdudlaşdırılması barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməsi, onun etirafedici izahatı, inzibati xəta haqqında protokolla və həmin protokola əlavə edilmiş yol nəqliyyat hadisəsi üzrə toplanmış material ilə tam təsdiq olunur və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, əmlak vəziyyətini, xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmadığını, onun səmimi peşmançılığını isə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respubılikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli İXM-nin 333.1-ci maddəsinin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən İXM-nin 329.3 və 332.1-ci maddələrinə baxılması məhkəmənin səlahiyyətinə aid deyil. Ona görə də məhkəmə inzibati materialı həmin maddələr üzrə müzakirə etmir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31,40, 43, 48, 84, 112, 114-117-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 9 (doqquz) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-476/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-476/2023
20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver