Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-480/2025 09.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Həsənov Tural Leysan oğlunun katibliyi, Tovuz RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə inspektoru polis kapitanı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1960-cı il tarixində Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tovuz rayonu, Dönük Qırıqlı kəndində yaşayan Şəxs (FİNxxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Tovuz RPŞ-dən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tovuz RPŞ-dən daxil olmuş İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “VAZ 21063” minik markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə təyin edilmiş inzibati cəriməni qanunla müəyyən edilmiş 3 ay müddət ərzində ödəməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs cərimənin qanunsuz olaraq yazıldığını, bu barədə DİN-ə məktub ünvanladığını, inzibati cərimə olunmasından xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan sonra məlumatı olduğunu, mobil telefondan yaxşı istifadə edə bilmədiyi üçün gələn sms xəbərdarlığı oxuya bilmədiyini bildirmiş və işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Tovuz RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə inspektoru polis kapitanı X3 bildirmişdir ki, inzibati xəta törədildiyi gün Şəxs sms bildiriş göndərilmişdir. May ayında o, Tovuz RPŞ-ə yaxınlaşmış və cərimənin qanunsuz olaraq yazıldığını bildirmişdir. Daha sonra ona hüquq və vəzifələri, o cümlədən tərtib edilmiş protokoldan məhkəməyə şikayət etmək hüququ izah edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə “VAZ 21063” minik markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və EQ 26172311 nömrəli protokol əsasında səlahiyyətli orqan tərəfindən həmin maddə ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP WEB Portalından çıxarışdan görünür ki, Şəxs EQ 26172311 nömrəli protokola əsasən qəbul edilmiş qərar barədə ona xx.xx.2025-ci il tarixdə SMS bildiriş gösndərilmiş, həmçinin həmin qərarla ona təyin edilmiş cəriməni ödəmədiyinə görə cərimənin üzərinə əlavə olaraq 60 manat məbləğində dəbbə pulu hesablanmış və Şəxs ödəməli olduğu ümumi məbləğ 160 manat təşkil etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixdə məlumat əldə etdiyini əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etsə də qeyd edilən hal iş materialları ilə təsdiqini tapmamış, həmin şəxsə xx.xx.2025-ci il tarixdə inzibati məsuliyyətə cəlb edilməsi barədə SMS bildiriş göndərilməsi və bildirişin ünvana çatdırılması müəyyən edilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-480/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-480/2025
09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver