Məhkəmə qərarları › İş №3(062)-493/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-493/2024

13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-493/2024 13.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1987-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) nəfər azyaşlı uşaqları olan, orta təhsilli, işsiz, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2024-cü ildə X2 X3 inzibati binasında ucadan nalayiq ifadələr işlədərək bölmənin iş rejimini pozmuşdur. Bununla da onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X8 protokola uyğun izahat verərək göstərdi ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü ildə X2 X3 inzibati binasında ucadan nalayiq ifadələr işlədərək bölmənin iş rejimi pozmuşdur. Ona görə də bu barədə müvafiq protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanunamüvafiq hesab edir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, Gədəbəy rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bölmənin əməkdaşları onun işlətdiyi “№1” marketdə planlı yoxlama həyata keçirmişlər. Aparılmış yoxlama zamanı işlətdiyi marketdə nöqsanlar aşkar etmişlər və bu barədə xx.xx.2024-cü il tarixdə protokol tərtib etmişlər. Bundan sonra protokola baxılması ilə bağlı ona rəsmi bildiriş göndərilərək X5 dəvət edilmişdir. xx.xx.2024-cü il tarixdə o, X5 yaxınlaşmış və təşkil olunmuş iclasda iştirak etmişdir. Bundan sonra onun barəsində 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. O, cərimə məbləğinin yüksək olması səbəbindən əsəbləşmişdir. Ola bilsin ki, aqressiv olduğu üçün yüksək səslə danışmış, bu səbəbdən bölmənin iş rejimi pozulmuşdur. O X2 Tovuz bölməsində olarkən orada bildirmişdir ki, Gədəbəylilər sizə görə qəhrəman, şəhid olublar. Bu məbləğdə cərimə tətbiq etmək olmaz. Göstərməlisiz ki, dövlət olaraq siz də onların yanındasınız. Etiraf edir ki, sonra söhbət şəxzi münasibətlərə və region söhbətinə keçdi. Dağın başında yaşayan, sosial gəliri olmayan, bu aydan o biri aya zülümlə çıxan bir nəfərə cərimə tətbiq edilməsi ədalətsizlikdir.İndi kişi kimi deəyəcək ki, o rəisi necə təhqir etmişdir. O ona demişdir ki, siz məcburi köçkün deyilsiniz, siz qaçqınsınız. Sizə dövlət tərəfindən hər cür şərait yaradılıb. Gəlin qəhrəmanlara oxşayın, bəzi Tovuzlu müğənnilərə oxşamayın. Odur ki, barəsində cərimə tənbehi tətbiq edilməsini məhkəmədən xahiş etdi.Əlavə olaraq izahatında göstərdi ki, şahidlər nə dedilərsə çox doğru dedilər, ona görə də onlara təşəkkürünü bildirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərdi ki, o, X2 X4 baş məsləhətçi işləyir. xx.xx.2024-cü il tarixdə Şəxs işə baxılması ilə bağlı bölməyə gəlmişdir. O əvvəlcə yerlibazlıq söhbəti etmiş, həddindən artıq işçilərə qarşı aqressiya sərgiləmişdir. O işçilərə demişdir ki, ”Siz hansısa müğəninin”arxasında gizlənirsiniz. Hünəriniz varsa digər vəzifəli şəxslərin mağazalarını yoxlayın. Bütün cərimələr bir yerə yığılır. Məkmə iclasında şahid qismində dindirilmiş X1 Elvin Sahib oğlu ilə eyni məzmunlu izahat verərək, sonuncunun göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdi. Əlavə olaraq izahatında göstərdi ki, o bölmədə olarkən demişdir ki, qeyrətli oğlan belə qərar verməz. Yığılan cərimələrlə bəzi şəxsləri dolandırırsınız. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, habelə şahidləri dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, Şəxs X2 X4 ictimai qaydanı pozması, onun özünün qismən etiraf edici izahatı və şahidlərin izahatları ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan X2 X3 xx.xx.2024-cü il tarixli aktı bu iş üzrə sübut olmaqla həqiqiliyinə və məzmununa hər hansı şübhələr müəyyən edilməmiş, aktın məzmununda göstərilənlər şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində 2 nəfər azyaşlı uşaqlarının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs inzibati qaydada həbs etmənin əvvəli 13 iyun 2024-cü il tarixdən, saat 16:00-dan hesablansın. Qərаrın icrаsı Tovuz rayon Polis Şöbəsinə həvаlə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar