Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-497/2025 09.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Həsənov Tural Leysan oğlunun katibliyi, protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 iştirakı ilə, xx.xx.2003-cü il tarixdə Naxçıvan Muxtar Respublikasında doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, işsiz, əlilliyi olmayan, Göygöl rayonunda qeydiyyatda olmaqla yaşayan X4 (FİNxxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Tovuz Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X5 tərəfindən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, X8 xx.xx.2025-ci il tarixdə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X5 protokola uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Tovuz RPŞ-nin polis nəfərləri X3 və X6 xidmət başında olarkən X14 Xidmət Mərkəzinin qarşısında bir neçə şəxsin sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlədib xırda xuliqanlıq etdiklərini görmüşlər. Həmin polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onları nizam-intizama riayət etməyə dəvət etmişlər, lakin adı onlara sonradan məlum olmuş Şəxs polisin qanuni göstərişinə tabe olmayıb nalayiq ifadələr işlətməyə davam etmiş və polis əməkdaşlarının da ünvanına söymüşdür. Daha sonra Şəxs Tovuz RPŞ-yə aparılaraq onun barəsində inzibati protokol tərtib edilmiş və məhkəməyə gətirilmişdir. Qeyd olunanlara əsasən, məhkəmədən, barəsində inzibati xəta üzrə icraat aparılan Şəxs barəsində qanunamuvafiq qərar qəbul etməsini xahiş etdi. Məhkəmə iclasında şahid X6 izahat verərək bildirmişdir ki, Tovuz RPŞ-də polis nəfəri vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə X3 ilə xidmət apararkən, bir neçə nəfərin X14 Xidmət Mərkəzinin qarşısında sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlədib xırda xuliqanlıq etdiklərini görmüşlər. Həmin polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onları nizam-intizama riayət etməyə dəvət etmişlər, lakin adı onlara sonradan məlum olmuş Şəxs polisin qanuni göstərişinə tabe olmayıb nalayiq ifadələr işlətməyə davam etmiş və polis əməkdaşlarının da ünvanına söymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 bildirmişdir ki, o, əməlindən səmimi peşmandır, həmin zaman sərxoş olduğu üçün heçnə xatırlamır. Polis əməkdaşlarından məhkəmə iclasında üzr istəmiş və barəsində başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla X4 ona istinad edilən İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmiş, lakin İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri sübuta yetməmişdir. Belə ki, nə inzibati xəta haqqında protokoldan, nə tərəfərin izahatlarından, nə polis əməkdaşının raportundan polisin tələbinin konkret olaraq nədən ibarət olmasını, qanuni olub-olmamasını, şəxsn həmin tələbə tabe olmamasının nədə ifadə olunmasını müəyyən etmək mümkün olmamışdır. Belə olan təqdirdə X8 barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında icraata xitam verilməli, İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməldir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə almışdır. İnzibati xətanın sərxoş halda törədilməsi məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmışdır Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edərək inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə almaqla ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2, 31, 34, 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-497/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-497/2025
09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver