Məhkəmə qərarları › İş №3(062)-498/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-498/2024

14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-498/2024 14.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi Protokol tərtib etmiş Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Tovuz rayonu Əlimrədanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, öz deməsinə görə əvvəllər məhkum olunmamış və əlilliyi olmayan, Tovuz rayonu Əlimrədanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokola əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(062)-433/2015 saylı icra sənədi üzrə olan borcunu ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 protokolu müdafiə edərək göstərdi ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(062)-433/2015 saylı icra vərəqəsinə əsasən, Şəxs 17000 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu alınıb X2 verilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Hazırda borclu Şəxs icra sənədi üzrə olan borcundan heç bir ödəniş etməmişdir. Şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(062)- 433/2015 saylı icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmədiyinə görə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(062)-352/2024 nömrəli qərarına əsasən İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Buna baxmayaraq Şəxs həbs olunduğu tarixdən bugünədək borcunu ödəməmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(062)-433/2015 nömrəli qətnaməsi qüvvəyə mindiyi gündən Şəxs eyni icra sənədinə münasibətdə İXMin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təkrar törətdiyinə görə sonuncu barəsində İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, "xxxx" MMC-də işləyir və aylıq 345 manat əməkhaqqı alır. Borcun əməkhaqqısına yönəldilməsinə etiraz etmir. Maddi vəziyyəti çox aşağıdır. Ondan qətnamə əsasında tutulmalı olan pul məbləğini birdəfəyə ödəməyə imkanı çatmır. Lakin bununla yanaşı pul məbləğini ödəməkdən boyun qaçırmır. O, xx.xx.2024cü il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilmiş və xx.xx.2024-cü il tarixdə həbsdən azad edilmişdir. Lakin həbsdən azad olunduqdan qısa bir zaman sonra, yəni 1 ay müddət keçmədən yenidən barəsində protokol tərtib edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar iştirak etməmiş və məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(062)-433/2015 saylı icra vərəqəsinə əsasən, Şəxs 17000 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu alınıb X2 verilməsi qət edilmişdir. “İcraata başlama haqqında” xx.xx.2015-ci il tarixli qərardan görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(062)-433/2015 saylı icra sənədi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası barədə” xx.xx.2015-ci il tarixli bildirişdən görünür ki, Şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(062)-433/2015 saylı icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün 10 gün müddətində vaxt verilmişdir. “AZEMİS” elektron məhkəmə sisteminə baxış keçirilən zaman borclu Şəxs "xxxx" MMC-də ticarətçi işlədiyi və aylıq 345 manat əməkhaqqı alması müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Hazırki iş üzrə isə məhkəmə göstərir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs icra sənədinin icrasından üzürsüz səbəbdən yayınması halı müəyyən edilməmişdir. Belə ki, icra məmuru tərəfindən iş üzrə bütün icra tədbirlərinin həyata keçirilməsini iş materialları əsasında müəyyən etmək mümkün olmamışdır. Həmçinin, “AZEMİS” elektron məhkəmə sisteminə baxış keçirilən zaman borclu Şəxs "xxxx" MMC-də ticarətçi işlədiyi və aylıq 345 manat əməkhaqqı alması müəyyən edilmiş, lakin icra məmuru tərəfindən borclunun əməkhaqqısına yönəltmə verilməmiş, lazımi icra tədbirləri həyata keçirilməmişdir. Bundan başqa da məhkəmə onu qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İşdən göründüyü kimi inzibati xəta haqqımnda protokola əlavə edilməş sənədlər (icraata başalamaq haqqında qərar, tələbin könüllü icrası barədə bildiriş və.s) şəxsin əvvəllər İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış icraatın gedişatını əks etdirən sənədlərdir. Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inizbati məsuliyyətə cəlb edildikdən sonra formal olaraq yeni müddət təyin edilmiş, ona İXM-nin 528.1-1-ci maddəsinin hüquqi nəticələri bu müddət ərzində izah edilməmişdir. Həmçinin, borclu həbsdən azad olunduqdan sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilməklə ağlabatan müddət gözlənilmədən, yəni borclu həbsdən azad olunduqdan qısa bir müddət sonra barəsində protokol tərtib etmişdir. İnzibati məsuliyyətin əsaslarından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Adıçəkilən Məcəllənin təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən 8-ci maddəsində qeyd olunmuşdur ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə diqqətə çatdırır ki, hazırki vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən və şəxsin təqsirli olmasına dair qərar qəbul edən vəzifəli şəxs sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmədə qərar qəbul edərkən konkret sübuta istinad etməlidir. Həmin sübut şəxsin təqsirliliyini təkzibedilməz qaydada müəyyən etməlidir. Məhkəmənin istinad etdiyi və əsaslandığı sübut İnzibati Xətalar Məcəlləsinin 75-82-ci maddələrində əks olunan mövqeyə, yəni Qanunun tələblərinə uyğun məzmunda və növdə olmalıdır. Hakim həmin sübutları göstərilən Məcəllənin 84-cü maddəsinin tələblərinə uyğun əsaslandırmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). Beləliklə, məhkəmə hesab edir ki, materialda olan sənədlərə əsasən Şəxs qətnamə üzrə borcunu üzrsüz olaraq ödəməkdən yayınmasını müəyyən etmək mümkün deyildir. Əksinə onun aylıq hissə-hissə ödəniş etmək niyyətinin olması və borcun əməkhaqqısına yönəldilməsinə etiraz etməməsi qərəzlilik faktını təkzib edir. Odur ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata Şəxs əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar