Məhkəmə qərarları › İş №3(062)-506/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-506/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-506/2024 21.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Protokol tərtib etmiş Tovuz RPŞ-si İTB-nin sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1988-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Tovuz Rayon Polis şöbəsi X4 daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz RPŞ-si İTB-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Tovuz şəhəri Mərdan Musayev küçəsində ucadan nalayiq ifadələr işlətmiş və orada olan polis əməkdaşları onu nizam-intizama dəvət etməsinə baxmayaraq, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında rotokol tərtib etmiş Tovuz RPŞ-si İTB-nin sahə rəisi, polis leytenantı X2 protokola uyğun izahat verərək göstərdi ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Tovuz şəhəri Mərdan Musayev küçəsində ucadan nalayiq ifadələr işlətmiş və orada olan polis əməkdaşları onu nizamintizama dəvət etməsinə baxmayaraq, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Ona görə də bu barədə müvafiq protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanunamüvafiq hesab edir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək bildirdi ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. xx.xx.2024-cü il tarixdə o, telefonla danışan zaman əsəbləşib uca səslə danışmış, lakin polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərməmişdir. Bundan sonra polislərin qanuni tələblərinə tabe olaraq onlarla birlikdə polis şöbəsinə getmişdir. Hazırda əməlindən peşmandır. Odur ki, barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, o, Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili işləyir. Şəxs tanımır, sonuncu ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Tovuz şəhəri Mərdan Musayev küçəsində xidmətdə olarkən bir nəfər şəxsin telefonla danışaraq ucadan nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşmışdır. Şəxs ilə proflaktiki söhbətlər etməyə çalışsalar da sonuncu nalayiq ifadələr işlətməyə davam etmiş, onu nizam-intizama dəvət etmişlər, lakin sonuncu polisin qanuni tələblərinə tabe olmayaraq hərəkətlərinə davam etmişdir. Bundan sonra Şəxs Tovuz RPŞ-yə gətirmişlər. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və şahidi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinə daxil olan bütün tövsifedici əlamətlər olmadığından onun barəsində olan inzibati xətalar barədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, şəxsin əməlində inzibati xətalar barədə işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarıla bilər. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xətalar haqqında işlərə baxılarkən qərar (qərardad) çıxarılır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin dispoziyasından görünür ki, polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən şəxs onun qanuni tələbinə qəsdən tabe olmasın. Göründüyü kimi polis işçisi Cavid Məmmədov əməliyyat müvəkkili olmaqla daxil olmuş əməliyyat məlumatı əsasında həmin ərazidə xidmətdə olmuş, o, ictimai qaydanı mühafizə vəzifəsini icra etməmişdir. Həmçinin Şəxs polisə tabesizlik göstərməmiş, onların qanuni tələbinə tabe olaraq polis şöbəsinə getmişdir. Bundan başqa Şəxs xırda xuliqanlıq etməsi də iş materialları ilə sübuta yetmir. Belə ki, o, telefonla danışarkən əsəbləşib yüksək səslə danışmış, nalayiq ifadələr işlətməmişdir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə materiala xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar