Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-509/2023 16.06.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan X2 iştirakları ilə xx xxxxxx 1995-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Sabunçu qəsəbəsində yaşayan, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: X4 məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli icra vərəqəsinə əsasən 10 yanvar 2011-ci ildə anadan olmuş Üzeyir, 20 mart 2012-ci ildə anadan olmuş Dəstəgül, 22 dekabr 2013-cü ildə anadan olmuş Yağmur adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 55 manat alimentin ondan alınaraq X6 verilməsi barədə icra vərəqəsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli icra vərəqəsinə əsasən 10 yanvar 2011-ci ildə anadan olmuş Üzeyir, 20 mart 2012ci ildə anadan olmuş Dəstəgül, 22 dekabr 2013-cü ildə anadan olmuş Yağmur adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 55 manat alimentin X1 alınaraq X6 verilməsi qət olunmuşdur. Borcluya xəbərdarlıq edilməsinə baxmayaraq borcunu tam ödəməmişdir. Hər ay alimenti ödəməsinə baxmayaraq əvvəldən yığılıb qalmış 690 manat borcunu ödəmir. Ona görə də onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan X4 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin qərarına əsasən ondan uşaqlarının saxlanması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 55 manat alimentin alınaraq Qərib Aslanova verilməsi qət olunmuşdur. Mütəmadi olaraq hər ay alimenti ödəyir. Yığılmış borc əvvəlki vaxtlardan yığılıb qalmış borc olmuşdur. Belə ki, həmin vaxt maddi imkanı olmadığı üçün alimenti ödəyə bilmədiyi üçün borc yığılmışdır. Bundan sonra hər ay alimenti ödəməklə yanaşı yığılmış borcundan da ödəniş edəcəkdir. Odur ki, barəsində olan inzibati xəta haqda iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X7 məhkəmə iclasında bildirdi ki, bu gün Elanə Aslanova borcunu tamamilə ödəməsə qəbul etməyəcəkdir. Onun etdiyi ödənişləri tutduğu dəftərdə qeyd edir. Həmin dəftərdən də görünür ki, Elanə Aslanova 01 oktyabr 2022-ci il tarixdə 165 manat, 01 noyabr 2022-ci il tarixdə 165 manat, 01 dekabr 2022-ci il tarixdə 165 manat, 01 yanvar 2023-cü il tarixdə 165 manat, 20 fevral 2023-cü ildə 100 manat, 11 mart 2023-cü il tarixdə 20 manat, 14 mart 2023-cü il tarixdə 50 manat, 16 mart 2023-cü il tarixdə 50 manat, 19 aprel 2023-cü il tarixdə 100 manat, 30 aprel 2023-cü il tarixdə 70 manat, 19 may 2023-cü il tarixdə 100 manat, 28 may 2023-cü il tarixdə 80 manat, 03 iyun 2023-cü il tarixdə 40 manat, 09 iyun 2023-cü il tarixdə 20 manat alimentdən ödəniş etmişdir. Alimentdən qalan borcun hamısının bu gün ödənilməsini tələb edir. İstəyir ki, pulun hamısını ödəsin. Uşaqlara özü baxır. Odur ki, məhkəmədən ədalətli qərar qəbul etməsini istəyir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, X2 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. İşə əlavə edilmiş zərərçəkmiş şəxs tərəfindən tərtib olunmuş yazı qeydlərindən görünür ki, X4 01 oktyabr 2022-ci il tarixdə 165 manat, 01 noyabr 2022-ci il tarixdə 165 manat, 01 dekabr 2022-ci il tarixdə 165 manat, 01 yanvar 2023-cü il tarixdə 165 manat, 20 fevral 2023-cü ildə 100 manat, 11 mart 2023cü il tarixdə 20 manat, 14 mart 2023-cü il tarixdə 50 manat, 16 mart 2023-cü il tarixdə 50 manat, 19 aprel 2023-cü il tarixdə 100 manat, 30 aprel 2023-cü il tarixdə 70 manat, 19 may 2023-cü il tarixdə 100 manat, 28 may 2023-cü il tarixdə 80 manat, 03 iyun 2023-cü il tarixdə 40 manat, 09 iyun 2023-cü il tarixdə 20 manat X6 ödəmələr etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, borclu hər ay mütəmadi olaraq aliment borcundan ödənişlər də etmişdir. Elanə Aslanova barəsində protokol tərtib olunan ay borcundan 130 manat ödəmiş, nəticədə 690 manat borcu qalmışdır. Qalıq borcundan da tezliklə ödəmə etməyini bildirməsi fikrindən də görünür ki, Elanə Aslanova qətnamənin icrasından qərəzli şəkildə boyun qaçırmır. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, X2 əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-509/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-509/2023
16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver