Məhkəmə qərarları › İş №3(062)-514/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-514/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-514/2025 17.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi İnzibati protokol tərtib etmiş şəxs Tovuz RPŞ-si Qovlar PB-nin sahə rəisi polis kapitanı X6 İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X3 və onun müdafiəçisi Vəkil iştirakları ilə Tovuz RPŞ-si Qovlar PB-nin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarından barəsində tənbeh tətbiq edilmiş şəxs X5 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Tovuz RPŞ-si Qovlar PB-nin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi, inzibati protokolu, tutma protokolunu və onu döyən polis əməkdaşlarının barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 26 may 2025-ci il tarixdə gecə saatlarında o, yaşadığı evin qarşısında şübhəli şəxslər görmüş, Azərbaycan Respublikası DİN-in “102” qaynar xəttinə zəng vuraraq məlumat vermişdir. Bir müddət sonra, yəni gecə 00:30 radələrində yaşadığı evin qarşısına sahə müvəkkili Azər Məmmədov və 2 nəfər polis əməkdaşları öz şəxsi avtomobilləri ilə gəlmişlər. Həmin vaxt o, evində spirtli içki olan pivə içmişdir. Onlar avtomobildən düşdükdən sonra baş verə biləcək cinayətin qarşısını almaq əvəzinə onu X15 aparmışlar. Orada onu döydükdən sonra barəsində tutma protokolu tərtib etmişlər. Protokolda onun tutulma vaxtı 01:15, buraxılma vaxtını isə 00:52 göstərmişlər. X16 və 2 nəfər polis əməkdaşı tərəfindən amansızcasına döymüşlər. Həmin vaxt onun 8 və 9-cu qabırğaları sınmış, bundan başqa sifət, boğaz, göz ətrafı, kürək və baldır nahiyələrində qançırlar yaranmışdır. Onun ağrıları çox olduğundan daha sonra onu Təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar, lakin ona tibbi yardım tam aparılmadan yenidən bölməyə gətirmişlər. Bundan sonra onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilmiş və həmin maddə ilə qərar qəbul edilərək 50 (əlli) manat cərimə edilmişdir. Hazırda onun döyülməyi ilə bağlı polisdə və prokurorluqda araşdırma aparılır. Göründüyü kimi o, heç bir inzibati xəta törətməmişdir. Odur ki, Tovuz RPŞ-si Qovlar PB-nin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi, inzibati protokolu, tutma protokolunu və onu döyən polis əməkdaşlarının barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində qərar qəbul edilmiş şəxs X5 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilərək qərarın ləğv edilməsi və polis əməkdaşlarının barəsində xüsusi qərar çıxarılmasını xahiş etdi.Əlavə olaraq izahatında göstərdi ki, o evdə bir stəkan pivə içmişdir. Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək küçədə naməlum şəxslərin olması barədə xəbər vermişdir. Bundan sonra polis əməkdaşlasrı gəlib, onu X15 aparmışlar. Burada ona qarşı şiddət göstərilmiş, onu polis əməkdaşları döymüşlər. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X3 müdafiəçisi Vəkil şikayət ərizəsinin məzmununa uyğun izahat verərək əalvə olaraq bildirdi ki, Zülfüqar İsmayılov qeyd olunan tarixdə heç bir inzibati xəta törətməmişdir. Hüquqlarını müdafiə etdiyi şəxsin barəsində tərtib edilmiş tutma protokolu, inzibati protokol və inzibati qərar tam qanunsuz və əsassızdır. Odur ki, Tovuz RPŞ-si Qovlar PB-nin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və polis əməkdaşlarının barəsində xüsusi qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş şəxs Tovuz RPŞ-si Qovlar PB-nin sahə rəisi polis kapitanı X10 göstərdi ki, 27 may 2025-ci il tarixdə X3 ünvan 1 ünvansız nalayiq söyüşlər söyməsi və daha sonra polis əməkdaşlarının arvadlarının və yaixn qohumlarının əxlasız sözlərlə təqhqir edilməsinə görə Tovuz RPŞ-si Qovlar PB-nin sahə rəisi polis mayoru Azər Məmmədov bölmənin rəhbərinə raportla müraciət etmiş, rəhbərlik tərəfindən işin icrası ona tapşırılmış və o, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib etmişdir. X4 izahat alarkən qeyd olunan inzibati xətanı törətdiyini etiraf etmiş, peşman olduğunu bildirmiş və gələcəkdə bu kimi hallara bir də yol verməyəcəyini bildirmişdir. Bundan başqa X5 əvvəllər də eyni inzibati xətanı 2 dəfə törətmişdir. Odur ki, şikayətin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 00:22-də Tovuz rayonu Qovlar şəhərində yaşayan X5 DİN-in “102” zəng xidmətinə müraciət edərək, küçədə iki nəfər naməlum şəxslərin olmasını bildirmişdir. Onlar həmin yerə yaxınlaşarkən həmin şəxs küçədə olan “Qazel” markalı yük avtomobilində əyləşmişdir. X9 yaxınlaşarkən, o avtomobildən düşmək istəmiş, bu zaman sonuncu müvazinətini itirərək yerə yıxılmışdır. Həmin vaxt onun sərxoş olduğu aşkar surətdə hiss olunurdu. Zülfüqar İsmayılov hansısa iki nəfər şəxsin ünvanına nalayiq söyüşlər söyürdü. Bundan sonra o ona və digər polis əməkdaşının ailə üzvlərinə qarşı əxlaqsız söyüşlər söymüşdür. Onlar Zülfüqarı sakitləşdirməyə çalışsalar da mümkün olmadı və sonuncunu Qovlar PB-yə gətirmişlər. Qovlar polis bölməsində Zülfüqar İsmayılov qanunsuz hərəkətlərinə davam etmişdir. Bundan sonra raportla rəhbərliyə mürciət olunmuş və sonuncunun barəsində inzibati tutma tətbiq edilərək inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 Azər Sabir oğlunun göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati protokolu tərtib etmiş şəxsi, barəsində qərar çıxarılmış şəxsi, onun müdafiəçisini dinləyərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz RPŞ-nin Qovlar PB-nin sahə rəisi polis kapitanı X6 tərtib etdiyi xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Tovuz RPŞ-nin Qovlar PB-nin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarından görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə tərəfindən iş materiallarında olan sənədlərə sübut kimi qiymət verilərək müəyyən edilmişdir ki, şikayətçi barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən qanun pozuntusuna yol verməmiş, qanunvericiliyin tələbinə uyğun qərar qəbul edilmişdir. Məhkəmə iclasında tam aydın oldu ki, şikayətçi X1 RPŞ-nin Qovlar PB-nin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsi üçün mötəbər və kifayət qədər əsaslar təqdim edə bilmədiyinə görə həmin qərar qanuni hesab edilməlidir. Onun həmin inzibati xətanı törətməsi polis şöbəsində verdiyi izahat və şahidlərin izahatları ilə tam təsdiqini tapır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, X3 ictimai qaydanı mühafizə edən polis əməkdaşlarına söyməsi, onların ailə üzvlərini təhqir etməsi və bu hərəkətlərin küçədə gecə vaxtı, insanların istirahət etdiyi vaxt həyata keçirilməsi ictimai qaydanın pozulması deməkdir. X3 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə o, qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xətları törətmiş və o, bu xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). İnzibati tənbehin məqsədlərindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 21ci maddəsində qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə, sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməməli və Tovuz RPŞ-nin Qovlar PB-nin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanmalıdır. Eyni zamanda məhkəmə işgəncə faktı ilə bağlı onu qeyd edir ki, işdən göründüyü kimi bu faktla bağlı məlumat prokurorluq orqanında mövcuddur və araşdırılma aparılır. Odur ki, yenidən buna münasibət bildirilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Tovuz RPŞ-nin Qovlar PB-nin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlansın. İşgəncə faktı ilə bağlı Tovuz Rayon Prokurorluğunda materialın olması nəzərə alınsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar