Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-518/2024 27.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Tovuz rayonu Alakol kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, işsiz, əlilliyi olmayan, Tovuz rayonu Alakol kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Tovuz Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə Qovlar şəhərində polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3 protokola uyğun izahat verərək göstərdi ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Qovlar şəhərində qanunsuz küçə ticarəti ilə məşğul olması ilə əlaqədar olaraq Tovuz RPŞ-yə dəvət olunmuş, lakin polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Əksinə polis əməkdaşlarını təhqir etmiş, onların özləri və daşıdıqları rütbə barəsində nalayiq ifadələr işlətmiş, habelə, bunu şöbəyə gətirilən zaman belə davam etdirmişdir. Ona görə də bu barədə müvafiq protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanunamüvafiq hesab edir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı qismən etiraf edərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları onun uşağını şöbəyə aparmışlar. Səbəb küçə ticarəti ilə məşğul olması olmuşdur. Bu zaman polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Çünki təlaş içərisində onlardan uşağının harada olmasını soruşmuşdur. Başqa hər hansı bir hərəkət etməmişdir. Polis əməkdaşları isə onun özünü də maşına qoyaraq şöbəyə gətirmişdir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, Tovuz RPŞnin İTB-nin sahə rəisi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Tovuz RPŞ-nin İTB-nin rəisi, polis mayoru Turqut Rəhimli, PPXB-nin komandir müavini polis baş leytenantı Samir Həsənov, İTB-nin sahə rəisi polis leytenantı Ömər İsmayılzadə, İTB-nin polis nəfərləri polis baş serjantı Elməddin Nuriyev və polis serjantı Turab Həsənovla birlikdə Tovuz rayonu Qovlar şəhərində qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə keçirilən reyd zamanı “Okean” Ticarət mərkəzinin qarşısında qanunsuz küçə ticarətini aşkar etmiş, kimliyi sonradan müəyyən olunmuş vətəndaş Şəxs yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxsə barəsində qanunsuz küçə ticarəti ilə bağlı inzibati xəta haqqında protokol tərtib ediləcəyini izah etmişlər. Bu zaman Şəxs ətrafda olan şəxslərin yanında nalayiq formada əl-qol hərəkətləri edərək aqressiv danışmağa başlamış, onların şəxsiyyətinə, habelə, rütbələrinə qarşı təhqiredici ifadələr işlətmişdir. Hətta onlara bildirmişdir ki, “mənə yazdığınız protokola görə gəlib yalvaracaqssınız, məndən üzr istəyəcəksiniz”. Bir növ onları təhdid etmişdir. Həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr həmin şəxs öz hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Sonradan həmin şəxs Tovuz RPŞ-yə gətirilmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hətta şöbədə belə şəxs hərəkətlərinə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi X4 və Tovuz RPŞ-nin PPXB-nin komandir müavini X7 şahid X2 izahatında olanları təsdiq edərək eyni məzmunlu izahat verdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X3 tərəfindən yazılmış raportdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə qanunsuz küçə ticarəti ilə məşğul olması ilə əlaqədar Tovuz RPŞ-yə dəvət edilmiş, lakin sonuncu ucadan nalayiq küçə söyüşləri söyərək polisin qanuni tələbinə tabe olmamış və hərəkətlərini davam etdirmişdir. xx.xx.2024-cü il tarixli 644 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, habelə şahidləri dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün qismən etirafı və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə göstərir ki, Şəxs polis işçisi ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması iş materialları ilə təsdiqin tapır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun əməlindən peşmançılıq hissi keçirməməsini, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli 26 iyun 2024-cü il tarixdən, saat 11:30-dan hesablansın. Qərаrın icrаsı Tovuz rayon Polis Şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(062)-518/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-518/2024
27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver