Məhkəmə qərarları › İş №3(062)-523/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-523/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-523/2025 22.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, İsmayılov Emil İsrayıl oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakları ilə xx.xx.1993-cü il tarixdə Tovuz rayonu Alakol kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əlilliyi olmayan, Tovuz rayonu Alakol kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Tovuz Rayon Polisi X4 Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs xx.xx.2025-ci il tarixdə saat 11 radələrində qonşusu X3 məxsus “VAZ-2106” markalı **- BH-*** dövlət qeydiyyat nişanlı avtomaşının ön şüşəsini sındırmış, qabaq sağ qapısını və kapotunu əzmiş, küçədə quraşdırdığı kameranı sındırmış və bununla da zərərçəkmiş şəxsə ümumilikdə 300 manat məbləğində ziyan vurmuşdur. Buna görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Belə ki, Tovuz rayonu Alakol kəndində yaşayan Şəxs xx.xx.2025-ci il tarixdə saat 11 radələrində qonşusu X3 məxsus “VAZ-2106” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomaşının ön şüşəsini sındırmış, qabaq sağ qapısını və kapotunu əzmiş, küçədə quraşdırdığı kameranı sındırması nəticəsində 300 manat məbləğində maddi ziyan vurmuşdur. Həmin fakt əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Bununla əlaqədar araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmədə verdiyi izahatında göstərdi ki, X5 onun qonşusudur. Onunla arası pis olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində qonşusu X5 ilə aralarında sözlü mübahisə yaranmışdır. Onlar arasında mübahisə böyümüş, əvvəlcə Elşad Əliyev onu vurmuş, daha sonra o, X3 məxsus “VAZ- 2106” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomaşının ön şüşəsini sındırmış, qabaq sağ qapısını və kapotunu əzmişdir. X1 quraşdırdığı kamerada olan videogörüntüləri yayacağını söyləmiş, o da əsəbləşərək kameranı sındırmışdır. Odur ki, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X5 məhkəmədə verdiyi izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Tovuz rayonu Alakol kəndində yaşadığı evin qabağında olarkən Şəxs onun yanına gələrək sözlü mübahisə etmişdir. Onlar arasında sözlü mübahisə böyümüş, o, əsəbləşərək sonuncunu vurmuş və Şəxs isə ona məxsus “VAZ-2106” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomaşının ön şüşəsini sındırmış, qabaq sağ qapısını və kapotunu əzmiş, küçədə quraşdırdığı kameranı sındırmış və bununla da ona ümumilikdə 300 manat məbləğində ziyan vurmuşdur. Odur ki, ona dəymiş ziyanın ödənilməsini, əks təqdirdə iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz RPŞ-nin Qovlar PB-nin xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə uyğun olaraq inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti Tovuz RPŞ-nin İTB-yə göndərilmişdir. Tovuz RPŞ-nin Qovlar PB-nin xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, X3 məxsus “VAZ-2106” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomaşına və ona məxsus kameraya, ümumilikdə 300 manat məbləğində ziyan vurulmuşdur. Tovuz RPŞ-si tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün və zərərçəkmiş şəxsin izahatları, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardad və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeydinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislində, yəni 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Tovuz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar