Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-531/2025 28.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X8, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qazax-Tovuz regional şöbəsinin baş məsləhətçisi-baş əmək müfəttişi X2 iştirakı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qazax-Tovuz regional şöbəsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında MN1870345 nömrəli xx.xx.2025-cü il tarixli qərardan X17 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qazax-Tovuz regional şöbəsi tərəfindən qəbul edilmiş MN1870345 nömrəli xx.xx.2025-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X17 şikayətini onunla əsaslandırmışdır ki, qərarda adları işçi kimi qeyd edilmiş şəxslər əslində müştəri olmuşlar. Məhkəmə iclasında iştirak edən X17 izahatında bildirmişdir ki, Tovuz rayonu Dondar Quşçu kəndində “Kral” adlı çay evini çalışdırmışdır. Obyekt kiçik ölçülüdür və müştərisi az olur. Kifayət qədər qazanc olmadığı üçün daimi işçi götürə bilməmişdir. İşçi kimi adları qeyd edilən qadınlar az miqdarda ödəniş qarşılığında ona kömək üçün orada olmuşlar. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qazax-Tovuz regional şöbəsinin baş məsləhətçisi-baş əmək müfəttişi X9 bildirmişdir ki, inzibati tənbeh vermə haqqında qərar Tovuz Rayon Prokurorluğunda aparılan araşdırmanın nəticəsi üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərar əsasında çıxarılmışdır. Araşdırma materiallarından şəxsə istinad olunan pozuntunun törədilməsi kifayət qədər təsdiqini tapmışdır. Bununla bağlı zəruri sənədlərin surətini məhkəməyə təqdim edir. Məhkəmə iclasında tədqiq edilmiş MN1870345 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə X17 tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və o, 3000 manat məbləğində cərimə edilmişdir. Tovuz Rayon Prokurorluğunda aparılan araşdırmanın nəticəsi üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərardan görünür ki, X17 barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və material aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qazax-Tovuz regional şöbəsinə göndərilmişdir. Tovuz Rayon Prokurorluğunda aparılan araşdırma zamanı izahatı alınmış X16 izahatında göstərmişdir ki, 25 aprel 2025-ci il tarixdə Tovuz rayonu, Dondar Quşçu kəndi ərazisində yerləşən X8 işlətdiyi "Kral" adlı ictimai iaşə müəssisəsinə xidmətçi vəzifəsinə işə qəbul edilmişdir. Gündəlik olaraq Şahin Quliyevdən 15 manat əmək haqqını nağd qaydada almışdır. X17 ilə arasında əmək müqaviləsi bağlanmamışdır. İctimai iaşə müəssisəsində mübahisə yarandıqdan sonra öz istəyi ilə işdən ayrılmışdır. Tovuz Rayon Prokurorluğunda aparılan araşdırma zamanı izahatı alınmış X10 izahatında göstərmişdir ki, 2025-ci ilin aprel ayında Tovuz rayonu, Dondar Quşçu kəndi ərazisində yerləşən X8 işlətdiyi "Kral" adlı ictimai iaşə müəssisəsinə xidmətçi vəzifəsinə işə qəbul edilmişdir. Gündəlik olaraq Şahin Quliyevdən 25 manat əmək haqqını nağd qaydada almışdır. X17 ilə arasında əmək müqaviləsi bağlanmamışdır. İctimai iaşə müəssisəsində mübahisə yarandıqdan sonra öz istəyi ilə işdən ayrılmışdır. Tovuz Rayon Prokurorluğunda aparılan araşdırma zamanı izahatı alınmış X17 izahatında göstərmişdir ki, təxminən 15-20 aprel 2025-ci il tarixdə Tovuz rayonu, Dondar Quşçu kəndi ərazisində "Kral" ictimai iaşə müəssisəsini icarəyə götürməklə işlətmişdir. X11 25 aprel 2025-ci il tarixdə həmin ictimai iaşə müəssisəsinə xidmətçi vəzifəsində işə qəbul etmişdir. Rəna Cəfərovaya gündəlik olaraq 15 manat əmək haqqını nağd qaydada ödəmişdir. Sonuncu ilə arasında əmək müqaviləsi bağlanmamışdır. Baxış keçirilməsi haqqında 04 iyun 2025-ci il tarixli protokolla müəyyən edilmişdir ki, "X1 Sistemi"nin "Elektron Sorğu" modulunda X16 və X7 ilə vəzifəli şəxs X17 arasında əmək müqaviləsi bağlanmamışdır. Elektron Məhkəmə Sistemi məlumatlarına əsasən müəyyən edilmişdir ki, X17 müvafiq icra hakimiyyəti orqanında ********** nömrəli fiziki şəxsin vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə araşdırma zamanı işin tədqiq olunmuş hallara qiymət verərək belə nəticəyə gəlir ki, qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış və sübuta yetirilmiş, tərəflərin izahatları alınmış və zəruri sənədlər toplanmışdır. X16 və X3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X17 tərəfindən Tovuz rayonu Dondar Quşçu kəndində “Kral” adlı ictimai-iaşə obyektində işlərin yerinə yetirilməsinə cəlb edilməsi X16, X12 və X8 izahatları, o cümlədən digər sənədlərlə təsdiqini tapmışdır. Şikayətçi həmin qadınların işçi kimi deyil, ona kömək məqsədilə orada olmasını əsas gətirsə də bu hal pozuntunun mahiyyətini dəyişmir və bu dəlil X16 və X4 izahatları ilə təkzib olunmuşdur. Ərizədə həmin şəxslərin müştəri olması ilə bağlı göstərilən hal isə nə şikayətçinin izahatı, nə də iş materialları ilə uyğun gəlməmişdir. Buna görə də Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən X17 tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticə işin faktiki hallarına uyğundur və həmin əmələ görə inzibati məsuliyyət müəyyən edən qanunun norması, yəni İXM-nin 192.1-ci maddəsi düzgün tətbiq edilmişdir. İXM-nin 192.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilməsi konkret müəyyən edildiyindən İXM-nin 17-ci maddəsinin qeyd hissəsinə əsasən vəzifəli şəxs sayılan X13 tətbiq edilmiş tənbeh İXM-nin tələblərinə uyğundur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanına əsasən İXM-nin 192.1 – 192.11-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Bu baxımdan inzibati xəta haqqında iş üzrə MN1870345 nömrəli xx.xx.2025-cü il tarixli qərar buna səlahiyyəti çatan orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmişdir. Səlahiyyətli orqanın (vəzifəli şəxsin) apardığı araşdırma zamanı işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması halı müəyyən edilməmişdir. Odur ki, qərarın dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 122, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qazax-Tovuz regional şöbəsinin rəisi X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-cü il tarixli, MN1870345 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-531/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-531/2025
28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver