Məhkəmə qərarları › İş №3(062)-538/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №3(062)-538/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 3(062)-538/2025 22.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs oğunun iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə hakimə verilmiş etiraza açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlədərək xırda xuliqanlıq əməlini törətmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hazırki işə Tovuz Rayon Məhkəməsi tərəfindən baxılmasına etiraz etmişdir. O etirazı yazılı şəkildə məhkəməyə təqdim etmiş, şifahi qaydada isə belə əsaslandırmışdır ki, o əvvəllər bu məhkəmədə işləmiş, məhkəmənin bütün hakim və işçiləri ilə münasibəti vardır. Nəticəsindən asılı olmayaraq hər hansı qərar qəbul edilərsə o ondan və Şəxs şübhələr yaradacaqdır. Odur ki, işin digər məhkəmədə baxılması məsələsinin həll edilməsi üçün işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etiraza münasibətini bildirərək, işin hansı məhkəmədə baxılmasının onun üçün fərqi yoxdur. Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, X3 qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə etirazın dəlillərini proses iştirakçılarının izahatları ilə qarşılıqlı şəkildə araşdıraraq belə hesab edir ki, etiraz təmin edilməli və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Əvvəla məhkəmə onu qeyd edir ki, inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, etiraz vermiş şəxs bu iş üzrə zərərçəkmiş şəxs olmaqla etiraz vermək hüququna malik şəxsdir. Belə ki, İXM-nin 108.1-ci maddəsinə əsasən bu Məcəllənin 107-ci maddəsində nəzərdə tutulan hallardan biri olduqda hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs özüözünə etiraz etməlidir. Özü-özünə etiraz etmə barədə ərizə müvafiq məhkəmənin sədrinə, kollegial orqanın sədrinə, yuxarı vəzifəli şəxsə verilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə görə bu Məcəllənin 107-ci maddəsində nəzərdə tutulan hallardan biri olduqda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərər çəkmiş şəxs, fiziki şəxsin qanuni nümayəndəsi və ya hüquqi şəxsin nümayəndəsi, müdafiəçi, nümayəndə və ya prokuror tərəfindən hakimə, kollegial orqanın üzvünə və ya vəzifəli şəxsə etiraz edir. Qeyd edilən Məcəllənin 108.3-cü maddəsinə əsasən ərizəyə icraatında inzibati xəta haqqında iş olan hakim, kollegial orqan və vəzifəli şəxs tərəfindən baxılır. Həmin Məcəllənin 108.4-cü maddəsinə əsasən ərizəyə baxmanın nəticəsi barədə onun təmin edilməsi və ya təmin edilməməsi haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 30.2-ci maddəsinə əsasən bu Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş hallarda hakim cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxılmasından özü kənarlaşmalı və ya kənarlaşdırılmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə cinayət işinin və ya digər materialın ərazi üzrə məhkəmə aidiyyəti bu Məcəllənin 107, 109-cu maddələrinin müddəalarına əsasən aşağıdakı hallarda dəyişdirilə bilər: 76.1.1. bir hakimdən ibarət olan məhkəmənin fəaliyyət göstərdiyi ərazidə həmin hakimin özü-özünə verdiyi və ya ona edilmiş etiraz təmin edildikdə; 107.1. Cinayət prosesində müvafiq şəxslərin iştirakına etirazlar və özü-özünə etirazlar əsaslandırılmaqla yazılı formada edilir. 107.2. Hakimin, prokurorun, müstəntiqin, təhqiqatçının, müdafiəçinin, zərər çəkmiş şəxsin, (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin, yaxud şahidin nümayəndəsinin, eləcə də hal şahidinin, məhkəmə iclası katibinin, tərcüməçinin, mütəxəssisin və ya ekspertin cinayət prosesində iştirakını istisna edən, bu Məcəllənin 109, 112-118-ci maddələri ilə nəzərdə tutulmuş hallar mövcud olduqda, onlar özü-özünə etiraz etməlidirlər. Yuxarıda adı çəkilən Məcəllənin 109.1-ci maddəsinə əsasən hakimə (məhkəmə tərkibinə) edilən etiraz əsaslandırılmalıdır. Etirazda konkret əsaslar olmadıqda o, işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Hakimə etiraz o halda əsaslı sayıla və şərtsiz təmin edilə bilər ki, hər hansı şəxsin cinayət prosesində hakim qismində iştirakını istisna edən CPM-nin 109-cu maddəsində sadalanan hallardan heç olmasa biri olsun. Məhkəmə qeyd edir ki, hakimin ittiham və ya müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə belə iştirakçının qanuni nümayəndəsi və ya nümayəndəsi ilə qohumluq, yaxud şəxsi asılılıq münasibətində və yaxud cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olmasa da qəbul ediləcək qərarın obyektivliyinin şübhə doğurmaması baxımından məhkəmə hesab edir ki, etiraz baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə bu qərara gələrkən tərəflər arasındakı uzun müddətli çəkişmənin olmasını və biri-birinə barışmaz mövqedə olmaqlarını da nəzərə almışdır. CPM-nin 109.3-cü maddəsinə əsasən etiraz məsələsini aşağıdakılar həll edir: birinci instansiya məhkəməsində cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala hakim tərəfindən tək başına baxıldıqda, hakimin özü-özünə və ya ona edilmiş etirazı, həmin məhkəmənin sədri; birinci, apelyasiya və kasassiya instansiyası məhkəməsində cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala hakimlər kollegiyasından ibarət tərkibdə baxıldıqda hakimin özü-özünə və ya ona edilmiş etirazı onun iştirakı olmadan hakimlər kollegiyası; birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü-özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala tək başına baxan məhkəmə sədrinə, özüözünə və ya ona edilmiş etirazı– apellyasiya instansiyası məhkəməsinin hakimi. Həmin Məcəllənin 109.4-cü maddəsinə əsasən bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulmuş hallarda özü-özünə etiraza və ya edilmiş etiraza baxılaraq cinayət prosesi iştirakçılarının və ya etiraz edilmiş hakimin fikri öyrənilir və müvafiq qərar çıxarılır. Bu qərardan şikayət verilə bilməz. Hakimlər kollegiyasında etirazın lehinə və ya əleyhinə verilmiş səslərin sayı bərabər olduqda hakim cinayət prosesindən kənarlaşdırılır. Həmin Məcəllənin 109.5-ci maddəsinə əsasən birinci, apellyasiya və kassasiya instansiyası məhkməsində özü-özünə etiraz və ya etiraz təmin olunduqda işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır. Birinci instansiya məhkəməsində obyektiv səbəbdən bu mümkün olmadıqda, cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material apelyasiya instansiyası tərəfindən baxılması üçün başqa birinci instansiya məhkəməsinə göndərilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-in 107, 109, 299-cu maddələrini rəhbər tutub Q ə r a r a a l d ı: Zərərçəkmiş şəxs oğunun işə baxan Tovuz Rayon Məhkəməsinə edilmiş etirazı baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar